Sümüyün kortikal qatının xarici səthində metafizar bölgədə inkişaf edən, üzəri qığırdaq toxuması ilə əhatə olunan ən çox rast gələn xoş xassəli sümük törəməsidir. Bütün sümüklərdə əmələ gələ bilər. Əsasən bazu, bud, qamış, mil sümüklərində yaranır. Uşaq və gənc yaşlarında daha çox müşahidə olunur. Oğlanlarla qızlarda rast gəlmə tezliyi 3:2 nisbətindədir. Ekzostoz tək və yaxud çoxsaylı ola bilər. Sonuncu ekzostoz xondrodisplaziyası adlanır.
Ekzostozun əmələ gəlmə səbəbləri
Ekzostozların əmələ gəlmə səbəbləri tam olaraq bilinmir. Irsi-genetik amillər inkar olunmur.
Ekzostozun ilk simptomları
Ekzostozun inkişaf etdiyi yerdən asılı olaraq aşağıdakı kimi özünü göstərə bilər:
Ekzostoz diaqnozu
Rentgenoloji müayinə ilə ekzostoz diaqnozunu qoymaq çox asandır, bəzi hallarda MRT müayinəsinə ehtiyac yaranır.
Ekzostoz mealicəsi
Əgər törəmə kiçikdirsə böyüməyə meyilli deyilsə və yuxarıda göstərilən klinik əlamətlərlə müşahidə edilmirsə xəstə müşahidə altına alınır. Yox əgər yuxarıdakı klinik əlamətlərdən hər hansısa biri müşahidə edilirsə onda cərrahi əməliyyat yolu ilə törəmə əsasından kəsilib götürülərək xaric edilir.
Əməliyyat olunmasa nə baş verər?