Boyun ağrıları insanların qarşılaşdığı ən qədim və ən yayğın problemlərdən biri olub, hər yaş qrupunda qarşılaşıla bildiyimiz, həyat keyfiyyətini azaldıb, iş qabiliyyətinin məhdudlaşmasına səbəb olan sosial iqtisadi önəmli bir problemdir. Boyun ağıları müasir günümüzdə də xroniki ağrı sıralamasında, bel ağrılarından sonra ikinci sırada yer almaqdadır. Ümumi populasiyada hər 3 insandan biri həyatlarının hər hansı bir dönəmində müxtəlif səbəblərə bağlı olaraq yaranan boyun ağrılarından şikayət edirlər.
Boyun ağrısının səbəbləri
Boyun ağrıları bel ağrıları qədər sıx görülməməklə birlikdə, hər yaş qrupunda rast gəlinə bilən, həyat keyfiyyətini azaldıb, iş qabiliyyətinin itməsinə səbəb ola bilən önəmli bir problemdir.
Boyun ağrısı səbəbləri 3 əsas qrupa bölünür.
Qeyd: Gərilim, stres, siqaret: Boyun ağrısını artıran və xronikləştirən ən önəmli səbəblərdir. İqtisadi, sosial və psixoloji problemlərimiz boyun ağrısını artırır. Gülmək, nizamlı çalışmaq, sosial aktivliklər və həyata bağlı olmaq boyun ağrısına qarşı ən önəmli silahımızdır.
Onurğanın boyun şöbəsi
Onurğanın boyun şöbəsi baş və gövdəni birbirinə bağlayan daha çox hərəkətli onurğa segmentidir. Onurğanın boyun şöbəsi 7 ədəd fəqərə adlandırılan sümüklərdən, fəqərə arası disk adlandırılan qığırdaqlardan, hər iki fəqərəni birbirinə bağlayan oynaqlar və bağlardan təşkil olunmuşdur. Fəqərə arası disk iki hissədən ibarətdir. Fibroz həlqə (anulus fibrosus) adlandırılan xarici təbəqə və pulpoz nüvə (nucleus pulposus) adlandırılan jelatinə bənzər daxili təbəqədən təşkil olunmuşdur. Diskin vəzifəsi onurğa sütunun üzərinə düşən yükü bərabər olaraq paylaşdırmaqdır. Sadə bənzətməylə bir növ amortizator funksiyasını yerinə yetirir. Disk və faset oynaqların digər görəvi isə boynun hərəkətliliyini təmin edəcək dərəcədə elastiklik verərəkdən, yanaşı olaraq isə onurğa kanali içərisində yerləşən haram iliyi (onurğa beynini) qorumaqdır. Bunun sayəsində boynumuzu hər yönə rahat bir şəkildə hərəkət etdirə bilirik, ancaq sinirlərimizə hər hansı bir xəsarət toxunmur.
Onurğanın boyun bölgəsinin normalda “Lordoz” adlandırılan bucağı (köçəkliyi), arxaya baxan özünə məxsus əyriliyi vardır. Bu əyriliyin pozulmasi gələcəkdə bir çox patalogiyaların başlanmasına səbəb olur. Onurğa kanalının içərisindən onurğa beyni çekməkdədir. Onurğabeyni kanal boyunca aşağı doğru davam edərkən hər fəqərə səviyyəsində sinir kökü adı verilen şaxələr verir. Bu sinir kökləri birləşərək bütün vücuda yayılan və vücudun elektrik sistemini təşkil edən sinirləri meydana gətirirlər. Onurğanın boyun şöbəsi baş beyindən alınan siqnalları qollarımıza, ayaqlarımıza və gövdəmizə ötürməkdədir. Onurğa beyni, evə elektrik stansiyasından siqnalları daşıyan əsas, aparıcı elektrik naqilinə bənzəməkdədir. Spinal sinir kökləri isə, evin içindəki hər bir otağa elektriki lazım olduğu miqdarda paylaşdıran aparıcı elektrik naqilinin şaxələrinə bənzəyir.
Boyun tutulması
Boyun tutulması, tibbi olaraq “tortikolis”, əzələ spazmı adlandırlır. İnsanlar arasında tez- tez rast gəlinə bilən bir haldır.
Boyun tutulmasının şikayət və əlamətləri
Boyun tutulması adətən səhərlər meydana çıxaraq özünü, aşağıdakı əlamətlərlə biruzə verir:
Boyun tutulmasının mexanizmi
Boyun tutulmasına, boynun hər iki tərəfində yerləşən, “döş-köprücük- məməyəbənzər əzələ” (sternokleidomastoit) adı verilen əzələlərdən birindəki spazmı səbəb olur. Boyun tutulmasının yaranma mexanizmi, boyunun həddindən artıq gərginləşməsi, passivləşməsi və ya tərləmə sonrası sternokleidomastoit əzələdə olan spastiklik, rigidlikdir.
Boyun tutulmasına səbəb olan faktlar
Hayat tərzimizdəki bəzi yanlış hərəkətlər öncə boyun ağrısı, əzələlərdə tutulma ilə özünün biruzə verərək sonrasında yırtıq olaraq qarşımıza çıxabilir.
Boyun tutulmasın zamanı diqqət ediləcək məqamlar
Yuxarıda qeyd olunanalardan əlavə etməmiz və etməməmiz gərəkən şeylər vardır. Məsələn boynunuzun tutulduğu gün:
Qısacası boyun əzələlərinin yorulmaması üçün boyuna düşən yükü azaltmaq lazımdır.
Boyun Tutulmasında Müalicə
Boyun tutulması maksimum 2 – 3 gün davam edir, heç bir şey etməsəniz belə boyun ağrınızın öz-özünə ortadan qalxdığını görəcəksiniz!