Main

Ginekomastiya

Ginekomastiya kişilərdə süd vəzinin xoşxassəli böyüməsidir. "Ginekomastiya" termini "qadın döşü kimi döşlər" deməkdir və yunanca gynes - qadın və mastos - süd vəzi sözlərindən yaranmışdır.

Güman edilir ki, ginekomastiya haqqında ən erkən dəlillər təxminən eramızdan əvvəl 1330-cu ilə (3300 ildən çox əvvəl) aiddir: firon Tutanxamon və onun qardaşları böyümüş döşlərlə təsvir olunduğu üçün ehtimal olunur ki, onlar ginekomastiyadan əziyyət çəkmişlər (ehtimala görə, Klinefelter sindromunun olmasının nəticəsi). Digər tərəfdən, bu fərziyyənin əleyhdarları belə bir qədim görüntünün sadəcə olaraq onların məhsuldarlıq və qayğıkeşlik keyfiyyətlərini vurğulamaq üçün simvolik məna daşıya biləcəyinə inanırlar.

Kişilərdə normal süd vəzisi, qısa kanallar və yağ toxumasından ibarət az inkişaf etmiş bir orqandır. Ginekomastiya ilə süd vəzi ölçüsü artır və daha sıx olur. Palpasiya bəzən ağrılı ola bilər. Süd vəzilərindən biri və ya hər ikisi böyüyə bilər. Xərçəng vəziyyətində kişilərdə süd vəzilərinin böyüməsinə, süd vəzilərin yaranan xəstəlikdən və ya müxtəlif orqanların şişlərində estrogenlərin və insan xorionik gonadotropinin istehsalı baş verərsə səbəb olur.

Həqiqi ginekomastiyanın səbəbi estrogen yüksəkliyi və hiperprolaktinemiyadır. Estrogen yüksəliyinin səbəblərindən isə androgenlərin estrogenə çevrilməsində requlyasiyanın pozulması, androgen rezizstentliyi, estrogen istehsal edən şişlər, testikulyar şişlər və s. olar bilər. Hiperprolaktinemiya (qanda prolaktin hormonunun yüksəkliyi) mikro və makroprolaktinoma ilə əlaqəlidir.

Böyrək çatışmazlığında qanda estrogen səviyyəsinin artması və testosteron səviyyəsinin azalması səbəbindən süd vəziləri böyüyür.

Ən çox alkoqol səbəbindən yaranan qaraciyər sirrozunda xayaların spirtlə zədələnməsi nəticəsində ginekomastiya yaranır. Eyni zamanda, onların testosteron istehsalı azalır.

Süd vəzilərinin böyüməsi hipoqonadizm (cinsiyyət vəzilərinin qeyri-kafi funksiyası) və adrenal korteks və testislərin hormonal aktiv şişləri ilə testosteronun azalması səbəbindən də baş verir.

Böyümüş süd vəzisi yenidoğulmuş oğlan uşaqlarında - plasenta estrogeninin təsiri altında əmələ gəlir və bir neçə həftədən sonra özü özlüyündə normal ölçüyə düşür

Yetişkinlərdə (12-15 yaş arası) - pubertat dövrü ginekomastiyası. Adədət bu ginekomastiya görüləndən 2 il sonra müalicəsiz keçib gedir.

40 yaşdan yuxarı olan kişilərdə - involutiv ginekomastiya - yaşla azalan testosteron və çoxalan estrogen/testosteron kofisient ilə bağlıdır.

Ginekomastiya diaqnozu fiziki müayinə zamanı ortaya çıxan klinik əlamətlər, süd vəzi ultrasəs müayinəsi, mammografiya, qanda müəyyən hormonların səviyyəsini müəyyənləşdirdikdən sonra qoyulur.

Yenidolmuşlarda və pubertatlarda ginekomastiya müalicə olunmur və sadəcə izlənilir.

İnvolutiv ginekomastiya zamanı hormal terapiya aparılır. Ciddi, müalicəyə cavab verməyən, ölçüsü böyük olan və xərçəng ehtimalı olanlara cərrahi müalicə tətbiq olunur.

https://www.facebook.com/endokrinoloq.dr.samirshukurov/posts/992587547531500/

Tercume