Hipoqlikemiya – qanda şəkərin normadan az olmasıdır. Sağlam insanda sutka ərzində qanda şəkər acqarına 3,3-5,5 mmol/l arasında dəyişir. Qanda şəkərin miqdarı 3,3 mmol/l-dən (60 mq %) az olduqda hipoqlikemiya yaranır. O bir neçə səbəbdən yarana bilər:
Bundan başqa hipoqlikemiya qanda şəkərin səviyyəsinin kəskin düşməsindən də yarana bilər. Hiperqlikemiyadan fərqli olaraq hipoqlikemiya qəfildən və çox kəskin şəkildə başlayır.Qanda şəkərin miqdarı tədricən düşərsə o hətta 3 mmol/l-dən aşağı olduqda belə xəstə ozünü yaxşı hiss edir.
Hipoqlikemiya ağır və yüngül ola bilər. Yüngül hipoqlikemiyada xəstə ozü əmələ gələn ağırlaşmanın öhdəsindən gələ bilər. Lakin vaxtında tədbir görmədikdə beyinin fəaliyyətinin pozğunluğu kəskin artır ki, buda huşun itməsi ilə nəticələnən ağır hipoqlikemiyaya gətirib çıxarır.
Yüngül hipoqlikemiyanın simptomları
Bəzi insanlarda hipoqlikemiya zamanı bu əlamətlərdən başqa, xüsusi hisslər də yaranır. Misal üçün, keyləşmə, burunun ucunda, ağızda və üst dodaqlarda arabir sancma ola bilər.Hipoqlikemiyası olan xəstənin rəngi kəskin şəkildə ağara bilər, əhval ruhiyyəsində dəyişkənliklər, birdən-birə yaranan əsəbilik, gərginlik, qəmginlik müşahidə oluna bilər.
Ağır hipoqlikemiyanın əlamətləri:
Hipoqlikemik koma
Əgər qanda şəkərin səviyyəsi çox aşağı göstəricilərə qədər düşərsə, bu mərkəzi
sinir sisteminə çox pis təsir edər. İnsan öz hərəkətlərində durğunluq hiss edər və
huşunu da itirə bilər. Hipoqlikemiya zamanı adamın huşunu tamam itirməsi, və
həyatı vacib orqanların fəaliyyəti (yəni ürəyin fəaliyyəti və tənəffüs) pozulması
hipoqlikemik koma adlanır. Hipoqlikemik koma həyat üçün çox təhlükəlidir
və o azacıq hiss edilərsə təcili tədbir görülməlidir.
Hipoqlikemiyalar bir neçə qrupa bölünür:
Reaktiv hipoqlikemiya.
Qanda qlükozanın səviyyəsinin aşağı enməsi həmçinin karnitinin azlığı ilə də əlaqədar ola bilər.Bu zaman sərbəst yağ turşularının oksidləşməsi pozulur.
Ümumilikdə hipoqlikemiyasını törədən səbəblər bunlardır:
Hipoqlikemiya zamanı yardım
Vəziyyət huşun itməsi ilə nəticələnibsə, onda müalicə belə olacaqdır:
Vena daxilinə 40%-li 60-80 ml qlükozanın tədricən yeridilməsi.
Birinci inyeksiyadan sonra xəstənin huşu özünə gəlmirsə,təkrar olaraq 40-50 ml qlükoza məhlulu vena daxilinə yeridilməlidir, sonra isə xəstəxanaya göndərilməlidir.
https://kayzen.az/blog/daxili-sekresiya/16831/hipoqlikemiya.-hipoqlikemik-sindromlar.html