Brüssellyoz Brucella cinsindən olan bakteriya qrupunun yaratdığı bir xəstəlikdir. Bu bakteriyalar həm insanlara, həm də heyvanlara yoluxur. Çiy ət və pasterizə olunmamış südlü qidaları yeyərkən brüsellyoz yoluxa bilər. Bakteriyalar hava və ya açıq yara ilə təmas zamanı da yoluxa bilər.
Heyvanlarla və çiy ətlə işləyən (məsələn, qəssab) insanlar brüssellyoza tutulmaq riskinə ən çox malik olan insanlardır.
Brüssellyoz olduğunuzu düşünürsünüzsə, həkiminizlə danışmalısınız.Əsasən müalicədə antibiotiklər istifadə olunur. Ancaq bəzi insanlar illər ərzində bu xəstəliyi dəfələrlə yoluxa bilir. Dərmanlar xəstəliyi tamamilə itirməyəcəkdir.
Brüssellyoza yoluxma riskinizi azaltmaq üçün çiy ət və pasterizasiya olunmamış süd məhsullarından uzaq durun. Unutmayın ki, heyvan və ya heyvan toxumaları ilə işləyərkən qoruyucu paltar geyinməlisiniz.
Səbəblər və risk
Müxtəlif növ keçilər, mal-qara və itlər də daxil olmaqla heyvanlar brüssellyoz daşıyıcısı ola bilər. Daha sonra insanlar isə xəstəliyə yoluxmuş heyvanlardan yoluxa bilərlər. Bakteriyalar həzm sistemi(yemək), inhalyasiya (nəfəs alma) və ya açıq yara ilə təmas ilə keçə bilər. Heyvanların əhatəsində çox vaxt keçirirsinizsə, brüssellyoza tutulma ehtimalınız yüksəkdir. Risk, heyvan sidiyi, qan və toxuma ilə təmasda olan insanlar üçün xüsusilə yüksəkdir. Heyvan plasentası da Brucella bakteriyalarına yoluxmuş ola bilər. Bu halda,heyvanın doğum etməsinə kömək etsəniz, bakteriyaya məruz qalırsınız.Xoşbəxtlikdən, bruselloz nadir hallarda ev heyvanlarından insana keçir.
Çiy heyvan məhsullarını yeyən və ya içən insanlar da həmçinin brüssellyoz riski altındadır. Pasterizə olunmamış süd və süd məhsulları, həmçinin çiy ət, Brucella bakteriyalarını daşıyır. Asiya, Afrika və Avropanın bir çox yerləri daxil olmaqla xəstəliyin yayıldığı bölgələrdə çiy ət və süd məhsulları yeyirsinizsə brüssellyoz tutma şansınız daha yüksəkdir.
Brüssellyoz nadir hallarda bir insandan digərinə keçir. Eyni zamanda, ana südü ilə ya da cinsi əlaqə ilə yoluxma da mümkündür. İnfeksiya qan və toxuma ilə təmas olmadan nadir hallarda olur.
Simptomlar
İnsanlarda brüssellyozun simptomları qripə bənzər keçir. Simptomlara aşağıdakılar daxildir:
Diaqnoz
Qeyri-müəyyənləşdirilmiş qripə bənzər simptomlar varsa, həkiminiz bəzi brüssellyoz testləri edə bilər. Testə daxil ola bilir:
Qrip kimi simptomlar varsa və brüssellyozdan şüphə etdiyiniz heyvanlarla təmasda olduğunuzu düşünürsünüzsə bunu həkimə deyin. Bakteriyaya məruz qaldıqdan dərhal sonra olması lazım deyil. Heyvanlarla təmasınız aylar əvvəl olsa gəlsə belə brüsselloz olmuş bilərsiniz. Bu xəstəliyə yoluxduqda,simptomların görünməsi bir həftədən iki aya qədər çəkir.
Müalicə
Brüssellyoz adətən antibiotiklərlə müalicə olunur. Həkiminiz həm rifampin, həm də doksisiklin təyin edə bilər. Ən azı altı həftə bu dərmanları qəbul edilməlidir.
Ağırlaşmalar
Antibiotiklər həmişə brüssellyoza səbəb olan bakteriyaları aradan qaldırmayacaqdır. Həkiminiz xəstəliyin tam müalicə olunmasına qədər bir neçə dərman təyin etməlidir. Bəzi hallarda bakteriyalar müalicəyə baxmayaraq qala bilərlər.
Müalicə uğursuz olarsa, brüssellyoz komplikasiyaya səbəb ola bilər. Bunlara aşağıdakılar daxildir:
Bu ağırlaşmalardan bəziləri ölümcül ola bilər. Brüsselyozdan ölüm nadir hallarda olur. Brüssellyoz üçün ölüm faizi yüzdə 2 qədər aşağıdır. Brüssellyoz xəstəliyi olan insanların əksəriyyətində, xüsusilə də komplikasiyaları olmadıqda, tamamilə sağalma gözlənilir.
Profilaktika
Brüssellyozun qarşısı alına bilər. Xəstəlik şansınızı azaltmaq üçün sizə aşağıdakılar məsləhət görülür:
Heyvanlar üçün brüssellyoz peyvəndi vardır. Ev heyvanları ilə işləyərkən, onlara brüssellyoz vaksini etməlisiniz. Təəssüf ki, insanlar üçün belə bir peyvənd yoxdur. Odur ki,özünüzü qorumaq üçün digər addımlar atmağınız vacibdir.