Badamcıqlar limfoid toxumanın toplantısıdır. Onlar burun-udlaq və ağız boşluğu sahəsində yerləşir və burada limfoid həlqəni əmələ gətirirlər. Bu limfoid həlqə yalnız məməlilərdə rast gəlinir. İnsanlarda limfoid həlqə 8 aylığa qədər yaranır. Badamcıqlar qoruyucu və qanyaradıcı funksiyanı yerinə yetirir. Həmçinin immunitetin yaranmasında da iştirak edirlər. Badamcıqlar immun sistemmdə yad hissəciklərlə ilkin olaraq qarşılaşan üzvdür.
Badamcıqlar bir neçə qrupa bölünür:
Damaq badamcıqları dil-udlaq sinirinin şaxələri ilə innervasiya olunur. Badamcıqların immun sistemdəki rolu orqanizmi infeksiyalardan qorumaqdır. Orqanizmə hava-damcı yolu ilə daxil olan mikroorqanizmlərin 70%-i badamcıqlar tərəfindən zərərsizləşdirilir. Bundan başqa badamcıqlar bioloji maddələr sintez edir ki, bu maddələr qanyaranmada iştirak edən hüceyrələrin yaranmasında iştirak edir. Badamcıqların parenximasını limfoid toxuma təşkil edir. Müəyyən olunmuşdur ki, damaq badamcıqları genetik yad hissəciklə təmasda olduqda antitel sintez edə bilir. Bu badamcıqlardakı kriptalar ilə əlaqəlidir. Kriptalarda qismən sabit temperatur və rütubət şəraitində az miqdarda qida qalıqları qalır. Bu qalıqlar kriptalara onların səthində yerləşən epitel hüceyrələri tərəfindən ötürülür. Burada həmçinin mikroorqanizmlər qalır və çoxalır. Badamcıqların səthində, epitel hüceyrələri sahəsində çoxlu miqdarda limfositlər yerləşir. Burada birincili immun reaksiya baş verir. Badamcıqları kənarlaşdırılmış şəxslərdə ikincili immun dəyişikliklər inkişaf edir (SPİD). Belə insanlar tez-tez yuxarı tənəffüs yollarının iltihabı və allergik xəstəliklərlə xəstələnirlər (faringit, rinit, sinusit, rinit, bronxit və s.). Son zamanlar müəyyən olunmuşdur ki, badamcıqlar xərçəng əleyhinə təsirə malikdir. Müşahidələr göstərir ki, badamcıqları kənarlaşdırılmış insanlarda yuxarı tənəffüs yollarının, həzm sisteminin, ağciyərlərin xərçənginə badamcıqları kənarlaşdırılmamış insanlara nisbətən 3-8 dəfə daha çox rast gəlir. Badamcıqlarda dərinləşmələr-kriptalar var. Bu kriptalarda orqanizmə daxil olan yad hissəciklərin antigen tərkibi təyin olunur və burada bu antigenlərə qarşı zülallar sintez olunur. Alimlər badamcıqlardan bir neçə zülali birləşmə əldə etmişlər. Məlum olmuşdur ki, bu birləşmələr qırtlaq və qan xərçəngi xəstələrində hər 5-ci xərçəng hüceyrəsini məhv edir. Bu maddələri xərçəng xəstəliyi olan heyvanlara yeritdikdə onların həyati qabiliyyəti artır. Badamcıqlar allergik reaksiyalarda da iştirak edir. Disbakteriozlu və allergiyalı uşaqların 70%-də badamcıqlar çıxarılmışdır. 8 yaşa qədər uşaqlarda badamcıqların çıxarılması əks göstərişdir. Sonrakı yaşlarda badamcıqların kənarlaşdırılması mümkün qədər olmamalıdır. Badamcıqlarda B limfositlərin populyasiyası yaranır. B limfositlər 18 həftəlik döldə inkişaf etməyə başlayır. 3-8 yaşında onların sintezi intensivləşir. Sonrakı dövrdə isə B limfositlərin yaranması nisbətən azalır. Lakin heç vaxt onların əmələ gəlməsi tam olaraq dayanmır. Badamcıqların iltihabı müəyyən qədər peyvənd funksiyasını yerinə yetirir. Uzun illər ərzində müəyyən antigenlərə qarşı həssaslığın azalması baş verir. (məs.streptokokkk,qrip virusunun müəyyən ştamları və s.). Aydın olur ki, badamcıqlar nə qədər tez xaric edilərsə orqanizm infeksiyalar qarşısında bir o qədər daha çox müdafiəsiz qalır. Uşaqlarda tez-tez damaq badamcıqların hipertrofiyası müşahidə olunur. Bu proses əksər hallarda udlaq badamcıqlarının hipertrofiyası ilə birgə rast gəlinir. Bu zaman iltihabi dəyişikliklər müşahidə olunmur. Lakin tənəffüsün və qida qəbulunun çətinləşməsi müşahidə olunur. Badamcıqların iltihabı kəskin (angina) və xroniki (tonzillit) ola bilər. Badamcıqlarda iltihabi proseslər həmçinin kəskin infeksion xəstəliklər zamanı-difteriya, skarlatina, infeksion mononukleaz və s. ola bilər. Badamcıqlarda nekrotik proseslər is əsasən qan xəstəliklərində-leykoz, limfaqranulamatoz rast gəlinir. Damaq badamcıqlarının xəstəlikləri:
Badamcıqların əksər xəstəlikləri tənəffüsün,nitqin,qida qəbunun pisləşməsi ilə müşayət olunur. Badamcıqların xroniki xəstəlikləri oynaqlara, ürəyə ağırlaşmalar verə bilər. Badamcıqların müasir müalicə üsullarına krioterapiya, allergiya əleyhinə müalicə, lazer və radiodalgalı cərrahiyə, endoskopiya və ultrasəs və s.