Hipoqalaktiya — doğuşdan sonrakı dövrün ağırlaşmasıdır. Bu zaman süd uşağı normal inkişaf üçün lazım olan qidalı maddələrlə təmin edə bilmir. Laktasiyanın azalması körpənin narahat davranışlları, çəki artımının zəifləməsi ilə təzahür edir. Diaqnozun qoyulması üçün qidalanmadan sonra körpənin çəkisi təyin edilir; süd vəzilərinin USM-i aparılır, cinsiyyət hormonlarının və prolaktinin səviyyəsi müəyyənləşdirilir. Laktogenezin bərpası məqsədilə qidalanma rejimi optimallaşdırılır, laktoqon preparatlar və laktogenezi gücləndirən fizioterapevtik metodlar təyin edilir; yanaşı gedən patologiyalar müalicə olunur.
Döşlə qidalanmanın uşağın fiziki və psixi inkişafında, onun immunitetinin formalaşmasında xüsusi əhəmiyyətinə görə süd verən qadınlarda normal laktasiyanın saxlanması müasir təbabətdə həkimin əsas öhdəliklərindən biridir. Müxtəlif araşdırmaların nəticələri göstərir ki, hipoqalaktiya anaların 26-80%-ində müşahidə olunur. Süd sekresiyanın azalması 35 yaşa çatmış pasientlərdə daha çox qeyd olunur; yaş artdıqca pozulma dərəcəsi də yüksəlir. İlk dəfə uşaq dünyaya gətirən qadınlarda laktogenezin pozulmasına təkrari uşaq dünyaya gətirənlərlə müqayisədə 2,1—2,5 dəfə çox rast gəlinir. Hipoqalaktiyanın yaranma ehtimalı tənha qadınlarda daha yüksəkdir; bu, yenidoğulmuşa müstəqil qulluqla bağlı fiziki və psixoemosional yüklənmə ilə əlaqəlidir.
Hipoqalaktiyanın səbəbləri
Südün miqdarının azalması və laktasiya müddətinin qısalması polietioloji pozulmadır. Pozulmaların yalnız 2-5%-ində doğuşdan dərha sonra əmələ gəlir, anatomik səbəblər və ya neyrohumoral tənzimləmənin pozulması ilə əlaqəli olur. Laktogenez bir çox hallarda doğuşdan bir müddət sonra xarici faktorların təsiri və laktasiyada olan ananın xəstəlikləri nəticəsində pisləşir. Hipoqalaktiyanın əsas səbəbləri aşağıdakılardır:
Güclü fiziki və psixoemosional yüklənmə; yuxunu almamaq, yenidoğulmuşa davamlı qulluq, vərdiş olunmuş həyat tərzinin dəyişilməsi ilə bağlı yorğunluq tez-tez laktasiyanın pozulmasına gətirib çıxarır. Hipoqalaktiya azkalorili qidalanma, mayenin kifayət qədər qəbul olunmaması və balanslaşdırılmamış qidalanma nəticəsində də inkişaf edə bilər.
Hipoqalaktiyanın patogenezi
Laktogenezin pisləşməsinin konkret mexanizmi patoloji vəziyyətə səbəb olan amillərlə bağlıdır. Parenximatoz toxumanın hipoplaziyası zamanı aktiv vəzi hüceyrələrinin miqdarı uşağa lazım olan həcmdə südün sekresiyası üçün kifayət etmir. Hormonal disbalans, adətən, parenximatoz hüceyrələrin zəif stimulyasiyası ilə müşayiət olunur. Hipoqalaktiya süd vəzilərinin natamam boşalması hesabına yarandıqda laktasiyanın pozulmasının əsasında prolaktin (laktogenezi tənzimləyən əsas hormon) istehsalının azalması ilə müşayiət olunan geri tənzimləmə mexanizmlərinin yaranması durur. Oxşar proseslər müxtəlif xəstəliklər, stress, maye qəbulunun yetərsizliyi və az kalorili qidalanma zamanı da müşahidə olunur. Belə hallarda hipoprolaktinemiya hesabına laktasiyanın basqılanması tez-tez ananın əsas həyat funksiyalarının saxlanmasında qoruyucu rol oynayır.
Hipoqalaktiyanın təsnifatı
Hipoqalaktiyanın müxtəlif formalarının təsnifi pozulmanın yaranma səbəbləri və müddəti, onun ağırlıq dərəcəsinə əsaslanır. Laktasiya pozulmasının təsnifatı süd vəzilərinin normal sekresiya funksiyasını bərpa etməyə imkan verən optimal terapevtik taktikanın seçilməsində əsas rol oynayır. Mammologiya sahəsində çalışan mütəxəssislər hipoqalaktiyanın aşağıdakı formalarını ayırd edirlər:
İnkişaf müddətinə görə:
Səbəblərinə görə:
Ağırlıq dərəcəsinə görə:
Süd vəzilərinin sekretor funksiyasının zəifləməsi nəticəsində meydana çıxan həqiqi hipoqalaktiyadan başqa xəstəliyin yalançı forması da mövcuddur. Bu formada qadın inanır ki, uşağa ana südü kifayət etmir. Lakin əslində sekresiya olunan südün miqdarı kifayət qədərdir; uşağın narahatlığı isə doymamaq deyil başqa səbəblərlə bağlıdır.
Hipoqalaktiyanın simptomları
Süd sekresiyası zəifləmiş qadınlarda, adətən, dolma-boşalma hissi əmələ gəlmir; əllədikdə süd vəziləri, demək olar ki, həmişə yumşaq olur. Uşaq daim kafi miqdarda qidalı maddə qəbul etmədikdə o, qidalanmalararası dövrdə narahat olur, ağlayır, çox az yatır və aktiv şəkildə döş axtarmağa davam edir. Qidalanma müddəti, adətən, uzanır; uşağı süd vəzisindən ayırmaq çətin olur; belə cəhdlər etdikdə o, ağlamağa başlayır. Güclü hipoqalaktiya zamanı körpə “boş” süd vəzini əmməkdən tamamilə imtina edə bilər. Qidalanmadan sonra süd vəzindən süd sağmak, demək olar ki, mümkün olmur.
