Main

Kişi cinsiyyət orqanı xərçəngi

Kişi cinsiyyət orqanı hüceyrələrində başlayan xərçəngə kişi cinsiyyət orqanı xərçəngi deyilir. Cinsiyyət orqanı xərçəngi hallarının böyük əksəriyyəti (təxminən 95 faizi) skuamoz hüceyrəli karsinomadır. Bu o deməkdir ki, xərçəng cinsiyyət orqanının skuamoz hüceyrələrində başlayır. Skuamoz hüceyrəli cinsiyyət orqanı xərçənglərinin əksəriyyəti sünnət dərisindən və ya kişi cinsiyyət orqanının ucunda (glans) başlayır. Skuamoz hüceyrəli cinsiyyət orqanı xərçəngi adətən yavaş inkişaf edir. Erkən diaqnozla müalicənin müvəffəqiyyət həlli yüksəkdir. Kişi cinsiyyət orqanı xərçənginin digər növlərinə bazal hüceyrəli karsinomalar, sarkomalar, melanomalar və ya uretral karsinomalar daxildir. Nadir xərçəng növlərindən biri olan cinsiyyət orqanı xərçəngi adətən sünnətsiz kişilərdə olur. Bu xərçəng ən çox Afrika, Cənub-Şərqi Asiya və Cənubi Amerikada müşahidə olunur.

Risk faktorları

Kişi cinsiyyət orqanı xərçəngi ilə əlaqəli risk faktorlarına aşağıdakılar daxildir:

  • Sünnət olunmaması: Cinsiyyət orqanının xərçəngi sünnət olunmamış kişilərdə sünnət edilmiş kişilərə nisbətən daha çox rast gəlinir. Yeni doğulan oğlan uşağına edilən sünnət ilə cinsiyyət orqanı xərçəngi riski demək olar ki, tamamilə aradan qaldırıla bilər.
  • Yaş: Cinsiyyət orqanı xərçəngi hallarının əksəriyyəti 50-70 yaş arası kişilərdə, təxminən üçdə biri isə yaşı 50-dən az olan kişilərdə müşahidə olunur.
  • Siqaret - Tütün istifadəsi
  • İnsan papillomavirusu (HPV): HPV 16 və HPV 18 cinsiyyət orqanı xərçəngi ilə əlaqələndirilir.
  • Fimoz: Fimoz kənar pülüyün daralması deməkdir. Bunun nəticəsində cinsiyyət üzvünün başcığının pülükdən xaricə çıxması ya çox çətin olur, ya da mümkün olmur. Bu zaman iltihab prosesin başlanması (hərarətin qalxması, cinsi orqanlarda ağrı, çoxlu miqdarda irinli ifrazat, limfa düyünlərinin böyüməsi) qaçılmaz ola bilər.
  • Sədəf xəstəliyi zamanı ultrabənövşəyi şüa müalicəsi: Psoriaz kimi bəzi dəri xəstəliklərinə tətbiq olunan UV şüa müalicəsi kişi cinsiyyət orqanı xərçəngi riskini artıra bilər.
  • QİÇS (qazanılmış immun çatışmazlığı sindromu)

Əlamətləri

Kişi cinsiyyət orqanı xərçənginin ən çox görülən simptomlarına dərinin rəngində və ya qalınlığında dəyişikliklər, qeyri-adi axıntı, xoralar, ağrı və cinsi orqanının başlığında yaranan şişlik daxildir. Kişi cinsiyyət orqanı xərçənginin simptomları insandan insana dəyişə bilsə də, ümumi simptomlara aşağıdakılar daxildir:

  • Cinsiyyət orqanının dərisində dəyişiklik və başlığında ağrı
  • Ağrılı və ya ağrısız ziyil kimi böyümə və ya lezyon
  • Sağalmayan açıq yara
  • Sünnət dərisi altında qanama
  • Qırmızımtıl döküntü
  • Yastı, mavi-qəhvəyi böyümə
  • Sünnət dərisinin altından davamlı, qoxulu axıntı
  • Xərçəng yayıldıqda qasıqda şişmiş limfa düyünləri

Diaqnozu

Həkim cinsiyyət orqanı xərçəngindən şübhələnirsə, biopsiya təyin edir. Çünki cinsiyyət orqanı xərçənginin qəti diaqnozu biopsiya ilə qoyulur. Biopsiya, kişi cinsiyyət orqanından və ya limfa düyünlərindən bəzi toxumaların çıxarılmasını və laboratoriyada araşdırılmasını əhatə edir.

