Aqnoziya — duyğu aparatının normal fəaliyyəti fonunda görmə, eşitmə və ya taktil hissiyyatının pozulmasıdır. Patoloji vəziyyət beyin qabığının zədələnməsinin lokalizasiyasından asılı olaraq görünənin, eşidilənin, toxunanın, öz bədəninin qavranmaması ilə xarakterizə olunur. Diaqnostika psixonevroloji statusun müayinəsi, nevroloji müayinələrin (baş beynin KT, MRT, MSKT) nəticələrinə əsaslanır. Müalicə etiotrop, damar, neyrometabolik, xolinesteraza preparatlarının psixoterapiya, loqopedik məşğələlərlə yanaşı tətbiqi ilə həyata keçirilir.
Aqnoziya barədə ümumi məlumat
“Gnosis” yunan dilindən tərcümədə “bilik” deməkdir. Predmetlərin, hadisələrin, öz bədəninin dərk olunmasını təmin edən beynin ali funksiyasıdır. Aqnoziya – kompleks anlayışdır və qnotik funksiyaların bütün pozulmalarını əhatə edir. Qnozisin pozulması tez-tez MSS-nin degenerativ prosesləri ilə müşayiət olunur; travma, insult, infeksion və şiş xəstəlikləri nəticəsində yaranan beynin bir çox üzvi zədələnmələrində müşahidə olunur. Klassik aqnoziya kiçik yaşlı uşaqlarda nadir hallarda diaqnostika olunur. Çünki onların ali sinir fəaliyyəti inkişaf mərhələsində, qabıq mərkəzlərinin differensiasiya prosesləri tam başa çatmamış olur. Qnozisin pozulması, adətən, 7 yaşdan yuxarı uşaqlarda və böyüklərdə meydana çıxır. Qadınlar və kişilər eyni tezliklə xəstələnir.
Aqnoziyanın səbəbləri
Qnostik pozulmalar beyin qabığının ikincili proyeksion-assosiativ sahəsinin patoloji dəyişiklikləri ilə bağlıdır. Həmin sahələrin zədələnməsinin etiofaktorları aşağıdakılardır:
Aqnoziyanın patogenezi
Beyin qabığı beyinə daxil olan informasiyaların müxtəlif səviyyələrdə analizini təmin edən assosiativ sahələrin üç əsas qrupuna malikdir. Birincili sahələr periferik reseptorlarla əlaqəlidir, onlardan gələn afferent impulsları qəbul edir. Beyin qabığının ikincili assosiativ sahələri birincili sahələrdən gələn impulsların ümumiləşdirilməsinə və analizinə cavabdehdir. Daha sonra informasiya üçüncü sahəyə ötürülür; burada onun ali sintezi və davranış tapşırıqlarının işlənməsi həyata keçirilir. İkincili sahənin disfunksiyası bu zəncirin pozulmasına, nəticədə xarici qıcıqlandırıcıları tanıma, vahid obrazları qəbul etmə xüsusiyyətlərinin itirilməsi ilə təzahür edir. Bu zaman analizatorların (eşitmə, görmə və s.) funksiyaları isə normal olar.
Aqnoziyanın təsnifatı
Klinik nevrologiyada aqnoziya zədələnmə nahiyəsindən asılı olaraq aşağıdakı əsas qruplara təsnif olunur:
Qnozisin bütün formalarının pozulması da mümkündür. Bu patologiya “total aqnoziya” termini ilə ifadə olunur.
Aqnoziyanın simptomları
Patoloji vəziyyətin əsas simptomu duyğu hissi mövcud olduğu halda onun qavranmasının pozulmasıdır. Sadə ifadə etsək, xəstə eşitdiyini, gördüyünü, hiss etdiyini başa düşmür. Tez-tez differensiasiya olunmuş aqnoziya qeyd olunur; bu, beyin qabığının ayrı-ayrı zədəli şöbələrinin funksiyalarının azalması ilə bağlıdır. Total aqnoziya baş beyin toxumasında diffuz yayılmış patoloji proseslərlə müşayiət olunur.
Görmə aqnoziyası. Predmetlərin səhv salınması, gördüyü predmetin adını deyə bilməmək, onun şəklini çəkə bilməmək, yaddaşda olan əşyanın şəklini çəkə və ya başlanmış rəsmi bitirə bilməməklə təzahür edir. Predmeti təsvir edərkən pasient yalnız onun müəyyən hissələrini çəkir. Görmə forması çoxsaylı variantlara malikdir: rəng, prozopaqnoziya (insanların üzünü unutmaq), apperseptiv – predmetin əlamətlərini (forma, rəng, ölçü) tanımaq, assosiativ – pasient predmeti bütünlüklə təsvir edə bilir, lakin onun adını ifadə edə bilmir, simultant – pasient hər bir predmeti ayrı-ayrılıqda tanıdığı halda onlardan ibarət süjeti tanıya bilmir, görmə-məkan – predmetlərin qarşılıqlı yerləşməsi qnozisinin pozulması. Hərflərin və simvolların tanınmasının pozulması oxumanın (disleksiya), yazmanın (disqrafiya), arifmetikanın (akalkuliya) pozulmasına gətirib çıxarır.
