Kişi cinsiyyət orqanlarının travmalarının əsas növləri (kəsilmiş, dərisi soyulmuş, deşilmiş); frenulumun yırtılması və qırılması; penisin dislokasiyası, sıxışma, qançırlar; skrotumun müxtəlif xəsarətləri, o cümlədən xayanın burulması da daxil olmaqla cinsiyyət orqanının yaralarıdır.
Səbəbləri
Yaralanmalar müxtəlif yollarla baş verə bilər, lakin əsas olanlar aşağıdakılardır:
1) Məişət zədələnmələri
2) Xəstəliklərin ağırlaşmalarından yaranan zədələnmələr
3) Cinsi travma.
Əlamətləri
Kişi cinsiyyət orqanlarının zədələnməsi zamanı qanaxma səbəbindən cinsiyyət orqanının rəngi mavi və ya hətta qara ola bilər.
Spermatik kordonun və ya xayanın qopması ilə müşayiət olunan ağır zədələr zamanı qan təzyiqinin azalması, dərinin solğunluğu, daxili qanaxma və s. ilə müşayiət olunan və şoka səbəb ola bilən şiddətli ağrılar baş verir.
Kişi cinsiyyət orqanlarının zədələnməsi ağrı, şişkinlik, qanaxma və s. kimi əlamətlərlə müşayət olunur.
Əgər kişidə doğuşdan qısa bir frenulum varsa, cinsi əlaqə zamanı bu yırtıla bilər. Ən çox görülən zədə növü isə penis sıxılmasıdır ki, bu da xüsusilə uşaqlarda rast gəlinir.
Müalicəsi
Kişi cinsiyyət orqanlarının zədələnməsinin diaqnozunu qoyma adətən çətinlik törətmir. Çox vaxt zədələnmələr cərrahi müdaxilə tələb edir. Bəzən xüsusilə mürəkkəb xəsarətlərdə plastik korreksiyaya ehtiyac duyulur. Belə hallara frenulum yırtığı daxildir.
Kişi cinsiyyət orqanlarının zədələnmələrində ilkin yardım kimi steril sarğı tətbiqidir. Bundan dərhal sonra xəstə təcili tibbi yardım üçün xəstəxanaya aparılmalıdır.
tercume