Main

Bruqada sindromu

Ürəyin miokardında çox sayda hüceyrələr vardır ki, bunlar da ürəyin yığılmasını təmin edirlər. Lakin bu prosesin altında müxtəlif elementlərin, natrium, kalium, kalsimumun mübadiləsi gedir ki, bu da ürəyin elektriki aktivliyinin normal gedişatını təmin edir. Hər hansı bir pozuntuda elektrik axım düzəni pozulur və bu da təhlükəli aritmiyaların yaranmasına gətirib çıxarır. Belə qorxulu xəstəliklərdən biri də genetik olan Bruqada sindromudur. Bu sindrom Yaponiya və Taylandda daha sıx yayılmışdır və kişilərdə qadınlara nisbətən 8 dəfə daha çox rast gəlinir.

Brugada sindromunun səbəbləri

Yetkin insanlarda qəfil ürək ölümünə səbəb olan işemik xəstəliyi və miokard infarktı hesab oluna bilər, lakin son illərdə miokardın və ya koronar damarların aşkar xəstəlikləri olmadıqda qəfil ölüm problemi xüsusilə gənc yaşda getdikcə kəskinləşir.

Bruqada sindromunun simptomları

Bruqada sindromunun əsas əlamətləri ritm pozğunluqları, huşunu itirmə və xüsusən yuxuda rast gəlinən ani ölümdür. Xəstəliyin klinik təzahürünün üstünlük təşkil edən yaş həddi 30-40 arasıdır. İlk dəfə olaraq bu sindrom tez-tez huşunu itirmə halları keçirən və aktiv antiaritmik terapiyaya və kardiostimulyatorun implantasiyası müalicəsinə baxmayaraq qəfildən ölən üç yaşlı qızda görülmüşdür.

Xəstəliyin klinik mənzərəsi mədəcik taxikardiyasının hücumları fonunda bayılmanın tez-tez baş verməsi və əsasən yuxu zamanı qəfil ölüm, həmçinin yarılma zamanı miokardın üzvi zədələnməsi əlamətlərinin olmaması ilə xarakterizə olunur.

Bruqada sindromunun diaqnozu

Bruqada sindromunun diaqnoz adi kardioqramma ilə qoyulur. Bu zaman normal kardioqrammadan fərqli olaraq bu sindromun varlığında v1 və v2 aparmalarında çadır tipli ST yüksəlməsi qeyd edilir. Lakin bu dəyişikliyi görüb xəstədə mütləq şəkildə Bruqada var deyə bir yanlışlıq etmək olmaz. Bunu gördükdə daha dərin testlər aparılır, ailə anamnezi aydınlaşdırılır və yalnız diaqnoz qoyulduğu halda xəstəyə əvvəla bir sıra profilaktik məsləhətlər verilir.

Bruqada sindromunun müalicəsi

Hazırda bu xəstəliyin effektiv farmakoloji müalicəsi yoxdur.

Kardiogen ani ölüm riski yüksək olan xəstələr üçün kardioverter-defibrilatorun implantasiyası ömür müddətini artıran bir müalicədir.

Bunlar hərarətin yüksəlməsindən qorunmaq, alkoqol və kokain qəbulundan uzaq durmaq, başqa xəstəliklərə görə həkimin təyin etdiyi bir sıra dərmanları ehtiyatla qəbul etmək. Daha sonra isə ani ölümün qarşısını almaq məqsədil ilə dərialtına daimi defibrilyatorun yerləşdirilməsi xəstəliyin istənməyən ağırlaşmasının qarşısını alacaq tək çarədir. Bu aparat qorxulu və ölümcül aritmiyaları təsbit edəcək və özü dərialtından onlara ritmi normala döndərmək üçün elektriki şok verəcək. Bu şokun təsirindən xəstənin həyati təhlükəsi aradan qalxacaqdır.

https://www.facebook.com/DrGunayRehimova/posts/2118180908430728/

tercume