Görüntüləmə testləri də həkimlərə cinsiyyət orqanı xərçənginin diaqnozu və mərhələlərini təyin etməyə kömək edə bilər. Cinsiyyət orqanı xərçənginin diaqnozu və xərçəngin mərhələsini təyin etmək üçün istifadə edilən bəzi görüntüləmə testlərinə aşağıdakılar daxildir:

  • KT scan (Kompüter tomoqrafiya)
  • MRT (maqnit rezonans görüntüləmə)
  • USM (ultrasəs)

Müalicəsi

Kişi cinsiyyət orqanı xərçənginin müalicə üsulları adətən cərrahi əməliyyat, radioterapiya və kimyaterapiyadan ibarətdir. Bu müalicə üsulları xəstəliyin mərhələsindən, xərçəng növündən və xəstənin ümumi sağlamlıq vəziyyətindən asılı olaraq tək və ya kombinasiya şəklində tətbiq oluna bilər.

  • Cərrahi prosedur: Kişi cinsiyyət orqanı xərçənginin əsas müalicəsi əməliyyatdır. Cərrahi prosedur zamanı şişi və ətrafdakı bəzi sağlam toxumalar (margin) çıxarılır. Əməliyyatın isyiqaməti şişin yerindən, növündən və mərhələsindən asılıdır. Əksər hallarda cərrahi əməliyyatdan sonra cinsiyyət orqanında baş verən hər hansı fiziki dəyişiklik rekonstruktiv cərrahiyyə ilə düzəldilə bilər.
  • Fotodinamik terapiya (PDT): Fotodinamik terapiya xərçəng hüceyrələrini məhv etmək üçün işıqla birlikdə fotosensibilizasiya agentləri adlanan xüsusi dərmanlardan istifadə edir. Dərmanlar yalnız işıqla işə salındıqdan və ya açıldıqdan sonra işləyir.
  • Kriocərrahiyyə: Kriocərrahiyyədə xərçəng hüceyrələrini dondurmaq və məhv etmək üçün maye azotdan istifadə edilir.
  • Radioterapiya: Radioterapiya xərçəng hüceyrələrini məhv etmək üçün yüksək enerjili rentgen şüalarından istifadə edir. Radioterapiyanın üstünlüyü cinsiyyət orqanınn anatomik quruluşunu qoruyub saxlamasıdır. Lakin bu müalicə növünün mənfi cəhəti odur ki, cinsiyyət orqanı xərçəngi radioterapiyaya nisbətən davamlıdır və fistula, ödem, dəri nekrozu və ağrı kimi bir çox fəsadlara səbəb ola bilər.
  • Kimyaterapiya: Kimyaterapiya xərçəng hüceyrələrini öldürmək və ya böyüməsini ləngitmək üçün dərmanların istifadəsidir. Kimyaterapiya cinsiyyət orqanı xərçənginin müalicəsində məhdud rola malikdir: Kimyaterapiya ən çox xərçəng limfa düyünlərinə və digər toxumalara yayıldıqda istifadə olunur. İlkin neoadjuvant kemoterapiya sabit qasıq metastazları olan xəstələrdə rol oynaya bilər, bunun təxminən 50 faizi rezeksiya edilə bilər.

Digər tərəfdən, sünnət və lazer əməliyyatı çox kiçik sünnət dərisi lezyonları üçün müalicəvi ola bilər. Lazer müalicəsi cinsiyyət orqanının qorunması üstünlüyünü təklif etsə də, lazerin nüfuzetmə dərinliyi dayazdır.

https://www.memorial.com.tr/hastaliklar/penis-kanseri-nedir

saytından tercume