Döş gilələrinin çatlaması, hamiləlik dövründə süd vəzilərinin kifayət qədər yaxşı hazırlanmaması, düzgün olmayan qidalanma texnikası, hipovitaminoz və qadın orqanizminin ümumi zəifləməsi nəticəsində əmələ gəlir.
Döş gilələrinin çatlamasının əsas simptomları
Tipik olaraq, döş gilələrində çatlar laktasiyasının ilk həftəsində görünür və mastitə səbəb ola bilər. Simptomlar ağrı, quruluq, şişkinlik müşahidə olunur.
Döş gilələrinin çatlamasının müalicəsi
Uyğun bir məlhəm ala bilərsiniz, ancaq məlhəmin təlimatları diqqətlə oxumalısınız, bəzi məlhəmlərdən öncə krem döşlərdən yuyulmalıdır. Çatlaq olan döşlərdə əmizdirmə zamanı ağrını azalrtmaq üçün döş pedləri istifadə oluna bilər. Çox dərin, sağalmayan çatlar üçün həkim bir neçə gün əmizdirməni dayandırmağı tövsiyə edə bilər.
Döş gilələrinin çatlamasının qarşısının alınması
Hamiləlik dövründə qalın kətan parçalardan hazırlanmış büstqalter taxmaq məsləhət görülür; büstqalterin döş nahiyəsi bölgəsinə yumşaq pambıq pedlər yerləşdirmək və qidalanma arasında südün spontan çıxması hallarında onları mütəmadi olaraq dəyişdirmək lazımdır, çünki yüksək rütubət dərinin zədələnməsinə və patogen mikrobların inkişafına səbəb ola bilər;
körpəni döşə düzgün şəkildə elə tutmaq lazımdır ki, o, təkcə döşü deyil, həm də areolanı tutsun.
tercume