Erektil disfunksiya termini 1992-ci ildə National İnstitutes of Health tərəfindən verilmişdir. O vaxta qədər bu termin impotensiya olaraq adlandırılırdı. İmpotensiya sözü insanlara psixoloji təsir etdiyi və cinsi funksiya pozğunluqlarını tam əhatə etmədiyi üçün dəyişdirildi.
Cinsi əlaqə üçün lazımı qədər cinsi istəyin (həvəsin) olmaması, penisin yaxşı sərtləşməməsi və bu müddəti idarə edə bilməməsi erektil disfunksiya adlanır. Erektil disfunksiya olduğu hallarda kişi və qadını məmnun edəcək cinsi əlaqəni başlayıb və davam etdirmək üçün penis (kişi cinsiyyət orqanı) lazımı qədər sərtləşmir. Ereksiya (penisin sərtləşməsi), cinsi həyəcana cavab olaraq yaranan bir haldır. İstənilən bir cinsi həvəs, beyin, sinir, ürək, qan damarları və hormonal aktivliyin kompleks artması nəticəsində penisə (kişi cinsiyyət orqanına) gedən qanın artmasına səbəb olur, nəticədə yumuşaq halda olan penis böyüyür və sərtləşir (bərkiyir).
Penis 3 ədəd silindir formalı elementlərdən ibarətdir (2-si yan tərəflərdə, 1-i isə ortada alt tərəfdə yerləşir). Ortada yerləşən hissədən uretra (sidik kanalı) keçir, ereksiyada (sərtləşmədə) rolu yoxdur, digər yan tərəflərdəki 2-i isə cinsi əlaqə üçün böyüyür, sərtləşir və dik durmuş vəziyətdə olur.
Ereksiya problemləri müxtəlif formalarda olur, bəzən ilk cinsi əlaqədən etibarən sonadək davam edir, bəzən də sonradan müəyyən problemlərdən sonra yaranır. Bəzən isə cinsi əlaqənin ortasında ereksiya (penisin ölməsi) olur, hansı ki, bu kişilər masturbasiya (əllə boşalma) zamanı heç bir problem yaşamırlar. Bəzi hallarda səhər yuxudan oyanarkən ereksiya olur, bəzən uzun müddət olmur. Bütün bunlar erektil disfunksiya olaraq qəbul edilir.
Kişilərin 60%-i yaşadıqları müddətdə qısa və ya uzun müddətli erektil disfunsiya (impotensiya) ilə rastlaşırlar. Yaş artdıqca ereksiya (sərtləşma) problemi də artır. Sərtləşmə problemi (impotensiya) kişinin və ya ailənin yaşam tərzini, həyat keyfiyyətini önəmli dərəcədə pozur. Bəzi kişilər bunu normal qəbul edirlər, partnyorlarından razı deyillərsə və ya ona önəm vermirlərsə, həyatlarında başqa həyəcanlar və ya heç bir problemləri yoxdursa, sərtləşmə problemi onları bir o qədər də narahat etmir.
Daha gənc yaşlarda və həyatda daha aktiv olan kişilərdə bu problem onların həyatlarının ən ciddi, ən önəmli problemləridir. İşlərini hətta həyatlarını axsadacaq hala gətirib çıxarır, depresiya, hətta intihara belə səbəb ola bilir.
Erektil disfunksiya indiki zamanda müalicə edilə bilən bir problemdir. Yaşlı kişilərdə belə düzgün müalicə ilə gözəl effektiv nəticələr alınır. Əsas odur ki, bu problemi gizlətməyib həkimə vaxtında müraciət edib şikayətlərini, dərdini bölüşsün, düzgün məsləhət və müalicə alsın.
Erektil disfunksiyanın (impotensiya) səbəbləri:
Erektil disfunksiyanın səbəbləri
Orqanik risk faktorları:
Yaşlı kişilər yaşlarına öyrəşirlər, cinsi həyatın bitməsilə isə razılaşmırlar
Erektil disfunksiyanın psixoloji səbəblər
Sadəcə psixoloji problemlərdən qaynaqlanan erektil disfunksiya (impotensiya) 15% -ə qədərdir. Bəzən psixoloji faktorlar başlanğıcda deyil, sonradan da yarana bilir. Cinsi məlumatların azlığı, ətrafdakı insanların təsiri kişinin özündən asılı olmayan səbəblərdən yaranır. Qadınlardan qaynaqlanan problemlər də bu mövzuda önəmli bir yer tutur. Ailədə kişi qadın arasındakı uyğunsuzluq da ən böyük səbəblərdən biri sayılır.
Psixoloji problemlərin başlıca səbəbləri - həyəcan, qorxu, utanma, əhval-ruhiyyə pozğunluğu, əsəbilik, tələskənlik və.s-dir. İlk əlaqələrdə "Performans" və "bacara biləcəmmi" qorxusundan qaynaqlanan səbəblər çox önəmlidir. Bir kişidə bir dəfə sərtləşmə (penisin bərkiməməsi) problemi olduqda, bunu böyük bir dərd edər yenə eyni halın təkrarlanacağından qorxaraq stres daha da artar və psixoloji səbəbli erektil disfunksiya (impotensiya) yaranmasına səbəb olur və ya bir kişi çox hörmət etdiyi, heyran olduğu və ya onun üçün əlçatmaz olan bir istədiyi şərait yaranmasına baxmayaraq, qadınla cinsi əlaqə qurmağı bacarmır, buna "Madonna Sindromu" yəni müqəddəs qadın sindromu deyilir.
