Diz oynağının oynaq içi yaralanmaları 3 yerə bölünür:
Menisk yaralanmalar
Menisk yaralanmaları müəyyən idman və ya günlük ciddi fiziki aktivlik sonrası yarana bilər. Xüsusilə, vertikal şəkildə və burulma şəkildə olan diz yaralanmalarından sonra diz oynağı içində yerləşən 2 ədəd iç tərəfdə və bayır tərəfdəki menisklər oynaq səthi arasında sıxışaraq travmayla əlaqədar yırtıla bilər. Bu yırtıq növləri müxtəlif cür olur:
Menisk yırtığının əlamətləri
Yırtıqlar ciddi ağrı şəklində özünü göstərir. Bir müddət sonra isə diz oynağı içindəki ağrılar getdikcə azalır. Hətta ilkin etapda oynaqda şişkinlik əmələ gəlsə belə müəyyən müddət sonra bu şişkinlik azala bilər.
Daha xroniki dönəmlərdə isə yırtıqlar, xəstələrə ən çox narahatlıq verən müəyyən hərəkətlər sonrası, meniskin yırtıq qisminin oynaq səthləri arasında müəyyən anormal şəkildə yerləşməsinə bağlı olaraq “kilitlənmə” kimi özünü göstərir. Xüsusilə, bu kilitlənmə, dizin müəyyən hərəkətlərində diz oynağına anidən, sanki sancı girər kimi və ya bəzi hərəkətlər edən zaman oynağın sanki bükülmüş və ya açılmış vəziyyətində kilitlənməsi şəklində meydana gələ bilər.
Bu etapda xəstələr ani ağrıdan şikayət edir və onlarda dizini bükmə və açma zamanı məhdudiyyət yaranır. Müəyyən hərəkətlərdən sonra və ya müəyyən müddət sonra kilitlənmə öz-özünə açıla da bilər.
Hər kilitlənmələrdən sonra yırtıqlar, diz oynağında şişkinlik və ağrı şəklində özünü biruzə verir.
Bəzi xəstələr, “dizini tam bükə bilməmə” şikayəti ilə həkimə müraciət edir. Xüsusilə, iç meniskin arxa buynuzunun daha çox yırtığa səbəb olduğu üçün, bu bölgədə dizini tam bükərkən arxa qismində sıxışmaya bağlı “dizini bükə bilməmə” əlaməti meydana gəlir.
Menisk yaralanmalarının konservativ müalicəsi
Diz oynağın içindəki menisk yırtıqları haradasa 20-30 il əvvələ qədər açıq şəkildə əməliyyat edilərək müalicə edilirdi. Hal-hazırda daha gənc yaşlarda olan xəstələrə əgər menisk tam yırtılmayıbsa, konservativ müalicə təyin olunur.
Konservativ müalicə zamanı, əyər yırtıq natamamdırsa, gənc xəstələr üçün yataq istirahəti, şişkinliyin azalması üçün müəyyən hərəkət məhdudiyyəti və dizlik şəkildə fiksatorlar, şişkinliyin azalması üçün buz tətbiqi, ilhihab əleyhinə ağrıkəsicilər və dəstək üçün fizioterapevtik prosedurlar təyin edilə bilər.
Menisk yaralanmalarında cərrahi əməliyyata göstəriş
Gənc xəstələrdə natamam yırtıqlar olarkən və ya çox ciddi şikayəti olmayan xəstələrdə konservativ müalicəyə ona görə üstünlük verilir ki, normalda anatomik struktur olaraq menisklər dizin amortizasiya rolunu oynadığı üçün bu menisklərin gərəksiz yerə alınması və ya xaric edilməsi gələcəkdə, diz oynağına düşən yükün və anormal yüklərin artdığı üçün zamanla dizin aşınmasına səbəb olur. Bu da “artroz”, “duzlaşma” dediyimiz xəstəliyə gətirib çıxara bilir. Bu səbəbdən ciddi, mexaniki blok və ya konservativ müalicə fayda verməyən xəstələrdə cərrahi müalicə seçilə bilər.
Menisk yırtığında artroskopik, endoskopik cərrahiyyə
Son dönəmlərə menisk yırtıqları üçün invaziv cərrahiyyə üsullarından istifadə edilir.
Minimal invaziv cərrahiyyə dedikdə artroskopik və ya endoskopik cərrahi müalicə metodları nəzərdə tutulur.
Minimal invaziv üsulların açıq cərrahiyyədən üstünlükləri
Minimal invaziv və ya artroskopik cərrahiyyənin açıq cərrahiyyə ilə müqaisədə bir çox üstünlükləri vardır. Ən öndə gedən üstünlük kiçik dəliklər istifadə edildiyi üçün xəstənin əməliyyat sonrası reabilitasiya dövrü daha qısa keçir.
Xüsusilə, idmançılarda bu cərrahi üsullar daha üstünlük təşkil edir. Çünki bundan sonra xəstənin və yə idmançının normal həyat tərzinə və idmana geri dönməsi daha tez olur.
Menisk əməliyyatlarından sonra xəstəyə təqribən 1 həftə, 10 günə qədər yataq rejmi tövsiyə edilir. 10-cu gündən sonra müəyyən hərəkət proqramları başlanır. Hətta idmançılar 1 ay sonra normal həyat tərzinə və idmana dönə bilərlər.
https://drzeynalov.az/2021/09/22/diz-oynaginin-travmatik-yaralanmalari-menisk-yirtiqlari/