Main

Burun Polipləri

Burun polipləri burun boşluğunda törəmələrin iltihabı hesabına xoşxassəli qabarıqların əmələ gəlməsidir. Çoxsaylıdır, artıma meyllidir, studen konsistensiyalı hamar səthə malikdirlər.
Poliplər böyük ölçüdə olub, burun boşluğunu tam tuta bilər və hətta yumşaq damağı da görünməz edə bilərlər. Burun polipləri burun boşluğu selikli qişasında baş verən allergiya və xroniki iltihab nəticəsində yaranır.
Simptomlar və gedişat.
Üst çənə boşluğu və qəfəsvari labirintin iltihabında selikli qişa şişir, boşluğu doldurur və təbii deşikdən burun boşluğuna keçir. İltihab prosesi azalarkən selikli qişanın yalnız deşikdən keçməyən hissəsi normal hala düşür. Beləliklə, polipin oturacağı boşluqda, ayaqları çıxış kanalında, əsas hissəsi isə burunda yerləşir.
İltihabi poliplər qırmızı, allergiklər poliplər isə (həcmləri hava rütubətindən asılı olaraq dəyişə bilər) sarı rəngdə olurlar. Qan dövranının pozulması nəticəsində çıxış deşiklərinin dairəsində, boşluq polipləri ilə əlaqəsi olmayan, yeni poliplər əmələ gəlir.
Poliplər müxtəlif, rəngarəng formalı olurlar. Onlar boşluqların atrofiyasını, burun arakəsməsinin əyilməsini yarada bilərlər. Nəticədə burundan nəfəsalmanın çətinləşməsindən, daimi selik və irinin burundan axmasından, baş ağrısından, zəiflikdən, yuxusuzluqdan, yaddaşın zəifləməsindən, qulaq tutulması və küydən, öskürək tutmalarından şikayətlər olur.
Diaqnozu
Diaqnoz bu simptomlar əsasında qoyulur: nəfəsalmanın çətinləşməsi və burun axması. Güzgü ilə buruna baxılır, zondla yoxlanılır. Burun poliplərini qaymorit və etmoiditdən fərqləndirmək lazımdır.
Müalicəsi
Burun polipləri yalnız cərrahiyyə yolu ilə polip halqası vasitəsilə burunu zədələmədən kəsilib götürülür. Burun boşluğu polipləri götürüldükdən sonra yenidən əmələ gələ bilər.

https://www.facebook.com/otolarinqoloq/photos/a.955613614511911/1074375705969034/?type=3