Main

KANDİDOZ

Kandidoz – selikli qişaları, əsasən, dərini zədələyən, hətta ağır sepsis verən göbələk xəstəliyidir. Kandidoz, Candida cinsinin maya göbələklərinin törətdiyi xəstəliklərdir. Həkimlər bu mikroorqanizmləri fürsətçi kimi təsnif edirlər. Bu o deməkdir ki, onlar adətən insan orqanizmində heç bir simptom yaratmadan yaşayırlar. Ən çox yayılmış patogenlər Candida albicans və Candida tropicalisdir.

Kandidoz mikrofloranın tarazlığı pozulduqda və Candida göbələklərinin sayı artdıqda inkişaf etməyə başlayır. Bir çox kandidoz halları antibiotik istifadəsi ilə əlaqələndirilir. Dərmanlar yalnız zərərli bakteriyaları deyil, həm də göbələklərin böyüməsinə əngəl olan faydalı bakteriyaları da məhv edə bilir. Kandidoz tez-tez normal mikrofloranın saxlanılmasında mühüm rol oynayan zəifləmiş immun sistemindən qaynaqlanır.

Uşaqlarda kandidoz

Bədəndə yerləşdiyi yerdən asılı olaraq, kandidozun müxtəlif növləri müəyyən edilir. Uşaqlarda kifayət qədər yaygın bir xəstəlik ağız kandidozudur (oral kandidoz). Dildə və ağız boşluğunda ağ örtük əmələ gəlməsi və udma zamanı ağrı ilə müşayiət olunur. Ağız kandidozu təkcə uşaqlarda deyil, həm də yaşlı və immuniteti zəif olan insanlarda (məsələn, xərçəng xəstələri) baş verə bilər. Dəri kandidozu qabıqlarla örtülmüş çəhrayı və ya qəhvəyi ləkələr kimi görünür.

Qadınlarda kandidoz

Bir çox qadın vaginal mukozanın - vulvovaginal kandidoz (pamukcuk) göbələk infeksiyasının təzahürləri ilə tanışdır. Bu xəstəliyin simptomları bol miqdarda ağ rəngli və kəsmiyəbənzər konsistensiyalı, xoşagəlməz qoxulu axıntı, xarici cinsiyyət orqanlarının qaşınması, cinsi əlaqə zamanı ağrı və ya narahatlıqdır. Urogenital kandidoz kişilərdə də baş verir. Bu, cinsi üzvün başında və sünnət dərisində ağ örtünün əmələ gəlməsi, qaşınma və qızartı ilə müşayiət olunur.

Kişilərdə kandidoz

Kişilərdə kandidoz partyor tərəfindən cinsi yolla ötürülən infeksiyalardandır. Buna görə də müalicə partnyorla birlikdə aparılmalıdır. Ancaq, xəstəlik cinsi yolla ötürülən kimi təsnif edilmir. Xəstəliyin inkişafı cinsi əlaqə ilə əlaqəli olmaya bilər. Ancaq qarşılıqlı infeksiya kandidozu dəstəkləyə və sağalmanın qarşısını ala bilər.

Kandidozun digər növləri daha az yaygındır. Bağırsaq kandidozu ishal, meteorizm, qarın ağrısı, nəcisdə ağ pullanma və mukusun görünməsi ilə müşayiət olunur. Mayayabənzər göbələklər ağciyərlərə, qida borusuna, beynin membranlarına, ürək əzələsinə və digər orqanlara da təsir edə bilər. Əgər onlar qana daxil olarsa, təhlükəli kandidal sepsis inkişaf edir. Kandidozun müalicəsi göbələk əleyhinə dərmanların (flukonazol, klotrimazol, mikonazol, izokonazol və s.) sistemli və ya yerli istifadəsindən ibarətdir.

tercume