Main

Ateliya

Atelia süd vəzi məməciklərinin tamamilə olmamasıdır. Bu olduqca nadir anomaliyadır və çox vaxt süd vəzisi hipotrofiyası ilə birləşdirilir.

Əgər süd vəziləri normal şəkildə inkşaf etsə belə lakatsiya (ana südü ilə qidalandırma) mümkün olmayacaq.

Ateliyanın səbəbləri

Tədqiqatçıların fikrincə anomaliyanın inkişafına təsir edə biləcək bir neçə ehtimal vardır.

  • genetik amil (anomaliyaların çoxu genlə miras alınır, buna görə də ateliya anadangəlmə bu xəstəliyə sahib olan bir insanın qohumlarında görünə bilər);
  • hamiləlik zamanı ananın məruz qaldığı bəzi ciddi xəstəliklərin ağırlaşmaları;
  • intrauterin inkişafın pozğunluqları (bəzi xarici və daxili amillər embrionun inkişafına mənfi təsir göstərə bilər, bu da süd vəzisi uclarının olmaması kimi anadangəlmə anomaliyaya səbəb ola bilər).

Müalicəsi

Anomaliyanı estetik baxımdan həll etmək mümkündür. Süd vəzisində mövcud olan dəridən məmə yaratmaq üçün sübut edilmiş variantlar var. Bundan əlavə kosmetik qalıcı döymə üsulu da mümkündür. Bu tədbirlər təbii məməni tamamilə təqlid etməyə imkan verir.

tercume