Laktasiyanın basqılanmasından yalnız uşağın davranışları dəyişdikdə deyil, həm də onun inkişafının və həyat fəaliyyətinin bəzi parametrləri pozulduqda da şübhələnmək olar. Kifayət qədər maye qəbul olunmaması sidik əmələgəlmənin azalmasına və sidik ifrazının az olmasına gətirib çıxarır. Uşaq gün ərzində 6-7 dəfədən çox sidiyə çıxmır. Konsentrasiya olunmuş tünd rəngli və kəskin qoxulu sidik xaric olur. Defekasiya nadir hallarda baş verir; nəcisin konsistensiyası bərk olur. Çəki artımı ritmi bərabər deyil; körpənin çəkisi həftəlik ölçmələrdə 125 q-ı aşmır; sutkalıq çəki artımı 15-20 q-dan az olur.
Hipoqalaktiyanın ağırlaşmaları
Uşağı az süd sekresiya edən vəziyə qoyduqda o, daha aktiv əmir və qidalanma müddəti uzanır; bu isə döş giləsi-areola nahiyəsində dərinin qıcıqlanmasına gətirib çıxarır. Hipoqalaktiya nəticəsində dəri asanlıqla masserasiya olunur və döş giləsi çatları meydana çıxır. Oxşar travmalar, immunitetin azalması və xroniki infeksiya ocaqları fonunda allergiyaya meyilli qadınlarda döş giləsi ekzemasının yaranma riski yüksəlir. Uşaq üçün qidalı maddələrin əsas mənbəyi olan ana südünün qeyri-kafi qəbulu yenidoğulmuşların hipotrofiyasının inkişafına gətirib çıxarır. Pozulmuş laktogenezin qeyri-adekvat müalicəsi aqalaktiyanın inkişafını təşviq edir.
Hipoqalaktiyanın diaqnostikası
Hipoqalaktiya zamanı diaqnostika zəifləmiş süd sekresiyasının təsdiqlənməsi, laktasiyanı pozan səbəblərin aşkarlanmasına yönəlmişdir. Sutkalıq laktogenezin səviyyəsinin obyektiv qiymətləndirilməsi məqsədilə körpə qidalanmadan əvvəl və sonra kontrol çəkilir; sonra isə çəki arasındakı fərq sağılmış südün çəkisilə toplanır. Nəticə müxtəlif yaş qruplarına müvafiq qidalanma tələbinin göstəriciləri ilə müqayisə olunur. Süd vəzilərinin sekresiya qabiliyyətinin qiymətləndirilməsi və neyroendokrin tənzimləmənin mümkün pozulmalarını aşkarlamaq üçün pasientə aşağıdakılar təyin olunur:
Hipoqalaktiya laktostaz, yüksək hərəki aktivlik və tükənmə nəticəsində süd sekresiyasının müvəqqəti azalması səbəbindən laktasion kriz və körpənin sürətli inkişafı nəticəsində aclıq krizi ilə differensiasiya olunur. Ehtiyac olduqda pasient endokrinoloq, ginekoloq, cərrah, onkoloq və infeksionist konsultasiyasından keçir.
Hipoqalaktiyanın müalicəsi
Laktogenezin azalması zamanı tibbi taktika süd əmələ gəlməni pozan səbəblərin dəf edilməsinə və süd vəzilərinin sekretor funksiyalarının yüksəlməsinə yönəlir. Hipoqalaktiyanın kompleks müalicəsi farmakoloji preparatlar və instrumental metodların, həmçinin döşlə qidalanma ilə bağlı xüsusi tədbirlərin istifadəsindən ibarətdir. Laktasiyanın bərpa sxemi, adətən, aşağıdakılardan ibarət olur:
Hipoqalaktiyanın səbəbinin dəqiq müəyyənləşdirilməsində əsas xəstəliyin müalicəsi və mümkün ağırlaşmaların korreksiyası məqsədilə antibakterial və hormonal terapiya, immunkorrektorlar, göbələk əleyhinə preparatlar, eubiotiklər təyin olunur; göstərişlərə əsasən absesin yarılması və drenajı və başqa cərrahi müdaxilələr həyata keçirilir. Laktogenezin normallaşdırılmasında kafi yuxu və istirahət, kalorinin artırılması məqsədilə pəhrizin korreksiyası böyük əhəmiyyətə malikdir.
Hipoqalaktiyanın proqnoz və profilaktikası
Adekvat etiopatogenetik terapiya zamanı ikincili hipoqalaktiyanın əksər formaları müalicəyə yaxşı tabe olur. ÜST/ UNİCEF-in tövsiyələrinə əsasən döşlə qidalandırmanın pozulmasının profilaktikasında yanaşı gedən xəstəliklərin vaxtında müalicəsi, hamiləlik və doğuş ağırlaşmalarının qarşısının vaxtında alınması məqsədilə hamilələrin mama-ginekoloq müşahidəsində olması mühümdür. Doğuşdan sonra körpənin erkən döşə qoyulması, ana və uşağın bütün gün ərzində birgə olması, qidalandırma rejiminin tələblərə uyğun təşkili göstərişdir. Laktasiyanın dəstəklənməsində laktasiyada olan ananın rasional qidalanması və gün rejimi, süd vəzi imitatorlarına (əmziklər) qadağa qoyulması və süni qidaların əsaslandırılmış qəbulu mühüm rol oynayır.