Main

Hiperhidroz

Tibbi təcrübədə hiperhidroz (yunan dilindən tərcümədə “hiper” – həddindən artıq, artan, “hidros” – tər mənalarını verir) dedikdə, fiziki amillərdən: hərəki fəallığın artması, istilənmə, ətraf mühitin yüksək temperaturu və s. asılı olmayaraq baş verən qarışıq tərləmə başa düşülür.

Hiperhidrozun müxtəlif növləri arasında daha çox yayılanı ovucların (palmar) hiperhidrozudur. Dünya əhalisinin təxminən 3% -i bu xəstəlikdən əziyyət çəkir.

Azərbaycan və bir çox qonşu ölkələrdə hiperhidroz hələ rəsmi bir xəstəlik kimi qəbul edilməmişdirsə, Hindistan, İngiltərə, Avstriya və Braziliya kimi ölkələrdə bu patologiya ilə ixtisaslı mütəxəssislər mübarizə aparırlar. Həqiqətən, bəzən hiperhidroz o qədər ağır olur ki, tər sanki xəstənin ovcundan axır və insanın toxunduğu bütün əşyalar dərhal yaş olur. Bu məhdudlaşdıran vəziyyət, xəstələrin həyat keyfiyyətinə mənfi təsir göstərir, onların tamdəyərli həyat keçirmək, xüsusilə də ünsiyyət imkanlarını məhdudlaşdırır. Hiperhidroz tez-tez insanların həyat keyfiyyətinə mənfi təsir göstərən ciddi narahatlığa səbəb olur. Öz problemini bilən bir insan bunun ən namünasib anda baş verə biləcəyini və başqalarına narahatlıq gətirəcəyini gözlədiyindən, daimi gərginlik içərisində olur.

Yerli hiperhidroz, ovucun, dabanın, qoltuqaltı nahiyənin, alnın və bədənin digər hissələrinin güclü tərləməsi şəklində təzahür edir. Bu nahiyələrin hiperhidrozu həm ayrı-ayrı, həm də hamıcı bir yerdə qeyd oluna bilər. Aşkar səbəbi məlum olmayan generalizə olunmuş hiperhidroz dərhal həkim müayinəsini tələb edir, çünki bu ciddi bir xəstəliyin əlaməti ola bilər.

Hiperhidroz, tər ifrazını tənzimləyən sinir sisteminin periferik və mərkəzi şöbələrini zədələnmələri, hormonal pozuntular və ekzogen intoksikasiya zamanı meydana çıxır. Həddindən artıq tərləmənin səbəbini müəyyən etmək üçün xüsusi testlər və nevroloji müayinə aparılır, hormonal profil yoxlanılır. Xoşagəlməz simptomları aradan qaldırmaq üçün sedativ preparatlardan, fizioterapiya və psixoterapiya metodlarından istifadə olunur.

Hiperhidrozun fərdi variantlarının ayırd edilməsində çətinlik, simptomların qiymətləndirilməsində böyük subyektivizmlə bağlıdır. Başvermə tezliyindən asılı olaraq, hiperhidroz aşağdakı növlərə təsnif edilir:

  • daimi – ifadəlilik dərəcəsi ilin fəsillərindən aslı olmur;
  • mövsümi – bu zaman isti aylarda tərləmə artır;
  • fasiləli – periodik remissiyalarla xarakterizə olunur.

Kliniki praktikada simptomun yayılmasına görə təsnifatı vacibdir, buna əsasən ayırd edilir:

  • Məhdud (yerli) hiperhidroz. Dərinin müəyyən nahiyələrində tər vəzilərinin artan sekresiyası ilə xarakterizə olunur. Buna uyğun olaraq lokal forma sifət, ovuc (palmar), daban (plantar), qoltuqaltı (aksillyar) hiperhidroza bölünür. Buvariantdaha çapokrin vəzilərinin disfunksiyası ilə əlaqələndirilir.
  • Generalizə (yayılmış) hiperhidroz. Dərinin bütün səthində artan tərləmə müşahidə olunur. Belə bir pozuntunun inkişafı, tez-tez hormonal fonun dəyişiklikləri, yoluxucu xəstəliklər və digər system patoloji pozulmalar ilə əlaqəli bütün tər vəzilərinin işinin artması nəticəsində baş verir.

Patogenetik mexanizmlərinə əsasən hiperhidroz 2 formaya bölünür:

  • birincili (idiopatik) səbəbləri müəyyən edilməmiş;
  • ikincili – müxtəlif üzvlərin sistemlərinin zədələnməsi səbəbindən baş verən.

Ayrı bir formaya, xroniki infeksion proseslər və ya hormonal dəyişikliklərlə əlaqələndirilən gecə tərləməsi təsnif edilir.

Xüsusi inkişaf mexanizmi səbəbiylə həkimlər qanda katexolaminlərin (adrenalin) artan konsentrasiyası ilə meydana çıxan stres tərləməsini (“soyuq tər” adlandırırlar) ayırd edirlər.

Hiperhirozun sosial diskomfort dərəcəsini nəzərə alaraq aşağıdakı növləri vardır:

  • xəstənin digər insanlarla qarşılıqlı əlaqəsini məhdudlaşdırmayan yüngül dərəcəli hiperhidroz;
  • gündəlik fəaliyyəti bir qədər məhdudlaşdıran və əlsıxma, insanlarla yaxın təmas zamanı narahatlıq yaradan orta dərəcəli hiperhidroz;
  • xəstəni digər insanlardan yan gəzməyə vadar edən, kəskin qoxulu güclü tərləmə ilə xarakterizə olunan ağır dərəcəli hiperhidroz – psixoloji pozğunluqlara səbəb olur.

Hiperhidrozun yaranma səbəbləri

Hiperhidrozun meydana gəlməsinin arxasında duran amilləri aydınlaşdırmaq üçün bütövlükdə tərləmə prosesinin fiziologiyasını başa düşmək lazımdır.

