Serebrovaskulyar xəstəliklər beyni qidalandıran damarların tıxanması və ya qanaması ilə ortaya çıxan, ziyan görən beyin bölgəsi ilə əlaqədar olaraq əlamətlər göstərən bir xəstəlik qrupudur.
Serebrovaskulyar xəstəliklər ölüm səbəbi olaraq dünyada 3-cü sıradadır, amma əlilliyə səbəbindən birinci sırada yer alırlar. Serebrovaskulyar xəstəliklər sıxlığı cəmiyyətlər və cinsiyyətlər arasında fərqlilik göstərir.
Risk faktorları:
Risk faktorları dəyişdirilməyən və dəyişdirilən olur.
Dəyişdirilən risk faktorlarını tanımaq və bunlarla mübarizə etmək xəstəliyi qarşısını almaqda çox əhəmiyyətlidir.
Dəyişdirilməyən risk faktorları:
Dəyişdirilən risk faktorları:
Klinik əlamətləri
Serebrovaskulyar xəstəlik əlamətləri beynin təsirlənən bölgəsinə görə dəyişiklik göstərir. Bu əlamətlərdən əvvəl xəbərdarlıq əlamətlər ola bilər. Bunlar bir neçə saat davam edən müvəqqəti baş gicəllənmələri, görmə itkiləri, danışma pozğunluqları, yaddaş problemləri, bədənin bir yarısında yaranan uyuşma, qarışqa gəzmə hissi, qüvvət itkisi vəziyyətləri beyin qan axınında müvəqqəti azalmaları səbəbiylə meydana gələ bilər. Bu vəziyyətdə edilən araşdırmalar serebrovaskulyar sistemdə xəstəlik düşünülsə xəstə ikinci bir hücumu önləmək üçün qoruyucu müalicəyə alına bilər.
Xəstəlik əlamətləri eynilə müvəqqəti əlamətlərdə olduğu kimi şüur pozuqluqları (xəstənin soruşulanlara cavab verə bilməməsi, ətrafındakıları tanıya bilməməsi, olduğu yeri bilməməsi, yuxuya meyl göstərməsi kimi), danışma pozğunluqları (soruşulanlara cavab verə bilməməsi və ya soruşulanlar başa düşə bilməməsi), görmə itkiləri (xüsusilə bir tərəfi görə bilməmə şəklində) bədənin bir tərəfində duyğu itkisi və ya güc itkisi, tarazlıq itkisi şəklində ortaya çıxa bilər və bir neçə saatda dayana bildiği kimi, irəliləmə də göstərə bilər.
Bu əlamətlərdən sonra xəstədə zaman keçdikcə ürək bulanma, qusma, baş ağrısı, narahatçılıq müşayət olunur. Bu əlamətləri fərq edən xəstə ya da xəstə yaxını heç gecikmədən ən qısa zamanda xəstəxanaya müraciət etməlidir.
Serebrovaskulyar xəstəliklərin diaqnozu
Xəstəlik əlamətləri ilə müraciət bir xəstədə Serebrovaskulyar xəstəlik diaqnozu qoymaqda xəstə və xəstə yaxınlarının verəcəyi məlumat çox qiymətlidir. Bu səbəblə xəstənin yanında hadisənin inkişafını ən yaxşı bilən kəslərin olması diaqnozun daha tez qoyulmasına kömək edir.
Müayinə üsullarından Kranial tomoqrafiya ən tez-tez istifadə və diaqnoza olduqca köməkçi bir araşdırma metodudur. Bəzi xəstələrdə vəziyyətə görə kranial MRT və angioqrafiya də lazım ola bilər.
Serebrovaskulyar xəstəliklərin müalicəsi
Xəstəliyin təsirli müalicəsi infarkt müalicəsində olduğu kimi ən sürətli şəkildə başlamalıdır. İlk üç və ya altı saatda gətirilən xəstələrdə tətbiq oluna damar tıxanıqlığının açmağa istiqamətli laxta əridici üsullar müalicədə olduqca effektli nəticələr verə bilir.
Daha gec çatan xəstələrdə isə yenə damarda tıkanıklığın qarşısını almağa istiqamətli müalicələr (heparin və törəmələri, antiaqreqant müalicələr), beyində şişkinlik (ödem) varsa bu vəziyyəti aradan qaldırmağa istiqamətli müalicələr tətbiq olunur.
Daha sonrakı mərhələdə isə xəstələrin itirdikləri funksiyalarını təkrar qazanmaları üçün reabilitasiya cəhdləri tətbiq olunur.
https://behruzeyvazov.com/xidmetler/bash-beyin-cerrahiyyesi/55-bash-beynin-damar-xestelikleri/