Main

Ani Karlıq

Ani karlıq 3 gündən daha qısa müddətdə ortaya çıxan eşitmə itkisidir.
Yaşanan bu eşitmə itkisi tək, ya da ikitərəfli ola bilər. Xəstələrin çoxunda bir neçə dəqiqə, bəzən isə saatlarla davam edə bilər. Ani karlıq zamanı üz iflici, balans pozğunluğu, ürək bulanma, qusma, baş gicəllənməsi, qulaqda uğultu ola bilər.
Ani karlığın səbəbləri
Qulaq dibi, qızılca, hava infeksiyaları ani karlığın ən çox rastlanan səbəblərindəndir. Xəstələrin 25-30%-də problem yaranmadan 1 ay əvvəl yuxarı tənəffüs yollarının infeksiyası yaşanıb.
Digər mühüm səbəb isə damar tıxanıqlığıdır. Şəkər xəstələrində, qan nəqlində, by-pass əməliyyatlarından sonra, anemiya kimi qan xəstəliklərində ani karlığa rast gəlinir. Meningit, xroniki qulaq infeksiyaları, multiple skleroz, miqren kimi nevroloji səbəblər, daxili qulağa ziyan edən bir qrup dərmanların istifadəsi, maddələr mübadiləsi ilə əlaqədar yaşanan xəstəliklər, akustik noruinom kimi təhlükəli xəstəliklər ani karlığa səbəb ola bilər.

Diaqnoz və müalicəsi
Erkən diaqnoz sayəsində iki həftə içində insanın eşitməsi bərpa oluna bilər. Bəzi hallarda dərman müalicəsi ilə yanaşı əməliyyata da ehtiyac duyulur. Müalicəyə 24-48 saat ərzində başlamaq vacibdir.

https://www.facebook.com/otolarinqoloq/photos/a.955613614511911/1953263121413617/?type=3