Tərləmə, insan bədənində daim meydana gələn sulu sekresiyanın (tərin) tər vəziləri tərəfindən ifraz olunması prosesidir. Tər – dərialtı piy təbəqəsində yerləşən tər vəziləri tərəfindən istehsal olunur. Ən çox tər vəziləri qoltuqaltı çuxurda, ovucda və ayağın altında yerləşmişdir. Kimyəvi tərkibinə görə tər 97-99% müxtəlif duzların (xloridlər, fosfatlar, natrium və kalium sulfatlar) su ilə qarışığından və digər mürəkkəb üzvi maddələrin qarışığından ibarətdir. Bu maddələrin tər mayesində mövcud olması və konsentrasiyası müxtəlif insanlarda fərqlidir, buna görə də ayrı-ayrı insanlara xas olan tərin fərdi qoxusu olur. Bundan əlavə, dəri səthindəki piy vəzilərinin ifrazatı və bakteriyalar da tərin tərkibinə qarışır. Tərin xoşagəlməz iyi, məhz bakteriyalara görə olur.

Tərləmə prosesi orqanizmi hipertermiyadan (qızmaqdan) mühafizə edir və onun homeostazını (sabitliyini) qoruyub saxlamağa kömək edir: tər dəridən buxarlanarkən, bədənin səthini soyudur və onun temperaturunu aşağı salır. Tərləmə bədənin soyuması və artıq mayenin, zəhərli maddələrin, parçalanma və su-duz mübadiləsi məhsullarının aradan qaldırılmasının təbii mexanizmlərindən biridir. Təsadüfi deyil ki, bəzi dərman maddələri bədəndən dəri vasitəsi ilə xaric olunaraq, təri qırmızı, mavi-yaşıl, sarımtıl bir rənglərə boyayır. Arıqlamaq istədikdə, biz idman salonuna gedirik – tərlə birlikdə çəkinin əhəmiyyətli bir hissəsi itirilir.

Sağlam bir insanın orqanizmndə, ətraf mühitin temperaturu 20-25° C-ə qədər artdıqca, həmçinin fiziki və ya psixo-emosional stress zamanı tərləmə güclənir. Ətraf mühitin temperaturu 36° C və daha yuxarı qalxdıqda, tərləmənin köməyilə orqanizmin termorequlyasiyası həyata keçirililir və bu minvalla onun həddən artıq qızmasının qarşısı alınmış olur. Artmış istilikverməyə və orqanizmin sərinlədilməsinə aşağı nisbi rütubət və aktiv fiziki hərəkət də yardım olur.

Bunun əksinə olaraq, tərpənməz havası olan nəm bir mühitdə tərin buxarlanma prosesi baş vermir, buna görə isti hamamda və ya saunada uzun müddət qalmaq tövsiyə edilmir. Həddindən artıq maye qəbulu tərləməni kəskin dərəcədə artırır, buna görə güclü fiziki yüklənmə zamanı və ya yüksək hava temperaturu olan bir otaqda çox maye içilməməlidir. Psixo-emosional oyanıqlıq nəticəsində dəri reseptorları, cavab reaksiyası olaraq tər ifrazını stimullaşdırır. Buna görə də, insan həyəcan, qorxu və ya ağrı kimi güclü emosiyalar yaşadığı zaman, tər irazının artması baş verir.

Fizioloji tərləmə orqanizmi toksinlərdən və tullantı məhsullarından təmizləmək üçün əvəzsiz bir amildir. Hamam, sauna, buxar otağı bu maddələrin tər vasitəsilə bədəndən xaric edilməsinə və ümumi sağlamlaşmaya kömək edir. Hətta sağlam insanda da tər ifrazı fiziki güclənmə, həmçinin stresslər və sinir sisteminin həddindən artıq yüklənmələri zamanı güclənir.

Hiperhidroz bir sıra snir-əsəb, somatik xəstəliklərin əlamətlərindən biri və ya şəxsi gigiyena qaydalarına əməl olunmamasının nəticəsi ola bilər.

Klinik olaraq birincili və ikincili hiperhidroz ayırd edilir. Birincili hiperhidroz, daha çox yetkinlik dövründə, sürətli cinsi yetişkənlik mərhələsində rast gəlinir və insanların 1%-də baş verir. İkincili hiperhidroz, bir qayda olaraq, nevroloji, endokrin və ya somatik xəstəliklərin nəticəsində meydana çıxır. Hiperhidroza səbəb olan amillərin müəyyənləşdirilməsi, xəstənin sonrakı müayinə və müalicəsi üçün proqramı müəyyənləşdirir. Belə ki, generalizə olunmuş (yayılmış) hiperhidroz zamanı, ilk növbədə, şiş, endokrin və yoluxucu xəstəlikləri istisna etmək lazımdır.

Tər vəziləri təri əmələ gətirir və dəri səthindəki məsamələr vasitəsilə xaric edir. İnsan orqanizmində tərləmənin normal tənzimlənməsi, metabolik proseslər, qan dövranı, ifrazat və çoxalma üçün cavabdeh olan vegetativ sinir sistemi tərəfindən təmin edilir. Bildiyimiz kimi, vegetativ sinir sistemi 2 hissəyə bölünür: simpatik və parasimpatik.

Tərləmə prosesi simpatik vegetativ sinir sistemi tərəfindən tənzimlənir. Simpatik sinir sisteminin hiperfunksiyası zamanı tər vəzilərinin normal işində dəyişiklik baş verir: ən kiçik həyəcan nəticəsində insanı dərhal tər basır. Lakin bu qarşılıqlı əlaqəli proseslərin tətik mexanizmi nədir və hiperhidrozun yaranma səbəbləri hansılardır – müasir tibb elmi bu suala hələlik dəqiq cavab verə bilmir.

