Varikoz, dərində olmayan venaların xəstəliyidir. Bu həm estetik, həm də sağlamlıq baxımından əhəmiyyətli bir haldır. Xüsusən ayaqlarda və dərində olmayan venaların nizamsız bir şəkildə uzanması, genişlənməsi və qıvrımlar yaratması halı varikoz adlanır. Varikoz sözü Latınca Varix (qıvrımlaşmış damar) sözündən gəlir. Bədənimizdə qanı ürəyə aparan venalar, bunu içlərindəki balaca qapaqlar vasitəsilə həyata keçirirlər. Qapaqlar tək istiqamətli çalışaraq qanı yuxarı, ürəyə doğru itələyir. Varikoz bu qapaqların yaxşı işləmədiyi hallarda ortaya çıxır. Qapaqların yaxşı işləməməsi genetik olaraq zəif olmasından qaynaqlandığı kimi uzun müddət ayaqda qalaraq işləmək məcburiyyətində olunan peşə qruplarında da çox görülür. Hamiləlikdən əvvəl varikoz mövcud ola bilər, lakin hamiləlik zamanı tədbir görülməsə daha da böyüyəcəkdir. Və ya əvvəlcədən gözlə görünən bir varikoz yoxdursa, hamiləliyin təsiri ilə görülə bilən halda olacaqdır. Hamiləlikdə xüsusilə vücudda dövr edən qan miqdarının artması, hormonların təsiri ilə damarların daha da zəifləməsi və eyni zamanda qarında olan böyümə və çəki artımı ilə ayaqlarda olan təzyiqin artması da təbii olaraq varikozun əmələ gəlməsini sürətləndirir.
Hamiləlikdə varikozun yaranmasının səbəbi:
Hamiləlikdə görünən varikozar, xüsusilə genetik olaraq venaların içindəki qapaqlarının quruluşunun pozğunluğu daim ayaqda qalaraq işləmək məcburiyyətində olan peşə gruplarında müşahidə olunur və hamiləlikdən əvvəl də olan varikozlar hamiləlik dövründə daha da irəliləyir. Hamiləliyin özü də təkbaşına varikoz əmələ gəlməsinə səbəb ola bilər. Xüsusən uşağın bədənin altında qalan damarlara verdiyi təzyiq varikozun yaranmasına amildir. Bu təzyiqin təsiri bədənin artıq çəki olan hissələrində daha da çox görülür. İkinci amil isə hamiləlikdə artan hormonların bütün bədənin əzələlərində olduğu kimi bəzi damarların divarlarındakı əzələlərdə zəifləmənin nəticəsidir. Beləliklə, damarlar qan yığılması nəticəsində, asanlıqla genişlənərək varikoz damarlar halını alırlar. Hamiləlikdə orqanizmdə dövr edən qan miqdarının həcm olaraq artması da varikozun əmələ gəlməsini asanlaşdıran bir amildir.
Hamiləlikdə varikozun müalicəsi
Hamiləlikdə yaranan varikozların müalicəsində dərman və cərrahi metodlar doğulacaq körpəyə edəcəyi yan təsir nəzərə alınaraq, ağırlaşma olmadıqca tətbiq edilmir. Bundan əlavə, hamiləlikdə yaranan varikozların çoxu hamiləlik bitdiyinə görə, uşağın etdiyi təyziq ortadan qalxdığı üçün itirlər. Bu səbəblə varikozun daha çox irəliləməsinin qarşısını almaq üçün tədbirlər görmək önəmlidir. Xüsusilə ayaq əzələlərinin işlədən məşqlər, gəzinti, tez tez ayaqları hərəkət etdirmək, dincələrkən ayaqları ürək səviyyəsindən yuxarıda tutmaq, varikoz corabından istifadə etmək varikozların verdiyi ağrı, dolğunluq kimi əlamətləri azaldarkən irəliləməsinə də mane olur. Doğumdan 2 ay sonra itməyən, ağrı verən və kosmetik problem yaradan varikozlarda, doğuşdan dərhal sonra 3-cü aydan etibarən müalicəyə başlamaq məsləhətlidir.
Hamiləlikdə varikozdan qorunmaq
Hamiləlikdə varikoz corabları olduqca faydalıdır. Varikozun qarşısını almaq üçün uzun müddət ayaqüstə hərəkətsiz dayanmamaq, arada yürüş edərək ayaq əzələlərini işlətmək uzanaraq ayaqları yüksəkdə tutaraq dincəlmək və damarların boşalmasını təmin etmək faydalıdır. Çox dar paltarlar, corabın topuqdan yuxarısını sıxan corablardan istifadə edilməməlidir. Artıq çəkinin qarşısının alınması, sauna, günəş vannası, hamam kimi hədsiz isti mühitlərdən uzaq olmaq məsləhətdir.
Xarici genital bölgədə olan varikozlar
Perina və uşaqlıq yolu, labialarda, xarici genital bölgədə də varikoz yarana bilər. Bunlar kosmetik problemlərdən başqa, ağrı hissinə səbəb olurlar. Bu bölgədəki varikozlar doğum zamanı travma və qanmaya səbəb ola bilər. Ancaq əksər hallarda təbii doğuşa problem yaratmırlar.