Askaridoz yumru qurdların törətdiyi infeksiyadır. Bu parazit qurdlar insan orqanizmini öz yumurtalarını yerləşdirmək və və yetkin qurda çevrilmək üçün istifadə edirlər. Çoxalma qabiliyyətli yetkin qurdlar 30 sm və daha uzun ola bilirlər. Bu xəstəlik dünyada çox geniş yayılmış xəstəliklərdən biridir. Yoluxmuş ionsanların çoxu xəstəliyi yüngül və simptomsuz keçirirlər. Lakin daha ağır hallarda ciddi simptomar və ağırlaşmalar olabilər.
Askaridoz əsasən tropik və subtropik ərazilərdə yaşayan u.aqlarda yaranır. Xüsusən də sanitarik və gigiyenik tələblərin gözlənilmədiyi ərazilərdə bu xəstəliyə daha çox rast gəlinir.
SİMPTOMLAR
Askaridoz əsasən simptomsuz keçir. Ağır hallarda orqanizmin hansı hissəsinin zədələnməsindən asılı olaraq müxtəlif əlamətlər və simptomlar aşkar olunur.
Ağciyərlərdə – askarid yumurtaları udulduqdan sonra nazik bağırsaqlarda yumurtalardan larvlar – kiçik qurdlar çıxır və qan dövranı və ya limfatik sistemlə ağciyərlərə gətirilir. Bu mərhələdə xəstədə astma və ya pnevmoniyaya bənzər əlamətlər aşkar olunur:
Ağciyərlərdə 6-10 gün müddətində qaldıqdan sonra lavrlar yenidən nəfəs borusuna keçir və öskürəklə yenidən ağız boşluöuna gətirilir. Buradan isə lavrlar yenidən həzm sisteminə keçirlər.
Bağırsaqlarda – lavrlar nazik bağırsaqlarda yetkin qurdlara çevirilir və bu yetkinləşmiş qurdlar ölənə qədər bağırsaqlarda yaşayırlar. Bu müddət ərzində aşağıdakı simptomlar aşkarlanır.
Əgər bağırsaqda yaşayan qurdların sayı çoxdursa bu özünü aşağıdakı əlmətlərlə göstərir:
SƏBƏBLƏR
Askaridoz insandan insana birbaşa keçmir. Bunun əvəzinə isə, xəstə insanın nəcisi ilə qarışmış torpaqla təmas və ya askarid yumurtaları ilə çirklənmiş sudan istifadə zamanı parazit yayılır. İnkişaf etməmiş ölkələrdə insan nəcisindən günrə kimi istifadə olunur və ya antisanitariya ilə əlaqədar olaraq insan dışkıları həyətlərdə, bağçalarda torpaqla qarışır. Bu hallarda xəstəliyin yayılması artır.
Kiçik yaşlı uşaqlar çirkli ərazilərdə torpaqla oynayırlar. Bu zaman yumurtalar çirkli əllər vasitəsi ilə ağıza daşınır. Yuyulmamış meyvə və tərəvəzlərdən istifadə də yumurtaların orqanizmı düşməsinə səbəb ola bilər.
RİSK FAKTORLARI
AĞIRLAŞMALAR
Kəskin infeksiya halarında askaridoz bəzi ağırlaşmalara səbəb ola bilər.
PROFİLAKTİKA
Gigiyenik qaydaların gözlənilməsi əsas profilaktik tədbirdir. Qida maddələri ilə təmasdan öncə əllərin sabun və su ilə yuyulması vacibdir. Meyvə və tərəvəzlərin yuyulduqdan sonra istifadə olunması məsləhətlidir.
DİAQNOZ
Ağır hallarda ökkürək və qusma zamanı qurdlar xaric olabilər. Bu zaman qurd həkimə aparılmalı və uyğun müalicə tətbiq olunmalıdır. Diaqnoz üçün istifadə olunur:
MÜALİCƏ
Bəzi hallarda askaridoz öz-özünə sağalır. Antiparazitar dərmanlar askaridozun müalicəsində ilk yerdə dururlar. Albendazol, İvermestin, Mebendazol – ən çox istifadə olunan antiparazitar preparatlardır. Ağır hallarda bağırsaqlardakı qurdları və onların səbəb olduğu fəsadları aradan qaldırmaq üçün cərrahi müalicə lazım gələ bilər.