Ümumi (yayılmış) hipephidrozun səbəbləri

Bütün dərinin səthində həddindən artıq tərləmə isti iqlim şəraitində, gərgin fiziki işlərdən sonra normal bir reaksiyadır. Aydın bir səbəbi olmayan daimi hiperhidroz – xəstəlik əlamətidir. Ümumi hiperhidrozun yaranmasına aşağıdakı amillər səbəb ola bilər:

  • endokrin xəstəliklər: tireotoksikoz, feoxromositoma, qadınlarda menopauza və s.;
  • infeksion proseslər: brüsellyoz, malyariya, HİV infeksiyası.
  • intoksikasiya: zəhərli göbələklərin istifadəsi, fosfor üzvi birləşmələrinin orqanizmə düşməsi;
  • farmakoterapiyanın ağırlaşmaları: xolinomimetiklərin, antikolinesteraz preparatlarının uzun müddətli istifadəsi;
  • nadir səbəblər: Rayli-Dey sindromu, Kassirer akroasfiksiyası, polineyropatiya.

Yerli hiperhidrozun səbəbləri

Yerli hiperhidroz aşağıdakı səbəblərdən qaynaqlana bilər:

  • insan bədənində tərləmə prosesindən məsul olan simpatik sinir sisteminin patoloji fəaliyyəti. Məhz vaqotoniya əllərin (və ya və ya ayaqların) həddindən artıq tərləməsinə səbəb olur. Vegetativ sinir sisteminin işindəki pozuntular genetik çatışmazlıqlar, hormonal sferanın patologiyaları və dərman preparatlarının qəbulu nəticəsində yaranır;
  • ayrıca olaraq, erkən uşaqlıqda hiperhidrozun yaranmasına səbəb olan konstitusiya xarakterli vegetativ-damar distoniyasını qeyd etmək lazımdır. Çox vaxt bu cür pozuntuları qan qohumları arasında izləmək olur, yəni onlar irsən ötürülür;
  • yerli hiperhidrozu cinsi yetkinlik dövründə, həmçinin menopauza zamanı, bədənin endokrin yenidən qurulması zamanı müşahidə edilə bilər. Bu vəziyyətdə patologiya müvəqqətidir və hormonal fon sabitləşdikdən sonra müstəqil olaraq aradan qalxır;
  • yaşlı insanlarda obyektiv səbəb olmadan meydana gələn yerli hiperhidroz, periferik endokrin vəzilərin xəstəlikləri nəticəsində inkişaf edə bilər. Bu, daha çox böyrəküstü vəzi, qalxanabənzər vəzi, yumurtalıqlara aiddir. Bioloji aktiv maddələrin (tiroksin, katexolaminlər, steroidlər və ya insulinin) qana düşməsi izsiz keçə bilməz, çünki onların hamısı vegetativ sinir sistemi ilə qarşılıqlı əlaqəyə girir, deməli, zahirən artan tərləmə şəklində təzahür edə bilər;
  • baş beynin üzvi zədələnməsi termorequlyasiyanın neyrogen pozuntuları şəklində təzahür edəcəkdir. Tərləmə – bədən hərarətinin orqanizm tərəfindən tənzimlənməsi proseslərindən biridir, buna görə lokal hiperhidrozunun qəfil başlaması halında nevroloqa müraciət etmək lazımdır;
    hiperhidroz və nevroz arasındakı əlaqə çoxdan izlənmiş və sübut edilmişdir. Ovuclarda artan tərləmə stressdən və ya emosional sarsıntıdan sonra baş verə bilər.
  • bəzi dermatoloji xəstəliklər: psoriaz, mavi nevus, vitiligo yerli hiperhidroza səbəb ola bilər;
  • yuxu pozulmaları, xüsusən gecə dəhşətləri yerli hiprhidroza səbəb ola bilər.

Qeyd etmək lazımdır ki, yerli hiperhidroz həmişə patoloji vəziyyətin əlaməti olmur. Bəzən orqanizm daxili və ya xarici qıcıqlandırıcı amillərə bu şəkildə reaksiya göstərir, məsələn:

  • insan ağır stress, həyəcan və ya qorxu hissi keçirmişdir. Bu vəziyyətdə bədəndə adrenalinin qana birdəfəlik ifrazı baş verir, bu da artan tərləmə şəklində ifadə olunur. Bu, xüsusən də yetkinlik dövründə, qeyri-sabit bir hormonal vəziyyəti fonunda açıq şəkildə ortaya çıxır;
  • ətraf mühitin yüksək temperaturu bədən hərarətinin artmasına səbəb olur, onun soyudulması üçün orqanizm tərləmə mexanizmlərini işə salır;
  • keçirilmiş xəstəlikdən sonra bədənin zəifləməsi, lokal və ümumi hiperhidroz ilə müşayiət oluna bilər;
  • tərkibində eksraktiv maddələr (soğan, sarımsaq, ədviyyat, qida qatqıları, qəhvə və s.) alan qidaların yeyilməsi həddindən artıq tərləməyə səbəb ola bilər.

Gecə tərləməsinin səbəbləri

Qadınlarda güclənmiş gecə tərləməsinə aşağıdakı xəstəliklər və vəziyyətlər səbəb ola bilər:

  • hormonal fonda olan dəyişikliklər: menstruasiya başlamazdan bir neçə gün əvvəl, hamiləliyin I trimestrində, premenopauzal dövrdə;
  • neyropsioloji patologiyalar: dağınıq skleroz, psixozlar, depressiv hallar;
  • birləşdirici toxumanın sistem xəstəlikləri: revmatoid artrit, qırmızı qurdeşənəyi, revmatizm.
  • farmakoterapiyanın ağırlaşmaları: trankvilizatorlar, neyroleptiklər, hipotenziv preparatların qəbulu.

Kişilərdə gecə tərləməsi ən çox aşağıdakı səbəblərdən qaynaqlanır:

  • abstinensiya sindromu: alkoqoldan, narkotikdən sui-istifadə nəticəsində;
  • hormonal pozuntular: yeniyetməlik dövründə, orta və ahıl yaşlarında, testosteronun səviyyəsinin aşağı düşməsi səbəbindən;
  • endokrin xəstəliklər: karsinoid sindrom, feoxromositoma, hipotalamik-hipofiz sisteminin zədələnməsi;
  • vərəm infeksiyası;
  • şişlər: xayaların xərçəngi, prostat vəzin xərçəngi;
  • nadir səbəblər: sarkoidoz, histiositoz.

