Main

Həddindən artıq yemək (HİPERFAGİYA)

Həddindən artıq yemək (Hiperfagiya) qidanın nəzarətsiz qəbulu və nəticədə çəki artımı ilə xarakterizə olunan ciddi bir vəziyyətdir.

Hiperfagiyanın növləri:

  • Paroksismal – canavar aclığı
  • Daimi iştah
  • Yemək zamanı yaranan doyumsuz iştah
  • Gündüz anoreksiyası ilə birləşən gecə bulimiyası

Hiperfagiyanın səbəbləri

Çox vaxt bu vəziyyətin səbəbini pozulmuş metabolism ilə deyil, insanın psixoloji vəziyyəti ilə bağlayırlar. “Bulimiya nervozu”nu buna aid etmək olar. İki növ insan bu tip xüsusiyyətə daha həssasdır:

  • İnsanlar emosional cəhətdən qeyri-sabit, impulsiv, təsadüfi və çox vaxt izaholunmaz hərəkətlərə qadirdirlər;
  • Başqalarından asılı, özgüvəni olmayan insanlar, bu xüsusiyyətlərinə görə onlar demək olar ki, daim stres vəziyyətindədilər.

Məlumdur ki, insanlar yalnız aclıq hiss etdikləri üçün deyil, sadəcə bəzi yeməklərin dadını sevdikləri üçün yemək yeyirlər.

Hiperfaiyanın əsas simptomları

  • kökəlmək
  • depressiya
  • yuxusuzluq (yuxu pozğunluğu)
  • intihar

Çox yemək hər zaman insanın psixi pozğunluğu olmasına dəlalət etmir. Mütəxəssislər qeyd edirlər ki, hiperfagiyadan əziyyət çəkən insanlar çox vaxt həddən artıq dərəcədə yemək yeyirlər və özləri də nəzarətsiz yediklərini hiss edirlər. Bu pozğunluğu olan insanlarda aşağıdakı xüsusiyyətlər görünür:

  • adi haldan daha sürətli yemək;
  • narahatlıq hiss edənə qədər yemək;
  • ac olmadıqda belə yemək;
  • tək başına yemək, çünki qəbul etdikləri qida miqdarından utanırlar;
  • diksinmə, depressiya və ya özünü günahkar hiss etmək.

Hiperfagiyanın müalicəsi

Yemək pozğunluqlarını müəyyən etmək bir qədər çətindir, çünki gizlilik, utanc və inkar bu pozğunluqların ortaq xüsusiyyətlərindəndir. Nəticədə xəstəlik uzun müddət aşkar edilmədən qala bilər. Əksər hallarda, bir insan arıqlamaq üçün peşəkar kömək istədikdə və ya piylənmə ilə əlaqəli sağlamlıq problemləri üçün mütəxxəsisi baş vurduqda, hiperfagiya müəyyən edilir.

Hiperfagiya pozğunluğundan şübhələnən hallarda, həkim xəstənin tam tibbi tarixini və fiziki müayinəsini nəzərdən keçirərək qiymətləndirməyə başlayır. Yemək pozğunluqlarını xüsusi olaraq təyin etmək üçün testlər olmasa da, həkiminiz simptomlarınızın səbəbi kimi fiziki xəstəlikləri istisna etmək üçün rentgen və qan testləri kimi müxtəlif diaqnostik testlərdən istifadə edə bilər.

Fiziki xəstəlik aşkar edilmədikdə, o, xəstəni psixi xəstəliklərin diaqnostikası və müalicəsi üzrə mütəxxəssis psixiatr və ya psixoloqa yönəldə bilər. Psixiatrlar və ya psixoloqlar bir insanın yemək pozğunluğunun olub olmadığını müəyyən etmək üçün xüsusi hazırlanmış müsahibələrdən və dəyərləndirmə vasitələrindən istifadə edirlər.

tercume