Dəri angiti, müxtəlif ölçülü dermohipodermal qan damarlarının iltihablanması və zədələnməsi ilə müşahidə olunan iltihablı-allergik bir qrup dermatozlardandır. Xəstəlik, dəri altındakı damarların müxtəlif hissələrinin zədə görməsi ilə əlaqədar olan bir qrup xəstəliyi əhatə edir. Dəri angiti, dərinin qızarması, şişməsi, ağrısı və s.kimi əlamətlərin ortaya çıxması ilə özünü göstərə bilər. Dəri angiti, fərqli səbəblərlə müşahidə olunur, amma ən çox yayılmış immünoloji, allergik və ya infeksiyon səbəblərdir.
Dəri angitinin simptomları
Dəri angitinin simptomları müxtəlif cür ola bilər və bu simptomlar xəstəliyn şiddətinə, növünə və təsir göstərdiyi bölgəyə bağlı olaraq dəyişir. Ümümi göstəricilərə görə dəri angiti aşağıdakı simptomlarla özünü göstərə bilər:
Dəri angitisi xəstəliyinin simptomları insandan insana dəyişir və bu səbəblə tədqiqat və müalicə üçün mütləq bir dermatoloqa görünmək vacibdir.
Dərinin angitinin diaqnozu
Dərinin angitinin diaqnozu xarakterik klinik simptomlara əsaslanır. Ağır hallarda patohistoloji müayinə aparılır. Adətən vərəmli dəri lezyonları (eritema induratum və papulonekrotik vərəm) ilə differensial diaqnostikada lazım olur. Eyni zamanda, dəri vərəmi olan xəstələrin gənc yaşı, prosesin qış aylarında kəskinləşməsi, seyrəldilmiş tüberkülozla dəri testlərinin müsbət olması, digər orqanların vərəminin olması da nəzərə alınır. Bunlarla birlikdə biopsiya və qan testəri də aparıla bilər.
Dəri angitinin müalicəsi
İnfeksiya ocaqlarının sanitarlaşdırılması. Endokrin və metabolik pozğunluqların korreksiyası. Antihistaminiklər, vitaminlər (C, P, B15), kalsium preparatları, steroid olmayan antiinflamatuar preparatlar (indometazin, butadion). İnfeksiyaya uyğun antibiotiklər. Ağır hallarda - hemosorbsiya, plazmaferez, adekvat dozada uzunmüddətli kortikosteroidlər - tədricən kəsilməklə. Xroniki formalarda - quinolinlər. Yerli olaraq ləkəli, papulyar və düyünlü səpgilərlə - kortikosteroid məlhəmləri ilə okklyuziv sarğılar təyin olunur.