Soyuq tərin səbəbləri

Soyuq tərin meydana gəlməsinə daha çox aşağıda sadalanan patoloji hallar səbəb olur:

  • güclü emosional sarsıntılar;
  • miqren;
  • şiddətli ağrı sindromu;
  • virus infeksiyaları: mononukleoz, qrip;
  • kritik hallar: hipoqlikemiya, kəskin ürək və ya tənəffüs çatışmazlığı;
  • vegetativ tənzimləmənin pozulması;
  • intoksikasiyalar: alkoqoldan sui-istifadə, böyrək və qaraciyər çatışmazlığında endogen toksinlərin əmələ gəlməsi.

Əgər hiperhidroz vaxtaşırı olaraq baş verirsə, onda bu barədə narahat olmaq lazım deyil. Lakin həddən artıq tərləmə daimi şəkildə olduqda, həkimə müraciət etmək və hiperhidrozun səbəbini təyin etmək barədə düşünmək lazımdır.

Ümumi simptomatika

Hiperhidroz – subyektiv bir şikayətdir: xəstələr digər insanlara nisbətən daha çox tərlədiklərini hiss edirlər. Xəstə paltarlarının üzərində tərdən nəm ləkələri tapır, özü də yalnız qoltuqaltı nahiyədə deyil, həmçinin sinəsində və ya kürəyində də bu izlər olur. Tərləmə, dərinin soyuması və uzaqdan aşkar hiss olunan xoşagəlməz, kəskin tər qoxusu ilə birgə olaraq qeyd edilir. Xəstələr çox miqdarda tərin yalnız bədənin müəyyən hissələrində – məsələn, ovucda və ayağın alt səthində, sifətdə meydana çıxa biləcəyini qeyd edə bilirlər. Artan tərləmə stress, əhəmiyyətsiz fiziki yüklənmələr və qida qəbulu ilə təhrik olunur.

Qeyd etmək lazımdır ki, şəkərli diabet zamanı tez-tez piylənmə müşahidə olunur.

Hiperhidroz psixoloji pozuntulara da səbəb olur: bir insan utancaqlıq və narahatlıq hissi keçirməyə, başqaları ilə təmasdan qaçmağa başlayır. Xəstənin peşə fəaliyyətlərinə maneçilik törədən, insanlarla tanış olmağı və əlsıxmanı çətinləşdirən ovuçların artan tərləməsi böyük narahatlıq yaradır. Fiziki əməyə və ya emosional gərginliyə cavab olaraq tər ifrazının qısamüddətli güclənməsi normal bir variant hesab olunur, lakin həyat keyfiyyətini pozan daimi hiperhidroz, mütəxəssisə müraciət etmək üçün bir göstərişdir.

Diaqnostika

Hiperhidroz zamanı ilkin diaqnostik axtarış terapevt tərəfindən aparılır. Hiperhidrozun meydana çıxması, bir çox hallarda sinir sisteminin patologiyaları ilə əlaqədardır, buna görə belə xəstələrin nevroloji statusu diqqətlə müayinə olunmalıdır.

  • Kəmiyyət və keyfiyyət testləri. Həddindən artıq tərləmə dərəcəsini aydınlaşdırmaq üçün qravimetrik üsul faydalıdır ki, bu da dəri ilə 1 dəqiqəlik təmasdan sonra bir parça filtr kağızını tərəzidə çəkməkdən ibarətdir. Hiperhidrozun sahəsini ölçmək üçün Minor sınağından istifadə olunur. Artan tərləmənin ilkin formasının təsdiqi üçün xromatoqrafik metoddan istifadə edilir.
  • Laborator müayinələr.
  • qanın ümumi və biokimyəvi analizi;
  • latent infeksiyalar (sifilis, HİV, hepatit) üçün qanın müayinəsi;
  • tiroid hormonları (T3, T4, paratiroid hormonu) üçün qanın müayinəsi;
  • digər hormonların – kortikosteroidlər, hipofiz vəzisinin trop maddələrinin də səviyyəsi ölçülür. Qadınlar üçün mütləq estrogenlərin və progesteronun səviyyəsi ölçülməlidir.
  • şəkərli diabeti istisna etmək üçün qanda acqarına qlükozanın səviyyəsi təyin olunur, əgər göstəriş olarsa, qlükoza ilə yükləmə sınağı da təyin olunur.
  • sidiyin ümumi analizi.

Qan analizlərində həmçinin, iltihab və şiş proseslərinin əlamətlərini axtarırlar.

  • Nevroloji müayinə. Əgər hiperhidroz vegetativ sinir sisteminin fəaliyyətinin pozuntusunun nəticəsidirsə, bu halda aşağıdakı əlavə əlamətlər də aşkar edilə bilər: bradikardiya və ya taxikardiya, soyuq solğun dəri, ətrafların tremoru, qeyri-sabit bədən temperaturu və s. Nevroloji statusun qiymətləndirilməsindən əlavə, EEQ, USDQ və digər instrumental müayinələrdən istifadə olunur. Göstərişlərə görə baş beynin KT və MRT müayinələri təyin edilir.
    Əlavə bir müayinə təşkil edərkən, uyğun gələn simptomlar nəzərə alınır:
  • yoluxucu bir proses əlamətləri zamanı seroloji reaksiyalar aparılır;
  • autoimmun xəstəliklərdə, revmatoid amilin səviyyəsi və digər spesifik markerlər ölçülür;
  • bəzi xəstələrə psixiatrik müayinədən keçmək tövsiyə olunur;
  • həddən artıq tərləmənin şübhəli hallarında diaqnoz qoymaq üçün digər mütəxəssislərin (dermatoloq, infeksionist, onkoloq və s.) məsləhətləşmələrinə müraciət edirlər.

Xəstəliyin klinik təzahürlərinə və laboratoriya tədqiqatlarına istiqamətləndirmə hiperhidrozun səbəbini dəqiq müəyyənləşdirməyə və keyfiyyətli müalicəni təyin etməyə yaxından köməklik göstərə bilər. Hiperhidroz idiopatik olduqda, həddindən artıq tərləmədən başqa digər patoloji əlamətlər aşkar edilməyəcəkdir. Nevrogen təbiətli hiperhidroz zamanı da qanın və ya sidiyin analizində hər hansı bir dəyişikliyin əks olunmadığını nəzərə almaq lazımdır, buna görə xəstə ilə söhbətə xüsusi diqqət yetirilməlidir.

