Main

ASPERGİLLOZ

Aspergilloz – ağ ciyərləri zədələyən, imunodefisit vəziyyətində ağır sepsis verən göbələk xəstəliyidir. Aspergilloz ən çox rast gələn dərin mikozdur.
Xəstəliyin törədən Aspergillus cinsindən olan göbələklərdir. Bu göbələklərin zülalları, yağları, şəkəri əridən fermentləri var. Aspergillus göbələkləri torpaqdan, havadan, hətta kükürdlü bulaqlardan və distillə edilmiş sudan təcrid olunurlar. Aspergilla göbələkləri unda, torpaqda, taxılda, quru otda, yun emal yerlərində həmişə tapılır. Aspergillusun mənbələri havalandırma, duş sistemləri, köhnə yastıqlar və kitablar, kondisionerlər, inhalyatorlar, nəmləndiricilər, tikinti və təmir işləri, qapalı bitkilərin torpağı, qida məhsulları (tərəvəz, qoz-fındıq, üyüdülmüş qara bibər, çay paketləri və s.), ot saman çürümələridir. Xəstəliyə tez-tez un dəyirmanlarında və göyərçin yemlərində rast gəlinir, çünki göyərçinlər digər quşlardan daha tez-tez aspergillozdan əziyyət çəkirlər.

İnsanlar bu xəstəliyə toz vasitəsilə, dəridən yoluxur. İİV infeksiyasında, ağ ciyərlərin iltihabı xəstəliklərində və şiş xəstəliklərində asperegilloza daha çox rast gəlir.

Simptomları
Mikroblar əvvəlcə ağ ciyərləri, sonra plevranı, limfa düyünlərini zədələyir. Aspergillemiya digər orqanlarda irinləmə verən spesifik irinli ocaqlar əmələ gətirir. İlkin ağ ciyər xəstəlikləri sepsis əlamətlərilə gedir və xəstələrin yarısı ölür.

Əlamətləri
Aspergilla göbələyi insanın bütün orqan və toxumalarında patologiya törədə bilir. Xəstəliyin ilkin kliniki əlamətlərinə aşağıdakılar aiddir:

  • bronx – ağ ciyər aspergillozu
  • yayılmış – aspergilloz
  • gözlərin aspergillozu
  • qulaq, burun, boğaz aspergillozu
  • ağızın, tənasül üzvlərinin aspergillozu
  • mikotoksikozlar

Bronx-ağ ciyər forma əvvəlcə bronxların selikli qişsında səthi və nisbətən qalın qatların xoralaşması, öskürək, boz rəngli bəlğəm ifrazı, ümumi zəifliklə özünü göstərir. Proses ağ ciyərlərə keçdikdə aspergilloz pnevmaniyası inkişaf edir. Xəstədə yüksək qızdırma, titrəmə, halsızlıq, iştahsızlıq, arıqlama baş verir. Qanda leykositoz, eozilnofiliya, EÇS-in artması müşahidə edilir. Xroniki aspergilloz pnevmoniyası zamanı xəstələrin ağciyərlərində abses, kaverna inkişaf edir, əksər xəstələrin ağzından kif iyi gəlir.

Diaqnozu
Kliniki təzahürlərlə yanaşı bəlğəmdən, nəcisdən, bronx bioplatlarından aspergillanın anticimlərinin tapılması xəstəliyin diqnozunu təsdiqləyir.

Müalicəsi
Aspergillozun müalicəsi çətindir. Xəstəliyin yayılmış formasında cərrahi və konservativ müalicə birlikdə tətbiq edilir. Xəstəyə ümumi möhkəmləndirici müalicə, daxilə göbələk əleyhinə preparatlar təyin edilir, dəriyə və selikli qişalara göbələk əleyhinə məlhəmlər sürtülür.

https://immunitet.az/1390-asperglloz.html

tercume