Bakteriemiya bu və ya digər infeksion agentin (bakteriyanın) qanda sirkulyasiyasıdır.
Bakteremiyanın səbəbləri
Patogenin qana nüfuz etməsi bir çox yoluxucu xəstəliklərdə müşahidə olunur. Diş ətlərində yaşayan bakteriyalar qan dövranına daxil olduqlarından insan çənəsini sıxdıqda belə yüngül, müvəqqəti bakteriemiya meydana gələ bilər. Bakteriyalar tez-tez bağırsaqlardan qan dövranına daxil olurlar, lakin qan qaraciyərdən keçərkən onlar tez məhv olurlar.
Qanın vahid həcminə düşən mikroorqanizmlərin sayı patogenin virulentliyindən və xəstənin bədəninin müqavimətindən asılıdır. Uzun müddətli və ağır bakteriemiya ilə, ümumiyyətlə yoluxucu prosesin ümumiləşdirilmiş və xüsusən septik formaları meydana gəlir.
Bakteriemiyanın mənbəyi aşağıdakılar ola bilər:
Bakteremiyanın simptomları
Bakteriemiya orqanizmdə bir çox xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Bunlardan ən ağırı infeksion endokardit xəstəliyidir ki, bu zaman ürək zədələnir.
Hər bir insan həyatı boyu ən azı bir dəfə bakteriemiyaya məruz qalır. Normal şəraitdə sağlam adamın orqanizmi bakteriemiyanı törədən yad cismi məhv etmək qabiliyyətinə malikdir. Bu zaman bəzi xəstələklər, o cümlədən infeksion endokardit inkişaf eləmir. Lakin sepsis inkişaf edən kimi xəstədə üşütmələr baş verir, bədən istiliyi yüksəlir, halsızlıq, ürəkbulanma, qusma, ishal görünür.
Müalicə başlanmazsa, yoluxucu agentlər bütün bədənə yayılır və metastatik infeksiya ocaqları əmələ gəlir.
Bunun nəticəsində menenjit - beyin membranlarının iltihabı, perikardit - ürəyin xarici qişasının iltihabı, endokardit - ürəyin daxili qişasının iltihabı, osteomielit - sümük toxumasının iltihabı meydana gələ bilər. Sepsis ilə bütün bədəndə abseslər (irin toplanması) yarana bilər.
Bakteremiyanın diaqnozu
Bakteriemiyanın diaqnozu qanda patologiya törədən bakteriyaların tapılması ilə qoyulur.
Bakteremiyanın müalicəsi
Müalicə bakteriyanın növünə və ona həssas olan antibiotiklərə əsaslanır.
Tercume
https://ailehekimiklinikasi.az/main/sehiyye/14381-bakteriemiya-ndir.html