Main

Diastema

Diastema dişlər arasında nəzərəçarpan boşluğun olmasıdır. Ən çox bu boşluqlar ön dişlərdə meydana gəlir, lakin diastema arxa dişlərdə də mövcud ola bilər.

Diastema, mərkəzi kəsici dişlər arasında kiçik və dar boşluq əmələ gətirən diş qüsurudur. Diastemanın eni 1-6 millimetr arasında dəyişir. Qüsur əsasən yuxarı iki diş arasında olduğu kimi ağızdakı çox sayda dişdə və ya alt dişlərdə də rast gəlinir. Estetik problemlər yaradan bu boşluqlar eyni zamanda çeynəmədə bir sıra problemlərə və nitq qüsurlarına səbəb olmaqdadır.

Diestemaya səbəb olan bir neçə təməl ünsür vardır:

  • Diş itkisi; ağızın hər hansı bir yerindən olan diş itkisi diestemaya səbəb ola bilər. implant müalicəsi alınmadıqda ağızdakı dişlər itirilmiş dişin yerini doldurmaq üçün yerdəyişmə edərək diestemaya səbəb olacaqdır.
  • Böyük frenuluma sahib olmaq; Frenulum üst dodağı diş ətinə bağlayan yumuşaq toxumadır. Bəzi insanlarda frenulum normadan qalın olur və ön dişlərin arasına girərək boşluq yaradir.
  • Dişlərin anatomiyası; Diestemanın 3-cü səbəbi çənə və diş anatomiyasıdır. Dişlərin kiçik olması səbəbindən dişlərin düzülüşü və paylanması diastema yarada bilər. Eyni zamanda çənə sümüyünün böyük olması da, dişlərin normal ölçüdə olmasına baxmayaraq problemlər yarada bilər.
  • Diş əti xəstəlikləri; Bəzi hallarda diş əti toxuması yıpranmağa və diş əti xəttinin daha altına çəkiləməyə başlayır. Ağız boşluğunun gigiyenası, infeksiya və yaşlılıq bu vəziyyətin səbəblərindəndir. Diş əti toxuması müəyyən bir nöqtəyə qədər çəkildikdə və ya köhnəldikdə, dişlər arasında boşluqlar yaranır.

Diş boşluqlarını bərpa etməyin bir neçə üsulu var. Bunlardan ən geniş yayılmış metod Composite materiallar ilə dişlərdə ki, məsafəni bağlamaqdır. Composite material ilə qapatmaq həm tək seanslıqdır, həm də estetik nəticə üçün praktik metoddur. Diş boşluqlarını aradan qaldırmaq üçün vinil qapaqlardan və breketlərdən də istifadə olunur.

Tercume

https://dentakay.com/tr/diastema-turleri-sebepleri-tedavi/

https://medipol.com.tr/bilgi-kosesi/bunlari-biliyor-musunuz/diastema-ayrik-dis-tedavisi