Müalicə

Hiperhidrozun müalicə üsullarının təsvirinə keçməzdən əvvəl bu xəstəlikdən əziyyət çəkən insanlara bəzi ümumi tövsiyələr vermək lazımdır.

Tər, insan orqanizmində əmələ gələn bioloji bir maye olduğundan, bakteriyalar üçün əla bir yetişmə mühitidir ki, bu da dərinin qoruyucu funksiyalarının pozulmasına və müxtəlif dəri xəstəliklərinin: dərinin aşınması və bişməcəsi, həmçinin göbələk və irinlikli xəstəliklərin inkişafına səbəb olur.

Buna görə də, hiperhidrozla mübarizədə əsas postulat şəxsi gigiyena qaydalarına diqqətlə riayət edilməsi olmalıdır: gündə bir(bəzən bir dəfədən çox!) duş qəbul etməli, ovuclar və ayaqlar üçün ilıq vanna qəbul edilməli (yaxşı olardı ki, çobanyastığı və ya palıd qabığının dəmləməsi ilə), ovuşdurma etmək. Tər qoxusunu aradan qaldırmaq üçün dezodorantlardan istifadə etmək tövsiyə olunur. Sintetik parçalardan hazırlanmış paltarları, xüsusilə də alt paltarları və corabları geymək tövsiyə edilmir, çünki onlar hava keçirmir. Alt paltarları və corabları mümkün qədər tez-tez dəyişmək lazımdır. Ayaqqabılar rahat, yüngül, xüsusi içlikli, yayda isə açıq olmalıdır. Həddən artıq isti, ədviyyatlı yeməkləri, spirtli içkiləri, nikotini, qəhvənin istehlakını məhdudlaşdırmaq və əgər mümkünsə, qida rasionundan tamamilə çıxarmaq lazımdır. Soğan və sarımsaq, ədviyyatlar kimi məhsullar tərin xoşagəlməz qoxusunu artırır.

Hiperhidroz zamanı müalicə taktikası həm əsas xəstəliyin dayandırılmasına, həm də subyektiv narahatlığı azaltmağa yönəldilir. Dərman müalicəsi fizioterapiya üsulları ilə (refleksoterapiya, xolinolotiklərin məhlulları ilə elektroforez və s.) birləşdirilir. Tər ifrazının artması səbəbindən yaranan psixoloji problemləri aradan qaldırmaq üçün xəstələrə fərdi psixoterapiya seanslarını təklif edilir.

Hiperhidrozlu xəstələrin müalicəsi taktikası bu pozuntunu doğuran səbəbdən asılıdır. Hiperhidroz hər hansı bir xəstəliyin nəticəsidirsə (endokrin patologiya, vegetativ damar distoniyası, infeksiya və s.), bu halda müalicə onun səbəbini aradan qaldırmağa yönəldilməlidir.

Hiperhidrozun müstəqil bir pozuntu olması halında, onun təzahürlərini aradan qaldırmaq və ya şiddətini azaltmaq üçün tədbirlər görülməlidir.

Hiperhidrozdan azad olmağın sürətli üsulları:

  • Tərləyən nahiyələri tez-tez sabunla və ya sabunsuz yumaq.
  • Əlləri əlüzyuyanda yumağa imkan olmadıqda, ovucları üzərinə antiseptikli vasitə çəkmək. Bu cür məhsulların tərkibindəki spirt dərini qurutmağa imkan verəcə
  • Spirt əsaslı birdəfəlik salfetlərin istifadəəri həmişə özündə gəzdirməli və lazım gəldikdə,məsələn, yaxınlaşan əl sıxışmadan əvvəl əllərini silmə
  • Tərləyən nahiyələrin soyuq su və ya sərin hava axını ilə sərinlədilməsi.
  • Əllərə talk tozu və ya pudranın (kirşan) səpilməsi. Bu üsul, yaş ovucların ağırlıq qaldırmaq və əllərin möhkəm yapışmasını tələb edən digər vəziyyətlərində bir maneəə ya nişastadan istifadə etmək olar.

Hiperhidrozun konservativ müalicə üsulları

Əgər hiperhidroz əsas xəstəliyi müşayiət edən bir simptom deyilsə, müalicə üçün tibbi praktikada aşağıda sadalanan konservativ müalicə üsulları geniş tətbiq olunur:

  • psixoterapevtik üsullar;
  • dərman müalicəsi;
  • antiperspirantlar;
  • fizioterapevtik üsullar;
  • botulotoksin;
  • xalq təbabəti üsulları.

Hiperhidrozun müalicəsinin psixoterapevtik üsulları, xüsusən hipnoz xəstənin psixoloji problemlərinin aradan qaldırılmasına yönəldilmişdir. Emosiyalarını və qorxularını idarə etmək bacarığı, bəzi insanlara hiperhidroz probleminin də öhdəsindən gəlməyə kömək edir.

Psixoterapevtik metodlardan istifadə edərək emosional sferanın tənzimlənməsinə xüsusi əhəmiyyət verilməlidir. Həyəcan, stress, qorxu hallarında – trankvilizatorlar və antidepressantlar kompleks müalicə rejiminə əlavə olunur.

Hiperhidrozun dərman müalicəsi üçün xəstəliyin şiddətindən və əks göstərişlərdən asılı olaraq müxtəlif qrup dərmanlar istifadə olunur.

