İstənilən yaş dövründə 130/85 mm.c.s. normal təzyiq sayılır. 140/90 mm.c.s təzyiqindən başlayaraq arterial hipertenziyadan danışmaq olar.
Çətin ki, elə adam tapıla ki, kiminsə təzyiqinin artması barədə eşitməsin və ya özünün bununla bağlı problemi olmasın. Bu heç də təəccüblü deyil, çünki müxtəlif mənbələrin göstəricilərinə görə böyük yaşlı əhalinin 10—30%-i arterial təzyiqinin periodik, yaxud da daimi yüksəlməsindən əziyyət çəkir. Təqribən 10 vəziyyətdən 9-da hipertoniya özünü müstəqil xəstəlik kimi büruzə verir, buna birincili arterial hipertenziya deyilir. Qalan hallarda təzyiqin yüksəlməsi digər orqanların, daha çox böyrək, daxili sekresiya vəzləri və ağciyər xəstəlikləri fonunda yaranır. Bu, ikincili arterial hipertenziyadır.
Hipertenziya müalicə olunmazsa, orqanizmin bir çox orqan və sistemlərinin işini əngəlləyə bilər. Bunun da nəticəsində miokard infarktı və insult, böyrəklərin fəaliyyətinin pozulması, görmənin pisləşməsi kimi ciddi fəsadların ortaya çıxması mümkündür. Bütün bunlar isə həyat keyfiyyətinin pisləşməsinə, iş qabiliyyətinin aşağı düşməsinə, hətta əlilliyə gətirib çıxara bilər.
Arterial hipertenziyanın səbəbləri
Təzyiq ürəyin atım funksiyasının və ya damarların tonususnun artması sayəsində qalxır. Bunun tənzimlənməsində böyrəklərin rolu az deyil.
Arterial hipertenziyanın iki böyük qrupu mövcuddur:
Arterial təzyiqin periodik olaraq yüksəlməsi yuxu zamanı tənəffüsün pozulmasından da yarana bilər. Buna yuxunun abstruktiv apnoe sindromunu misal göstərmək olar. Həmçinin, nevrozlar da təzyiqin qalxması və ya enməsi ilə müşayiət edilə bilər. Bəzi dərman preparatlarının yanlış tətbiq olunması, kofennin normadan artıq qəbul edilməsi və digər stumulyatorlar da təzyiq yaradan səbəblər sırasına daxildir.
Arterial hipertenziyanın əlamətləri
Arterial hipertenziya özünü aşağıdakı əlamətlərlə büruzə verir:
Arterial hipertenziya xəstələrində bəzən hipertonik kriz halı qeydə alınır. Belə vəziyyət arterial təzyiqin həddindən artıq qalxması səbəbindən baş verir ki, bu da təhlükəlidir.
Hipertonik krizi stress vəziyyətləri, fiziki yüklənmə, həmçini hipotenziv preparatların qəbulunun dayandırılması da yarada bilər.
Hipertonik kriz qəfil balanması ilə fərqlənir. Əlamətləri bunlardır:
Arterial hipertenziyanın diaqnostikası
Hipertoniyanın mövcudluğu və dərəcəsini arterial təzyiqin bir neçə gün ərzində sutkanın müxtəlif vaxtlarında ölçməklə müəyyənləşdirirlər. Ən dəqiq diaqnostika bir qayda olaraq, EKQ-nin qeydiyyatı olmaqla təzyiqin sutkalıq monitorinqi vasitəsilə həyata keçirilir.
Hipertoniyanın diaqnostikası üçün, habelə, damarların müayinəsinə yönəlmiş metodlardan da istifadə edirlər. Arterial təzyiqin yaranmasına səbəb böyrək xəstəlikləri də ola bilər, ona görə də böyrək damarlarının angioqrafiyası və böyrəklərin ultrasəs müayinəsi aparılır. Bundan başqa, damarların erkən zədələnməsini ultrasəs doppleroqrafiya metodu ilə müəyyənləşdirirlər. Elektrokardioqramma və exokardioqrafiya üsullarından istifadə etrməklə ürəyin müayinə edilməsi də diaqnostikanın ayrılmaz hissəsidir.
Bundan başqa, gözlərin müayinəsi məqsədilə kardiologiyada ixtisaslaşmış oftalmoloqun konsultasiyası da vacibdir.
Arterial hipertenziyanın müalicəsi
Bəzən belə bir fikrə rast gəlinir ki, insan yüksək təzyiqi yaxşı keçirisə müalicəyə ehtiyac yoxdur. Bu nəinki yanlış fikirdir, hətta təhlükəlidir.
Xroniki arterial təzyiq ürək və böyrək çatışmazlığı, görmənin korlanması, ürəyin işemik xəstəliyi kimi fəsadlara yol aça bilər. Ona görə yaxşısı budur ki, arterial təzyiqi müalicə edəsiniz.
İlk növbədə həkim yüksəlmiş təziyiqi normal rəqəmlərə çatdırmağa çalışacaq. Bu, birmənalı yanaşmadır və bütün aparıcı mütəxəssislər tərəfindən tövsiyə olunur. Qeyd etmək lazımdır ki, arterial təzyiqin normaya salınması tədricən həyata keçirilməlidir.
Arterial hipertenziyanın ümumi müalicə prinsipləri aşağıdakılardır:
Yuxarıdakı metodlar fayda verməzsə, medikamentoz müalicəyə başlanılır.