Keratokonus - buynuz qişanın mərkəzi və mərkəzətrafı nahiyələrinin proqressivləşən nazilməsindən yaranan degenerativ göz xəstəliyidir. Bu zaman buynuz qişa normal sferik deyil, konus formasını alır. Patologiya adətən yeniyetməlik dövründə başlayır, lakin bəzən 30 yaşa qədər insanlarda da rast gəlinir. Keratokonus 25% hallarda irsi xarakter daşıyır. Xəstəlik adətən, bir neçə ilə formalaşır, lakin bəzən sürətlə inkişaf edən növlərə da rast gəlinir.
Keratokonusun yaranma səbəbləri
Çoxsaylı tədqiqatlara baxmayaraq, keratokonusun dəqiq yaranma səbəbi hələ də məlum deyil. Bununla belə, bəzi ehtimallar var, məsələn, mübadilə və endokrin sistem pozuntuları, genetik meyillilik, stess, buynuz qişanın travması, hüceyrə faktorları və ətraf mühitin təsiri, xroniki allergiya, gözləri ovuşdurma və s.
Keratokonusun əlamətlləri
Keratokonusun müayinəsi
Keratokonusu ən müasir müayinə metodu - keratotopoqrafiyadır. Bu, qeyri-invaziv diaqnostik üsul olub, buynuz qişada baş vermiş dəyişiklikləri aşkar edir.
Keratokonusun müalicəsi
Keratokonusun bir sıra müalicə metodları var. Buraya aiddir:
https://hekimtap.az/az/m%C9%99qal%C9%99l%C9%99r/keratokonus-43680