Main

ENSEFALOPATİYA

Beyinin qeyri iltihabi xəstəlikləri ENSEFALOPATİYA adlandırılır. Müxtəlif xəstəliklər və patologiyalar nəticəsində, beyinin qan təchizatı pozulur və beyin toxumasında oksigen yetməzliyi yaranır. Oksigen yetməzliyi nəticəsində sinir hüceyrələri ölür, beyin zonalarının iş fəaliyyəti pozulur və ensefalopatiya əmələ gəlir.

Anadangəlmə və sonradan qazanılma ensefalopatiya vardır.

Simptomları:

  • Yuxu pozğunluqu
  • Halsızlıq
  • Baş ağrıları
  • Qulaqda küy
  • Əsəbilik
  • Koordinasiya pozğunluqu

İnsan tez yorulur,görmə və eşitmə pisləşir. Gözdə ikiləşmə, ani əhval ruhiyyə dəyişikliyi ola bilər. Xəstədə zehni qabiliyyətlər pisləşir, yaddaş pisləşir. Bəzi hallarda psixi pozğunluqlarda və s. ola bilər.

Nə zaman həkimə müraciət etmək lazımdır?!

  • Əgər anidən səbəbini bilmədiyiniz baş ağrısı hiss etdinizsə
  • Koordinasiyanızı itirirsinizsə,ürəkbulanma və ya qusma baş verirsə
  • Üzünüzün, əlinizin və ya ayaqınızın uyuşduğunu (keyləşdiyini) hiss edirsinizsə
  • Danışmaqda çətinlik çəkirsiz və ya deyiləni anlamaqda çətinlik var
  • Görmədə ani pisləşmə baş verdisə və s.

Xəstəliyin ağırlığı beyinin zədələnmə dərəcəsindən asılıdır. Ağır hallarda ensefalopatiya koma və ya ölümlə nəticələnə bilər.