Hipotireoz – qalxanabənzər vəzin funksiyasının kəskin aşağı düşməsi ilə yaranan xəstəlikdir. Xəstəlik anadangəlmə və ya qazanılmış olur.
Hipotireozu törədən səbəblər:
Hipotireozun əsas əlamətləri:
Xəstələrdə, həmçinin bədən hərarətinin aşağı olması və çəkinin artması (orqanizmdə mayenin durğunluğu nəticəsində) müşahidə olunur. Düyünlü (çoxdüyünlü) ur qalxanabənzər vəzin böyüməsi və müxtəlif düyünlü törəmələrin əmələ gəlməsilə xarakterizə olunan xəstəlikdir. Düyünlü törəmələr iki və daha artıq sayda olduqda isə bu, çoxdüyünlü ur sayılır.
Düyünlü uru törədən səbəblər
Düyünlü ur böyük olduqda boyun nahiyəsində sıxılma hissi, udqunma zamanı çətinlik; boyunun nəzərə çarpan dərəcədə böyüməsi meydana çıxır. Xəstəlik zamanı vəzin funksiyası pozulmaya da bilər.
Qalxanabənzər vəzdə düyünlü törəmələrin aşkar edilməsi:
Həkim boyun nahiyəsini palpasiya (əllərlə ilk müayinə) etdikdən sonra xəstəyə aşağıdakı müayinələri məsləhət görə bilər:
Müalicəsi
Aparılmış müayinələr əsasında həkim bu müalicə taktikalarından birinə qərar verir:
Dinamik müşahidə - qalxanabənzər vəzin funksiyasının mütəmadi olaraq qiymətləndirilməsidir. Qalxanabənzər vəzin funksiyasının pozulmadığı və hormonların faizinin dəyişmədiyi halda həkim dinamik müşahidə taktikasını seçir. Bu zaman müalicə təyin edilmir, lakin vaxtaşırı həkimin qəbulunda olmağın zəruriliyi bildirilir.
Dərmanla müalicəni həkim təyin edir ki, bu da vəzin funksional vəziyyətindən asılıdır.
Cərrahi müdaxilə aşağıdakı hallarda zəruridir:
Cərrah-endokrinoloq xəstə və onun ailə üzvlərilə birgə USM və digər müayinələrin nəticələrini nəzərdən keçirməli, müalicə taktikasını izah etməli, bütün sualları cavablandırmalı, cərrahi müdaxilənin mümkün fəsadlarını müzakirə etməli, cərrah məsləhəti verməlidir.
Cərrahi müdaxiləyə əks-göstəriş (yanaşı gedən digər xəstəliklər, yaşın 70-dən artıq olması, bədxassəli şişlərin gecikmiş forması) olduqda radioaktiv yodla müalicə məsləhət görülür.
Hamilə qadınlarda qalxanabənzər vəzin xəstəlikləri aşkar olunarsa: