Main

Boy Hormonu Çatışmazlığı

Böyümə hormonu çatışmazlığı hipofiz vəzinin kifayət qədər böyümə hormonu istehsal etməməsidir. Bu hormon, sümük və digər toxumaların böyüməsini stimullaşdırmaq üçün lazımdır. Böyümə hormonu çatışmazlığı hipofiz vəzinin və ya hipotalamus adlanan başqa bir vəzin zədələnməsi nəticəsində yarana bilər. Zədə doğuşdan əvvəl (anadangəlmə), doğuş zamanı və ya doğuşdan sonra baş verə bilər. Hipofiz vəzi beynin alt hissəsində yerləşən noxud boyda vəzdir. O, bədəndəki əsas endokrin vəzidir. Yetkinlərdə böyümə hormonu çatışmazlığı olarsa, aşağı sıxlıqlı lipoproteinlərin miqdarı yüksək sıxlıqlı lipoproteinlərinə nisbətən daha çox olur. Böyümə hormonunun çatışmazlığı həm uşaqlıqda, həm də yetkinlikdə görünür. Böyümə hormonu çatışmazlığı olan yetkinlərdə geniş spektrli simptomlar ola bilər. Bu simptomlar kəskin olduqda, insanların həm fiziki, həm də psixoloji fəaliyyət qabiliyyətini azalda bilər və bu, onların həyat keyfiyyətini kəskin şəkildə aşağı salır. Bu simptomlara:

  • Əzələ kütləsinin azalması və əzələ gücünün zəifləməsi
  • Bədəndə yağ miqdarının artması (xüsusilə bel ətrafında)
  • Qanda və qan dövranında dəyişiklik
  • Osteoporoz (kövrək sümüklər)
  • Adaptasiya və yaddaşın pozulması
  • Enerji səviyyəsinin aşağı olması və s. daxildir.

Böyüməyə təsir edən amillərə hormon çatışmazlığı, qidalanma pozğunluğu, genetik faktorlar və s. daxildir. Hər bir uşağın boyu hər iki valideynlərindən alınan gen qrupu ilə təmin edilir. Əgər qidalanma pozğunluğu varsa, ilk növbədə bu düzəldilir. Hormon çatışmazlığı varsa, çatışmayan hormon ilə müalicə problemi həll edilir. Hormon terapiyasında tətbiq edilən müalicənin ciddi yan təsirlərinin ola biləcəyi bəzi insanları narahat edir. Ancaq hormon yalnız müəyyən analizlərdən sonra uşaqda hormon çatışmazlığı aşkar edildikdə istifadə olunur. Əks halda, hər bir qısa boylu uşaq hormon terapiyasından faydalanacaq deyə bir qayda yoxdur. Böyümə geriliyində istifadə edilən böyümə hormonu sümüklərin qığırdaqlarına təsir edən bir hormon olduğundan fərqli yan təsirlər göstərmir.

https://www.medicalgroup.az/news/read/174/boy-hormonu-catismazligi