Eşitmə aqnoziyasında dominant yarımkürənin zədələnməsi danışığın hissəvi və ya tam qavranmamasına (sensor afaziya) gətirib çıxarır. Pasient fenomenləri heç bir məna daşımayan küy kimi qəbul edir. Patoloji vəziyyət kompensator danışılanların təkrarlanması, təsadüfi səslər və sözlərin istifadəsi ilə müşayiət olunur. Yazıda boşluqlar, yerdəyişmələr qeyd oluna bilər. Oxuma saxlanır. Subdominant yarımkürənin zədələnməsi musiqi duyumunun, əvvəllər tanıdığı səsləri (yağışın səsi, itin hürməsi), danışıqda intonasiya xüsusiyyətlərini tanımaq qabiliyyətinin itirilməsinə gətirib çıxarır.
Sensitiv aqnoziya ağrı, temperatur, taktil, propioseptiv reseptorlarının impulslarının qnozisinin pozulması ilə xarakterizə olunur. Asterioqnozis – toxunma duyğusunun itirilməsi; məkan aqnoziyası – tanış məkanda, xəstəxana otağında, öz evində orientasiyanın pozulması; somatoqnoziya – öz bədənini hiss etməmək (proporsionallıq, ölçü, ayrı-ayrı hissələrinin olması) kimi formaları var. Somatoqnoziyanın geniş yayılmış formaları: barmaq aqnoziyası – pasient həkimin göstərdiyi barmağı tanımır, həkimin adını çəkdiyi barmağı göstərə bilmir; autotopaqnoziya – bədənin ayrı-ayrı nahiyələrini hiss edə bilməmək; hemisomatoqnoziya – öz orqanizmin yalnız yarısını tanımamaq; anozoqnoziya – xəstəliyin və ya ayrı-ayrı simptomlarınn (parez, eşitmənin zəifləməsi, görmənin pisləşməsi) qavranmaması.
Aqnoziyanın diaqnostikası
Müayinə aqnoziyanın aşkarlanması, onun səbəblərinin araşdırılmasına yönəlir. Aqnoziyanın klinik formasının müəyyənləşdirilməsi patoloji prosesin baş beyində lokalizasiyasını təyin etməyə imkan verir. Əsas diaqnostik metodalar aşağıdakılardır:
Aqnoziya sindromdur, sindromal diaqnoz diaqnostikanın başlanğıc mərhələsində yer almalıdır. Yuxarıda sadalanmış müayinələr vasitəsilə klinik mənzərəsinə həm də qnozis pozulmaları daxil olan əsas xəstəliyə tam diaqnoz qoyulmalıdır.
Aqnoziyanın müalicəsi
Müalicə əsas müalicədən asılı olub konservativ, neyrocərrahi və reablitasion metodlardan ibarətdir.
Konservativ müalicə:
Pasientin reablitasiyası üç aydan az davam etmir və aşağıdakılardan ibarətdir:
Neyrocərrahi müalicə kəllə-beyin travmaları, serebral şişlərdə tələb oluna bilər. Konservativ terapiya fonunda aparılır; daha sonra reablitasiya həyata keçirilir.
Aqnoziyanın proqnoz və profilaktikası
Müalicənin uğuru əsas xəstəliyin ağırlığı, xəstənin yaşı, müalicənin vaxtında aparılmasından asılıdır. Cavan pasientlərdə travma, ensefalit nəticəsində yaranmış aqnoziya müalicə fonunda üç ay ərzində reqresiya edir; ağır hallarda bərpa prosesi 10 ay davam edir. Şişlə əlaqəli yaranmış aqnoziya törəmənin kəsilib kənarlaşdırılmasının uğurluluğundan asılıdr. Degenerativ proseslər zamanı proqnoz qeyri-kafidir, müalicə yalnız simptomatikanın proqressivləşməsinin qarşının alınması məqsədilə tətbiq olunur. Profilaktika damar patologiyalarının müasir müalicəsi, baş beyin travmalarının, onkogen təsirlərin, infeksion xəstəliklərin qarşısının alınmasından ibarətdir.