Bauhinit, nazik bağırsağı yoğun bağırsaqdan ayıran bauhin qapağının iltihabıdır. Bu qapaq qalça-kor bağırsaq dəliyini örtərək, nəcis kütlələrinin geriyə qayıtmasının qarşısını alır. Patologiya qarnın sağ-aşağı hissəsində ağrılar, ishal, qarında qurultu və meteorizmlə təzahür edir. Diaqnoz irriqoskopiya, qarın boşluğunun USM, koproqramma və nəcis kütlələrinin bakterial əkilməsinin nəticələrinə əsasən qoyulur. Müalicə antibiotik, probiotik, həzm fermentləri, immunomodulyator, spazmolitik və infuzion vasitələrin köməyilə aparılır. Medikamentoz terapiya pəhriz və fizioterapevtik prosedurlarla tamamlanır.
Bauhinit barədə ümumi məlumat
Bauhinit həzm sisteminin müstəqil xəstəliyi qismində nadir hallarda qeydə alınır. Qastroenterologiya və proktologiya sahəsinin mütəxəssislərinin müşahidələrinə əsasən ileosekal qapağın iltihabına adətən enterit, kolit və enterokolitlə müştərək şəkildə rast gəlinir. Xəstəlik kəskin və ya xroniki gedişli olur. Kəskin bauhinitin inkişafı əsasən bağırsaq infeksiyaları ilə assosiasiyalı olur. Xroniki gediş daha çox immunitet, qidalanma və həzm sisteminin pozğunluqlarının səbəb olduğu paologiyalar üçün xarakterikdir. Pozğunluğun erkən diaqnostikasının aktuallığı bauhin qapağının funksional çatışmazlığı və digər ağırlaşmaların formalaşma ehtimalı ilə bağlıdır.
Bauhinitin yaranma səbəbləri
Bauhinit etioloji amilləri nazik və yoğun bağırsağın iltihabi xəstəliklərinin yaranma səbəbləri ilə eynidir. Xəstəliyin infeksion forması patogen mikroorqanizmlər (qarın yatalağı bakteriyaları, dizenteriya, vərəm, digər infeksiyalar) və şərti-patogen flora (bağırsaq çöpləri, stafilokokk, streptokokk) tərəfindən törədilir. Qeyri-infeksion formalı bauhinit qeyri-spesifik xoralı kolit, Kron xəstəliyi və bağırsaqda gedən bir sıra iltihabi proseslər fonunda inkişaf edir. Bauhinitin balıca etioamilləri aşağıdakılardır:
Bauhinitin patogenezi
Bauhinitin inkişaf mexanizmi zədələyici amillərin ileosekal qapağa təsiri ilə bağırsağın qoruyucu faktorları arasında disbalansa əsaslanır. İnfeksion mənşəli formalarda mikroorqanizmlərin massiv disseminasiyası mühüm rol oynayır. Onların ekzo- və endotoksinləri toxumaların alterasiyasına və iltihab mediatorlarının ifrazına səbəb olur. Zədələnmiş selikli qişada damarların genişlənməsi, mirosirkulyasiyanın pozulması, damardaxili mayenin eksudasiyası və ödem müşahidə edilir. Nəticədə sorulma prosesləri pozulur, bir sıra hallarda bauhin qapağının stenozu və ya çatışmazlığı meydana çıxır.
Qeyri-infeksion bauhinit mürəkkəb patogenezlə seçilir. Reaksiyanın inkişafında T-limfositlər, anticisimlər, proteaza, sitokin, interleykin, komplement sisteminin komponentləri və digər iltihabəleyhinə agentlər iştirak edə bilər. Bauhinitin qeyri-iltihabi formaları üçün selikli qişanın atrofiyası xarakterikdir. Bu proses bəzi qida maddələrinin çatışmazlığı və apoptoz proseslərinin sürətlənməsi hesabına regenerasiyanın zəifləməsi ilə bağlıdır. Daha ağır gedişli infeksion və qeyri-infeksion formalarda selikli qişanın eroziv və xoralı-nekrotik zədələnməsi qeydə alınır.
Bauhinitin əlamətləri
Xəstəlik nadir hallarda izoləolunmuş formada inkişaf etdiyindən onun klinik təzahürlərinə adətən bağırsağın qonşu hissələrinin iltihab əlamətləri ilə birgə təsadüf olunur. Bauhinit zamanı pasiyentlər sağ qalça nahiyəsində ağrıdan şikayətlənirlər. Ağrı simptomu qida qəbulundan sonra güclənə bilər. Defekasiyanın gün ərzində 5-7 dəfəyə qədər artması, iri miqdarda maye konsistensiyalı üfunətli nəcisin ifrazı müşahidə edilir. Defekasiya aktından sonra ağrı hissiyyatı azalır. Xəstələrdə dispeptik əlamətlər: qarında qurultu, meteorizm, bəzən isə ürəkbulanma və qusma inkişaf edir.
