Papillit — hipertrofiyalaşmış anal məməciklərin kəskin və ya xroniki iltihabıdır. Xəstəlik düz bağırsaq nahiyəsində periodik və ya daimi xarakterli ağrılar, yad cismin olması hissi, anal sfinkterin spazmı, defekasiyanın çətinləşməsi ilə təzahür edir.
Papillitlər çox yaygındırlar. Kiçik papillitlər, 1 sm-ə qədər olur və adətən narahatlığa səbəb olmur. Ancaq bəzən papillitlər 2-3 sm-ə qədər arta bilər və hətta anusdan düşə bilər. Bu da xəstədə narahatlıq yaradır. Çox vaxt həkimlər anal papillitlərin varlığını bilmədən onları anal kanalın və ya düz bağırsağın polipləri ilə səhv salırlar. Əslində, anal papillit polip və bədxassəli deyil! Əgər insanı narahat etmirlərsə, ona "toxunmağa" ehtiyac yoxdur.
Diaqnoz proktoloji baxış, barmaqla rektal müayinə, anoskopiya və bioptatın histoloji analizinin nəticələrinə əsasən qoyulur. Müalicə məqsədilə antibiotiklər, antiseptiklər və iltihabəleyhinə preparatlardan istifadə olunur. Ağır hallarda iltihablaşmış anal məməciklər kəsilir və ya kriodestruksiyaya uğradılır.
Tercüme