Dişlərin ağardılması – diş səthində, yəni məsaməli mina qatında yaranan rəngli orqanik-inorqanik və mineral maddələrdən qaynaqlı rəng pozğunluğunu diş ağardıcı gel və lazer tətbiq etməklə təbii rəngini bərpa etməkdir.
Günümüzdə stomatologiya sürətlə inkişaf edən texnologiyadan istifadə edərək daha uğurlu və etibarlı üsullarla dişləri ağartmağa müvəffəq olmuşdur. Təbii rəngini itirmiş dişlərin bərpası üçün bir çox metod tətbiq olunur. Bəzi xüsusi hallar istisna olmaqla, demək olar ki, hər kəsin dişlərinin rənglənmələrdən xilas etmək və təbii sağlam ağ dişlərə sahib olmaq mümkündür.
Diş həkiminiz dişlərinizin ağardıcı müalicəsinə başlamazdan əvvəl diş ətinizin vəziyyətini və diş rənginizi kontrol edər. Əvvəlcə, diş ətlərinizdə hər hansı bir infeksiya və ya diş daşı varsa öncə bunlar müalicə olunub tamamlanır. Daha sonra, dişinizin quruluşuna və rənginə görə diş ağartma yöntəmi diş həkiminiz tərəfindən seçilir.
Zoom Diş Ağartma
Dişlərə istifadə olunan 30%-lik H2O2 (Hidrogen Peroksid) ilə dişlərdə gözlə görülə bilən bir fərq əldə etmək mümkündür.
Zoom texnikasında isə xüsusi LED işığı ilə maksimum nəticə əldə edilir. 15 dəqiqəlik 4 seansla gözlə görünən nəticələr əldə edilir. Üstəlik dişdə və diş ətrində hər hansı bir həssaslıq görülmür.
Diş ətlərinə seans zamanı qoruyucu tətbiq olunur və seans sonrasinda da “E” vitamini ilə qoruma altına alınır.
Bu günə qədər tətbiq olunan diş ağartma üsullarında sistem işıq mənbəyinin köməyi ilə dişlərə tətbiq olunan ağardıcı gelin təsirini artırmaq prinsipinə əsaslanır. Diş ağardıcı maddələr olan bu gellər ümumiyyətlə bir birinin eynisi və ya oxşarıdır. Bu diş ağardıcı maddələrin təsiri ümumiyyətlə konsentrasiyalarına görə dəyişir. Uyğun olaraq 30%lik bir gel 10% lık geldən daha təsirli olur. İlk ağıla gələn yüksək konsentrasiyalı gel istifadə etmək olsa da, bu dişlərdə artan həssaslıq probleminə yol açır. Başqa sözlə, konsentrasiyanın artması dişlərdə həssaslıq və ağrı yaradır. Bu zaman şirkətlər tərəfindən düşük konsentrasiyanda yüksək miqdarda ağartma əldə etmək üçün yeni bir sistem üzərində illərcə tədqiqatlar aparılmışdır. Bu araşdırmalar nəticəsində Patentidə alınan “zoom dişlərin ağardılması” yeni üsul tətbiq edildi.
Effektiv olduğu deyilən hallar
Tək seansda ağarda bilən yeni diş ağardıcı sistemini digər sistemlərdən fərqləndirən ən böyük xüsusiyyət, cəmi 45 dəqiqə ərzində yüksək ağlığı təmin edən xüsusi bir gel formulunda olduğu bildirilirmişdir. Ayrıca aparılan elmi araşdırmalarda ağlığın 42% daha qalıcı olduğu isbatlanmışdır.
Yuxarıda təsvir etdiyimiz klinikada dişlərin ağardılmasından başqa, evdə dişlərinin ağardılması üsulu adlanan xəstənin özünə etdiyi həkimi tərəfindən hazırlanan bir plak və gel köməyi ilə başqa bir üsul daha vadır.
Bu ağartma metodu müəyyən bir səviyyədə diş rənglənmələrinə təsirli olmasıyla bərabər günümüzdə daha az istifadə edilir.
Buna səbəb klinikada tətbiq olunan metodların uğuru və inkişaf edən texnologiya ilə birlikdə qısaldılmış müalicə vaxtıdır.
https://godental.az/dislerin-agardilmasi-disl%C9%99rin-agardilmasi/