Hiperhidrozun müalicəsi üçün daha çox aşağıdakı qrupdan olan dərmanlar istifadə olunur:

– Sedativ preparatlar. Bu qpupdan olan dərman vasitələri tər ifrazınının vegetativ tənzimlənməsini normallaşdırır, apokrin tər vəzilərinin funksional fəaliyyətini zəiflədir. Ağır dərəcəli hiperhidrozda trankvilizatorlar istifadə olunur. Aşağıdakı preparatlar yaxşı təsir göstərir: Amitriptilin, İmizin, Melleril. Buna paralel olaraq, bitki əsaslı sedativ preparatlar da (Valerian ekstraktı, Sedavit, yemişan tinkturası və s.) istifadə edilə bilər. Labil, qeyri-sabit sinir sistemi olan insanlar üçün sedativ preparatlar (valerian, yemişan preparatları, bitki mənşəli sedativlər və s.) və trankvilizatorlar təyin olunur. Sinir sisteminin oyanıqlığını azaltmaqla, bu qrup preparatlar hiperhidrozun meydana gəlməsində bir amil olaraq gündəlik stresslərin öhdəsindən gəlməyə kömək edir. Lazımı dərmanın seçimi və onun dozasının təyinatı, həkim-mütəxəssis tərəfindən aparılmalıdır.

– Yerli təsir göstərən vasitələr. Xolinolitiklər tez-tez istifadə olunur. Aşılayıcı xüsusiyyətləri olan dərmanlar – alüminium duzları, bitki ekstraktları, tər ifrazını zəiflətməsinə və dərinin qıcıqlanmasını azaltdıqlarına görə effektivdir. Belladonna (xanımotu) preparatları həyəcanlılığını azaldır və tər vəzilərinin ifrazını zəiflədir.

– Hormonal preparatlar. Onlar müxtəlif endokrin xəstəliklər zamanı əvəzedici terapiya qismində istifadə olunur. Əksər hallarda, hormonal fon tənzimləndikdən sonra hiperhidroz tamamilə yox olur.

– Antibakterial vasitələr. Antibiotiklər daimi sürtünmə yerlərində dərinin ikincil bakterial zədələnməsinin qarşısını almağa kömək edir. Hiperhidroz ilə müşayiət olunan infeksiyaların etiotrop müalicəsində geniş istifadə olunur.

Antiperspirantlar yerli təsir göstərir və sink və ya alüminium duzları, formaldehid, salisil turşusu, triklosan, etil spirtindən ibarət olan kimyəvi tərkibininin hesabına tərləmənin qarşısını alır. Tər vəzilərinin çıxarıcı kanallarının daralmasına və ya hətta tamamilə tıxanmasına səbəb olmaqla, bu qrupun dərmanları tərin xaric edilməsinə maneəçilik törədir. Onlar, hiperhidrozu aradan qaldırmaq üçün sadə və əlverişli vasitələrdir, lakin davamlı təsir göstərmir. Hiperhidrozlu dəriyə qulluq üçün peşəkar qayğı vasitələrindən: Klima, Everdry, Odaban 30%, Aktiv dray və digərlərinin adını çəkmək olar. Onları tərləyən nahiyələrin təmiz, quru dərisinə çəkmək və tamamilə hopmasına qədər gözləmək lazımdır. Onların istifadəsindən yaranan əlavə təsirlər arasında allergik reaksiyalar, dermatit və tətbiq yerində hətta ödemlərin olmasını qeyd etmək lazımdır.

Hiperhidrozun yerli müalicəsi üçün xaricə tətbiq olunan preparatlara müxtəlif kremlər və pastalar da daxildir. Bunlar arasında: Formagel (dərini dezinfeksiya edir, tərləməni zəiflədir), Teymurov pastası (dezodorasiyaedici, quruducu və antiseptik təsir göstərir). Nəzərə almaq lazımdır ki, bu vasitələr tibbi preparatlardır, buna görə onlardan istifadə etməzdən əvvəl mütləq həkimlə məsləhətləşmək lazımdır.

Fizioterapevtik müalicə üsulları arasında aşağıda qeyd edilən metodlar daha çox effektiv hesab edilir:

  • Sinir sisteminə ümumi gücləndirici təsir göstərən hidroterapiya (iynəyarpaqlı-duzlu terapevtik vannalar, kontrastlı duş).
  • Elektroyuxu – aşağı tezlikli impulslu cərəyanla baş beynə təsirin göstərilməsi terapevtik üsulu da sinir sisteminə də müsbət təsir göstərir. Elektrikoyuxunun müalicəvi effekti – sedativ təsirə, tormozlanma proseslərini gücləndirməyə, vegetativ sinir sisteminin fəaliyyətini yaxşılaşdırmağa əsaslanır.
  • Dərman elektroforez üsulu, sabit cərəyanla tərləmə azaldan dərman maddələrinin ionlarının müştərək fəaliyyətinə əsaslanır. Problem nahiyəsinə sabit tezlikli bir elektrik cərəyanı ilə təsirin göstərilməsi, həmin dəri nahiyəsinin müvəqqəti anhidrozuna (susuzlaşmasına) səbəb olur. Bu vəziyyətdə dərman maddələri dəridə depolaşır və öz farmakoloji təsirini 15-20 sutkaya qədər saxlayır.
  • Şerbakın metodu üzrə galvanik yaxalığın istifadəsi.

Botulotoksin. Hiperhidrozdan qurtulmağın daha radikal üsullarına tərləyən nahiyələrin dərisi altına və ya dəriiçi botulinum toksininin daxil edilməsi aiddir. Bu preparat hiperhidrozun yerli formasında istifadə olunur. Botoks, tər vəzilərini nahiyəsinə yeridilir. Botulotoksin sinir impulslarının tər vəzilərinə ötürülməsini blokada edir ki, bu da tər ifrazının azalmasına kömək edir. Bu üsulun effekti 6-12 ay davam edə bilər. Gələcəkdə proseduru təkrarlamaq lazımdır.

Bütün konservativ müalicə metodlarının (psixoterapiya, dərmanlar, antiperspirantlar, fizioterapiya), senator-kurort müalicəsinin müştərək şəkildə tətbiq olunması, daha sabit bir kliniki effektin (1-2 aya qədər) əldə edilməsinə imkan verir.

Bununla birlikdə, hiperhidrozla mübarizənin bütün konservativ üsulları yalnız bu xəstəliyə qarşı mübarizədə müvəqqəti irəliləyişlərin olmasına imkan verir, ancaq problemi kökündən həll etmir. Yalnız cərrahi müalicə üsullarına müraciət etməklə hiperhidrozdan birdəfəlik qurtulmaq mümkündür.

