Main

Ağciyər hipertenziyası

Ağciyər hipertenziyası dedikdə ağciyər arteriyasında təzyiqin artması başa düşülür. Buna pulmonar hipertenziya (PH) da deyilir. PH ya yalnız ağciyər arteriyası sistemində arteriyal təzyiqin birincili qalxması (pulmonar arteriyal hipertenziya və ya PAH), ya da ağciyər venaları və ağciyərlərin kapilyar damarlarında təzyiqin artması (pulmonar venoz hipertenziya və ya PVH) səbəbindən inkişaf edə bilər.
Etiologiyası və yaranması mexanizminə görə Pulmonar Hipertenziya 5 qrupa bölünür.

  • l qrup - Pulmonar arteriyal hipertenziya (PAH).
  • ll qrup - Sol tərəfli ürək xəstəliyi səbəbindən inkişaf etmiş PH.
  • lll qrup - Xroniki ağciyər xəstəliyi və/və ya xroniki hipoksemiya səbəbindən inkişaf etmiş PH.
  • lV qrup - Xroniki tromboembolik PH.
  • V qrup - Çoxfaktorlu mexanizmlər səbəbindən inkişaf etmiş PH.

Diastolik disfunksiya səbəbindən inkişaf edən ürək çatışmazlığı ən geniş yayılmış səbəblərdən biridir. Sol mədəciyin atım fraksiyasının normal olması ilə müşaiyət olunan ürək çatışmazlığı halları sol qulaqcıqdaxili və pulmonar venoz təzyiqin xroniki artması ilə xarakterizə olunur. Ağciyər arteriyasının təzyiqi isə ağciyər venoz təzyiq ilə yanaşı artmış olur. Əgər təzyiq xeyli müddət artmış qalırsa, ağciyərlərin kiçik arteriya və arteriolalarında baş verən dəyişikliklər nəticəsində oklyuziv vaskulopatiya inkişaf edir.

Diaqnostikası
Ağciyər arteriyasının təzyiqi EXOKQ ilə təxmin edilə bilər. Lakin, buna baxmayaraq PH-ın bütün növlərinin diaqnostikası üçün ürəyin sağ şöbələrinin kateterizasiyası tələb olunur. PH-ın diaqnostikası zamanı onun ağırlıq dərəcəsi və səbəbinin müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir.
Ümumi qəbul edilmiş qayda ondan ibarətdir ki, normada ağciyər arteriyasında orta təzyiq <20 mm c.s.-dan aşağıdır. İstirahətdə ağciyər arteriyasının orta təzyiqinin >25 mm c.s.-dan yuxarı olması ağciyər hipertenziyasını təsdiq etmiş olur.

Müalicəsi
Müalicə olunmadıqda, PH proqressiv, ölümlə nəticələnə bilən bir xəstəlikdir.
Buna görə xəstəliyin müalicəsi ixtisaslaşmış həkim tərəfindən klinikada aparılmalıdır.

https://www.facebook.com/drrasimmeherremov/photos/a.490051157842850/672245992956698/?type=3&locale=az_AZ