Main

Hallünasiya

Hallüsinasiya və ya Sanrı — psixotik bir xəstəlikdir və əsas təzahürləri hallüsinasiyalar sindiromu yəni, gərçəkdə mövcud olmayan bəzi şeyləri görmə, eşitmə, qoxusunu hiss etmə, toxuna bilmə kimi duyğu məlumatları tərəfindən səhv amma gerçək kimi qəbul edilən yanlış informasiyadır.

Hallüsinasiya termini illüziya ilə bənzərlik təşkil edir. İllüzya müəyyən bir görüntünün göz tərəfindən səhv qəbul edilməsinə deyilir. İllüziyalar insanın görmə bucağı dəyişdiyi zaman baş verir. Hallüsinasiyalarda isə adam gördüyü şeylərin həqiqi olduğuna inanır və onları realda hiss edirməsinə inanır. Psixoz xəstəliklərində hallüsinasiya halları tez-tez yaşanır. Xəstə səhv qəbul etdiyi, real olmayan bir çox şeyi gerçəklik kimi qavrayır. Paranoid-şizofreniyaya tutulmuş xəstələr, mələk, cin və ya şeytancıqlar kimi varlıqların onu öldürməyə və ya yaxşılıq etməyə gəldiklərini iddia edirlər. Hipnoz yuxusu altında da müvəqqəti bəzi hallüsinasiyalar yarana bilər.

Hallüsinozun səbəbləri

Hallüsiniya, şizofreniya, mərkəzi sinir sisteminin üzvi və damar xəstəliklərində, simptomatik psixozlarda, intoksikasiyalarda, epilepsiya hallarında meydana çıxır.

Hallüsinozun simptomları

Eşitmə, vizual və toxunma (dəri altında sürünən qurdlar, həşəratlar, mikroblar hissi) halüsinozları vardır. Eşitmə (ən çox yayılmış) hallüsinasiyası ilə şifahi halüsinasiyalar monoloq və ya dialoq şəklində baş verir; qavrayış aldatmaları şərh və ya imperativ xarakter daşıyır. Sonuncu halda, özünə zərər vermə meylləri və ya hətta intihar cəhdləri, eləcə də başqalarına qarşı aqressiv hərəkətlər mümkündür. Xəstəliyin inkişafı zamanı tez-tez qoxu halüsinozları baş verir (xəstənin qavrayışında pis qoxular həm öz bədənindən, həm də ətrafdakı əşyalardan gəlir); Halüsinator sindromun paranoyaya çevrilməsi halları da mövcuddur.

Hallüsinozun diaqnozu

Hallüsinasiyaların görünüşü psixi pozğunluqların əhəmiyyətli dərəcədə şiddətini göstərir; nevrozlu xəstələrdə bu hal adətən baş vermir. Hər bir konkret halda hallüsinasiyaların xüsusiyyətlərini öyrənmək psixi xəstəliyin diaqnozunu qoymağa və onun nəticəsini proqnozlaşdırmağa kömək edə bilər. Məsələn, şizofreniyada xəstənin eşitdiyi səslər ona müraciət edir, onun hərəkətlərini şərh edir və ya ona nəyisə əmr edir.

Halüsinozun müalicəsi

Müalicə psixotrop dərmanların, detoksifikasiya və psixoterapiyanın köməyi ilə halüsinoz və ya deliriumun aradan qaldırılmasından ibarətdir.

tercume