Hiperhidrozun müalicəsində xalq təbabəti

Bir qayda olaraq, hiperhidroza qarşı istifadə olunan dərman vasitələri daxilə tətbiq edilən ot dəmləmələri, xarici istifadə üçün tinkturalar, kompresslər, islatmalar və hətta xüsusi pastalardır.

  • Əllər və ayaqlar çün çobanyastığı vannaları. 7 xörək qaşığı çobanyastığı çiçəklərinin üzərinə 2 litr qaynar tökülür və 2 saat ərzində dəmlənir. Sonra vannaları 40 dəqiqə, yaxşı olardı ki, yatmazdan əvvəl qəbul etmək, səhərlər isə talk tozundan istifadə etmək məsləhət görülür.
  • Gicitkən və adaçayı dəmləməsi. 2 xörək qaşığı adaçayı və gicitkən qarışığının (1×1 nisbətində) üzərinə 0,5 litr qaynar su tökür və bir neçə saat (soyuyana qədər) dəmləyirlər. 1 ay ərzində, gündə 4 dəfə qəbul edilir.
  • Qatırquyruğu bitkisinin spirtli tinkturası. Qatırquyruğu otunun üzərinə 1x10x5 nisbətində araq və spirt tökülür. 2 həftə ərzində sərin bir yerdə saxlanılır. Sonra bu qarışıq problemli nahiyələrə sürtülür (ehtiyac yarandıqda).
  • Kontrast duş. Xalq təbabəti mütəxəssislərinin dediyi kimi, hiperhidroz əleyhinə ən sadə və effektiv bir vasitədir. İsti və sərin suyun növbələşdirilməsi, dərini çox yaxşı məşq etdiririr və tonusda saxlayır, həmçinin immuniteti gücləndirir və artırır. Buna görə də, hətta hiperhidrozdan əziyyət çəkməyən insanların da daha gənc və sağlam qalmaq üçün bu proseduralardan istifadə etməsi tövsiyə edilir.
  • Sirkə turşusu. Həmçinin hiperhidroz əleyhinə yaxşı bir vasitə kimi özünü doğrultmuşdur (əgər qoxusu xəstə üçün xoşagəlməz deyilsə). Duş qəbulundan sonra sirkə turşusunun 2%-li məhlulunun tərləyən nahiyələrə sürtülməsi, dərinin bir neçə saat ərzində quruluğunu təmin edəcəkdir. Ancaq bu üsuldan sui-istifadə etmək olmaz.
  • Sakitləşdirici bitki toplusu. Nanə, pişikotu, xanımotu və yemişan bərabər nisbətdə qarışdırılır (hər birindən 1 çay qaşığı), üzərinə 750 ml qaynar su tökülür və 3 saat ərzində dəmlənir. Sonra, bu vasitədən səhər və axşam (lazım gələrsə, günorta da) bir çay qaşığı qəbul edilir. Bu vasitə, əlbəttə ki, tərləməni aradan qaldırmayacaq, lakin artan qıcıqlanmanı və stresə məruz qalmanı azaldacaqdır. Bildiyiniz kimi isə, çox vaxt hiperhidroz qeyri-sabit psixo-emosional status fonunda baş verir.
  • Ağcaqayın qönçələri və qoz yarpaqlarının dəmləməsi. Hər 0,5 litr qaynar suya 3 xörək qaşığı götürülür, 3-4 dəqiqə qaynadılır. 1 sutka ərzində dəmlənir. Əldə olunmuş məhlulla, lazım gəldikcə bədənin tərləyən sahələri silinir.
  • Palıd qabığı dəmləməsi. Çox güman ki, hiperhidroz əleyhinə ən təsirli xalq təbabəti vasitəsidir, çünki bu üsul əsrlər boyu çoxsaylı müsbət rəylər toplamışdır. Bu vasitəni hazırlamaq üçün, 2 qaşıq palıd qabığı götürüb, üzərinə 1 litr qaynar su tökmək, sonra beş dəqiqə qaynatmaq, odun üstündən götürülür və bir neçə saat saxlamaq lazımdır. Gündə bir dəfə, yatmazdan 20 dəqiqə əvvəl, bu dəmləmə ilə problemli nahiyələri silmək və ya kompres qoymaq lazımdır

Efir yağları

Efir yağları hiperhidrozla mübarizə aparmağa kömək edə bilər. Efir yağlarının köməyilə qoltuq altındakı yaş dairələr problemindən qurtulmaq olar. Təmiz halda efir yağlarından istifadə etmək tövsiyə edilmir, onlar dəridə qıcıqlanmaya və hətta yanıqların meydana gəlməsinə səbəb ola bilər. Ən optimal variant, efir yağınının ilıq su ilə durulaşaşdırımasıdir (5 damcı yağın 3 xörək qaşığı ilıq su ilə) durulaşdırılmasıdır.

Hiperhidroz üçün ən yaxşı efir yağları: adaçayı, limon, fir, çay ağacı, Melissa (ballı nanə), portağal, nanə, hil, çobanyastığı hesab olunur.

Tərləməni azaltmaq üçün, qoltuqaltı nahiyələrin dərisi gündə 4-6 dəfə efir mayesi ilə silinməlidir.

Evdə hazırlanmış dezodorantlar

Hiperhidrozun xalq təbabətinin köməyilə müalicəsinə, dezodorasiya edən qarışıqların müstəqil hazırlanması daxildir.

Müalicəvi dezodorant

Ev şəraitində hiperhidroz əleyhinə dezodorant hazırlama üçün aşağıda sadalananlar lazım olacaq:

  • əsas üçün kokos yağı – 100 q;
  • qarğıdalı və ya kartof nişastası – 2 xörək qaşığı;
  • çay sodası – 2 xörək qaşığı;
  • efir yağı (melissa, limon, adaçayı, çobanyastığı, fir, evkalipt, çay ağacı, portağal, hil) – hansını isistəsəniz, seçə bilərsiniz.