Misal olaraq:
Erektil disfunksiyanın digər önəmli səbəblərindən biri də ümumi ailələrdə və ərköyin böyümüş uşaqlar, bu tip uşaqlara ailədə cinsi məlumatlar verilməz və bunlar "ayıb", "günah", "pis" olaraq qiymətləndirilir. Ümimiyyətlə, bu tip ailələrdə böyüyən uşaqlar həm əks cinsə (qadına), həm də özlərinə qarşı cinsi tərəfdən bacarıqsız olurlar və bu şəkildə də ailə qururlar.
İlk gecə qorxusunun səbəbləri arasında, bir-birini tanımadan evlənmək, lazımı qədər cinsi məlumatların olmaması, xalq arasında olan yengə anlayışı və.s sayılır.
Sağlam bir cinsi əlaqənin olması üçün, kişi və qadının bir-birilərinə cinsi arzu və istəklərini, duyğularını rahatlıqla deyə bilmələri lazımdır. Erektil disfunksiya (impotensiya) olan bir kişidə qadının anlayışı və müalicədə dəstəkləyici rol oynaması da önəmli faktordur. Qadının mənfi təsiri, hədsiz tələbkar olması,kişinin bacarmadığı şeyləri tələb etməsi erektil disfunksiyanın (impotensiyanın) uzun müddət davam etməsinə səbəb olur.
Erektil Disfunksiyanın diaqnozu
Əslində bir çox kişilərdə erektil disfunksiyanın (impotensiya) səbəbi çox asanlıqla müəyyən edilir. Bir dəfə düzgün diaqnoz qoyulduqda çox gözəl effektiv şəkildə də müalicə olunur. Ilk öncə problemin orqanik yoxsa psixoloji olduğu müəyyən edilməlidir. Bu zaman olan cinsi problemin hər zaman olduğu yoxsa anidən ortaya çıxması önəmlidir.Əgər erektil disfunksiya (impotensiya) hər bir vəziyyətdə,hər zaman, bütün partnyorlarla,hər yerdə olursa bu yayqın bir erektil disfunksiya olduğuna işarədir.
Erektil disfunksiya (sərtləşmə problemi) 1-cili vəya 2-cili olaraq rast gəlinir.Cinsi istəksizlik,erkən boşalma, qadında olan cinsi problemlər (əsasən vaginiz) və ailə daxili problemlər nəticəsində yaranan hallar 2-cilidir. Öncə obyektiv müayinə, lazımsa ardından xəstədən qan alınaraq hormon analızləri və.s müayinələr aparıla bilər. Müayinələrin və xəstənin söylədiyi şikayətlərə əsasən diaqnoz dəqiqləşdirilir. Problemi yaradan səbəb uyğun effektiv müalicələr aparılır.
Erektil Disfunksiya olduğu hallarda nələrə diqqət edilməlidir?
Kişidə erektil disfunksiya olduqda qadının 3 seçimi vardır, 1-ci qadın özünü heç bir problem yoxdur kimi aparmalı, kişi bunu desə belə, qadın deməlidir ki, sən deməyənə qədər heç hiss etməmişdim,ancaq menim üçün önemli deyil,heç bir fərqi yoxdu.2-ci hal-hazırdakı sərtləşmənin onun üçün kifayət etdiyini deməsi,problem kişini narahat etdiyi halda ona kömək edəcəyini deməlidir.3-cü halda isə bu problemin onu çox narahat etdiyini deyir.
Müalicəsi
Müalicə səbəbə uyğun aparılır, ilk öncə orqanik və ya psixoloji olması müəyyənləşdirilir. Bir neçə mərhələli müalicə üsulu vardır. Dərmanlarla müalicələr effekt verməzsə o zaman iynələr və ən son mərhələ isə penis protezi (xoşbəxtlik çubuğu) əməliyatıdır. Mütəmadi olaraq dərmanlar, iynələr, vakuum cihazı və penis protezi əməliyatı ilə müalicə edilir.
Apteklərdə bir çox çeşid dərmanlar vardır ki,bunları çox diqqətli şəkildə istifadə etmək lazımdır. Ən düzgünü həkimin təyin etdiyi dərmanları qəbul etməkdir, bilməyərək qəbul olunmuş bu dərmanlar bir çox xəstəliklər zamanı əks göstəriş olduğu üçün hətta oldücü təsir göstərə bilir, mis. Üçün bəzi ürək xəstəlikləri zamanı istifadəsi qadağandır.
Vakum cihazı: Boru formada bir cihazdır, sönmüş halda olan penisin üzərinə keçirilir. Mənfi təzyiq nəticəsində penisə (kişi cinsiyyət orqanı) gələn qanın miqdarını artıraraq penisin şişməsinə və bərkiməsinə səbəb olur.
Penis protezləri: Penis protezləri son ama dəqiq çarədir. Ömürlük bir müalicə üsuludur. Penis protezlərinin 2 növü vardır. Biri əyilib-bükülə bilən və davamlı olaraq azca sərt qalan şişirilə bilməyən protezdir. 2-ci tip isə şişiriləbilən protezlərdir. Keçid penis protezləri
https://drseymur.az/xidmetler/erektil-disfunksiya-impotensiya/