Bauhinit ağır formalı ishalla müşayiət olunduqda orqanizmin susuzlaşması əlamətləri: dəri və selikli qişaların quruluğu, güclü susuzluq hissi, baş ağrıları və başgicəllənmə aşkarlanır. Dil ağ ərplə örtülür. Bağırsaqda ifadəli iltihabi proses zamanı bədən hərarəti 38-39°С-yə qədər yüksəlir. Xəstəliyin xroniki gedişində həzm sisteminin funksional çatışmazlığı ilə əlaqədar pasiyentlərdə çəkinin itirilməsi müşahidə edilir.
Bauhinitin ağırlaşmaları
Müalicə aparılmadıqda mikroorqanizmlər qalxan yolla yayılaraq, total enteritin inkişafına səbəb olurlar. Bu da həzm prosesini əhəmiyyətli dərəcədə çətinləşdirir. Bauhinit zamanı zülal və yağların sorulması zəifləyir, su-elektrolit mübadiləsi pozulur. İnfeksiyanın soxulcanabənzər çıxıntıya keçdiyi hallarda appendisit yarana bilər. Xəstəliyin uzunmüddətli gedişi bağırsaq divarının bütün qatlarının zədələnməsi, bağırsağın perforasiyası, qanaxma, peritonit riski ilə müşayiət olunur. Keçirilmiş bauhinitdən sonra bauhin qapağının ikincili çatışmazlığı formalaşa bilər. Bu pozğunluq qalça-kor bağırsaq dəliyinin kip örtülməməsi ilə xarakterizə olunur. Nəticədə yoğun bağırsağın bakteriya koloniyalarından ibarət möhtəviyyatının nazik bağırsağa qayıtması baş verir, bakteriyaların miqdarı isə hədsiz dərəcədə çoxalır. Pasiyentlərdə tez-tez medikamentoz terapiyaya rezistent enterit və kolitlər inkişaf edir. Nadir hallarda ileosekal qapaq stenozlaşır.
Bauhinitin diaqnostikası
Xəstəliyin klinik şəklinin qeyri-spesifikliyi, bağırsağın digər şöbələrinin iltihab əlamətləri ilə oxşarlığı diaqnozun qoyulmasını çətinləşdirir. Ağrıların qalça nahiyəsində lokalizasiyası bauhinitdən şübhələnməyə əsas verir. Diaqnostika prosesində kompleks laborator-instrumental müayinə üsullarından istifadə olunur:
Bauhinitin həzm sisteminin digər xəstəlikləri ilə differensial diaqnostikasında sürətli qeyri-invaziv müayinə üsulu qismində ultrasəs müayinədən istifadə olunur. Soxulçanabənzər çıxıntının iltihab əlamətlərini vaxtında aşkar etmək üçün ileosekal nahiyəyə xüsusi diqqət yetirilir.
Bauhinitin müalicəsi
Terapevtik taktika bauhinitin inkişaf dinamikasından, onun klinik əlamətlərinin ifadəliliyindən və xəstəliyin etiologiyasından asılı olaraq seçilir. İnfeksion formalı bauhinitin rast gəlindiyi pasiyentlər infeksion stasionara, kəskin infeksion prosesin müşahidə edildiyi xəstələr isə qastroenteroloji və ya terapevtik şöbələrə hospitalizasiya edilir. Bauhinitin xroniki formasında ambulator müalicə aparıla bilər. Xəstələrə kiçik porsiyalarla tez-tez qidalanma, gündəlik rasiondan karbohidrat və yağların çıxarılması məsləhət görülür. Müalicə sxeminə aşağıdakılar daxildir:
Göstərişlərə əsasən bauhinitin medikamentoz terapiyasına adsorbent (meteorizmi aradan qaldıran), işlədici və ya ishal əleyhinə vasitələr (nəcisi tənzimləyən), selikli qişanın regenerasiyasının stimulyatorları, desensibilizəedicilər, vitamin preparatları, spastik vəziyyətlərdə xolino- və spazmolitiklər əlavə olunur. Fizioterpevtik üsullar arasında bağırsağın yuyulması, diatermiya müsbət nəticələr verir. Remissiya dövrünü stabil saxlamaq məqsədilə pasiyentlər qastroenteroloji profilli müəssisələrdə sanator-kurort müalicəsinə yönəldilir.
Bauhinitin proqnoz və profilaktikası
Kəskin bauhinit əksər hallarda tam sağalma ilə nəticələnir. Xəstəliyin xroniki formalarında proqnoz bir o qədər də qənaətbəxş olmur. Müalicə kursundan sonra residiv riski mövcuddur.
Bauhinitin profilaktikası həzm traktının istənilən patologiyalarının erkən diaqnostika və müalicəsindən, qida məhsullarının düzgün yuyulma və termiki işlənməsindən, rasionun balanslaşdırılmasından, immunosupressiya əlamətləri olduqda immunostimulyatorların qəbulundan ibarətdir.