Hazırlanma qaydası:

Su hamamında kokos yağını əridin, üzərinə çay sodası, nişasta və 15 damcı efir yağı (bir neçəsinin qarışığı da olar) əlavə edin. Hamısını yaxşıca qarışdırın, amma qaynamayın. Qarışığı qəlibə tökün, qatılaşana qədər gözləyin. Qəlibdən çıxarın və antiperspirant kimi tətbiq edin.

Bu hiperhidrozu azaltmaq üçün təbii maddələrdən hazırlanmış əla bir vasitədir. Dezodorantı soyuducuda saxlamaq tövsiyə olunur, əks halda ərimə bilər.

Tozşəkilli dezodorant

Evdə hazırlanmış tozşəkilli dezodorantı körpə tozu şüşəsində saxlamaq rahatdır.

Tərləmə və xoşagəlməz bir qoxu olmamaq üçün quru bir qarışıq hazırlamağa və onu dərinizin üzərinə səpməyə çalışın.

Onun hazırlanması üçün lazım olacaq:

  • toz şəklində Bor turşusu – 15 q;
  • sink oksidi – 10 q;
  • zəy – 10 q;
  • Salisil turşusu (Aspirin) – 10 q;
  • talk (uşaq tozu) – 25 q.

Bütün komponentləri öz aralarında qarışdırın və qapalı rahat bir bankaya tökün. Səhər və axşam dəriyə çəkin.

Palıd qabığı əsaslı toz səpməsi

Onun hazırlanması üçün lazım olacaq:

  • palıd qabığı – 1 paket;
  • Bor turşusu – 1 xörək qaşığı;
  • talk – 1 xörək qaşığı.

Palıd qabığı bir toz halına gətirilməlidir, bunu qəhvəüyüdəndə etmək daha rahatdır. Sonra bütün komponentlər yekcins bir kütlə alınanadək qarışdırılır və bir şüşə qaba tökülür. Dükanlarda satılan adi dezodorantların əvəzinə bu tozu istifadə etmək tövsiyə olunur. Bu, tərləmə əleyhinə müalicəvi təsir göstərən çox effektiv bir xalq təbabəti vasitəsidir.

Aptekdə və dükanda satılan vasitələr əsasında reseptlər

Hiperhidrozun ev şəraitində müalicəsi üçün aptek və mağazada satılan vasitələrdən istifadə oluna bilər. Çox vaxt biz sadə və ucuz dərmanların təsirini az qiymətləndiririk, lakin bəzən onlar, reklam olunan bahalı mallardan daha yaxşı effekt verir.

Kalium permanganat – ucuz bir əlverişli bir vasitədir, yalnız qoltuq altındakı xoşagəlməz tərdən deyil, bu nahiyədəki tüklərdən də xilas olmağa kömək edəcəkdir. Kalium permanganatı ilıq qaynadılmış suda zəif-çəhrayı rəng alanadək həll edirlər. Dərini gündə 3-4 dəfə bu məhlulla ovuşdururlar. Kalium permanqanat xoşagəlməz qoxunu zərərsizləşdirir, tər kanallarını daraldır. Onun əlavə təsirlərindən biri də tük soğanaqlarını tədricən məhv etməsidir. Bir neçə həftə boyunca qoltuqaltı nahiyə bu məhlulla silinərsə, qısa müddətdə tüklər tökülməyə başlayacaq və çox uzun müddət (2-3 ay) böyüməyəcək. Əsas qayda müntəzəmlikdir, əks halda nəticə olmayacaqdır.

Hidrogen peroksid – qoltuqaltı və digər nahiyələrin hiperhidrozu əlayhinə çox yaxşı təsir göstərir. Silmək üçün 3%-li məhluldan isifadə edilir. Pambığı və ya bir parçanı hydrogen peroksiddə isladır və gündə bir neçə dəfə onunla dərini silirlər. Hidrogen-peroksid tərin xoşagəlməz qoxusunu tamamilə aradan qaldırır və maye ifrazını azaldır.

Çay sodası – hər bir evdə tapılan bu vasitə hiperhidrozun müalicəsinə də kömək edir.

100 ml ilıq suda 1 çay qaşığı soda həll edilir. Bu məhlulla qoltuqaltı nahiyəni və digər hiperhidroz sahələrini gündə 5 dəfəyə qədər silmək lazımdır. Soda eyni zamanda tükləri tədricən incəldir ki, bu da eyni vaxtda 2 effektə – hiperhidrozdan qurtulmağa və depilyasiya nail olmağa imkan verir. Nadir hallarda, tərləmə əleyhinə tətbiq edildikdə, soda qıcıq verir, əgər belə bir yan təsir müşahidə olunarsa, müalicə ləğv edilməlidir.

Bor turşusu – aptekdə satılan olduqca ucuz olan bu vasitə çox geniş fəaliyyət dairəsinə malikdir. Bor turşusu qoltuqaltı tərləmə zamanı kömək edir, dezinfeksiya edir, yaraların sürətlə sağalmasına səbəb olur. Preparat toz, məlhəm, məhlul şəklində mövcuddur. Onu məhlul tətbiq etmək daha əlverişlidir. Bor turşusuna tampon batırılır və gündə 4-6 dəfə qoltuq altı silinir.

Qətranlı sabun – bu sabunu istənilən kosmetik mağazadan almaq olar. Tünd rəngi və hər kəsin bəyənməyəcəyi xüsusi bir qoxusu vardır. Hiperhidroz əleyhinə qətran sabununu istifadə etmək çox asandır: səhər və axşam problemli bədən hissələrini onunla yuyurlar. Bu kosmetik vasitə, üzdəki sızanaqlar, uşaqlarda bişməcələr, xoşagəlməz ayaq qoxusu və hər hansı bir dəri qıcıqlanmasına qarşı mübarizə aparmaqda da kömək edir. Bu ucuz yuyucu vasitə hətta dermatit və ekzema zamanı da kömək edir.

Hiperhidrozun yerli cərrahi müalicəsində isə Küretaj, Liposaksiya, Çərtilmə, Simpatektomiya üsullarından istifadə olunur.

https://reabilitasiya.az/m%C9%99qal%C9%99l%C9%99r/hiperhidroz