Koronavirus – əsasən ağciyər toxumasını zədələyən virus mənşəli xəstəlikdir. Onun patoqnomik klinik əlamətlərinə tənəffüs çatışmazlığı və respirator distress-sindrom aiddir. Bu təzahürlərlə yanaşı pasiyentlər quru öskürək, qızdırma və halsızlıqdan şikayət edir. Xəstəliyin diaqnostikası bioloji materiallarda törədicinin aşkarlanmasından (molekulyar-genetik metod) və virusa qarşı anticisimlərin təyinindən (İFA) ibarətdir. Müalicə simptomatik yolla aparılır. Çünki etiotrop müalicə üsulları hələlik tərtib olunmamışdır.
Koronavirus haqqında ümumi məlumat
COVID-19 – sürətlə yayılan respirator infeksiyadır. Xəstəlik ilk dəfə 2019-cu ilin dekabr ayında Çin respublikasının Uxan şəhərində qeydə alınmışdır. Virus buradan Qərbi-Şərqi Asiya, Avropa, Cənubi və Şimali Amerika, Rusiya və digər ərazilərə yayılmağa başlamışdır. 2020-ci ilin martında ÜST pandemiya elan etdikdən sonra, əksər ölkələr ciddi karantin rejiminə keçmişdir.
Bu virusa yaşlı nəslin nümayəndələri daha həssasdır. Uşaqlar çox zaman simtomsuz daşıyıcı rolunu oynayır.
Koronavirus infeksiyasının səbəbləri
Xəstəliyin törədicisi – eyniadlı ailənin nümayəndəsi sayılan RNT tərkibli SARS-CoV2 koronavirus hesab olunur. Bu patogen 2019-cu ildə kəşf olunmuşdur. Onun 2 ştammı (L və S) mövcuddur. İnfeksiya mənbəyi xəstə insan və ya gizli daşıyıcıdır. Virus hava-damcı, fekal-oral yolla yoluxur.
Koronavirus infeksiyasının risk amilləri
Risk qrupuna tibb və sosial xidmət sahəsində çalışan şəxslər, eləcə də sistemli qlükokortikosteroid, sitostatik qəbul edən pasiyentlər daxildir. COVID-19 infeksiyasının başlıca risk amilləri aşağıdaklardır:
Koronavirus infeksiyasının patogenezi
Xəstəliyin patogenezi indiyə qədər öyrənilməkdədir. Bir çox alimlərin fikrincə onun patogenezi atipik pnevmoniya ilə oxşardır. Törədici yuxarı tənəffüs yoluna düşdükdən sonra burun və ağız-udlağın epitel hüceyrələrində koloniyalar yaradır. Sonra koronaviruslar alveolositlərin daxilinə keçir. Burada törədicinin replikasiyası baş verir.
Hazır virionlar hüceyrənin xaricində yerləşərək, epitel hüceyrələrinin birləşməsinə, birləşdirici toxumanın formalaşmasına səbəb olur. Bir müddətdən sonra ağciyər toxumasına çoxlu miqdarda zülal və maye hopur, surfaktant sürətli şəkildə parçalanır. Alveolların kollapsı baş verir, qaz mübadiləsi kəskin formada azalır. Bu proseslərlə bərabər T-limfositlərinin səviyyəsi aşağı düşür, iltihabönü sitokinlərin (İL-6, ŞNF-alfa) miqdarı yüksəlir.
Koronavirus infeksiyasının əlamətləri
Xəstəliyin inkubasion dövrü 4-5 sutkadır. Bəzən bu müddət 14 günə qədər uzanır. 81% pasiyentlərdə infeksiya yüngül gedir. Yalnız xəstələrin 5%-də kritik vəziyyət, yəni ölüm halları qeydə alınır. Koronavirus infeksiyası kəskin başlanğıca malik olub, bədən temperaturunun yüksəlməsi (37,5°C-39°C) ilə xarakterizə olunur. İnfeksiyalaşmış insanların 70%-də titrətmə və halsızlıq müşahidə edilir.
Xəstələrin 50%-i quru öskürəkdən şikayətlənir. ⅓ hallarda döş sümüyü arxasında ağrı və bəlğəm əmələ gəlir. Koronaviruslu pasiyentlərin 30%-də təngnəfəslik əlamətləri, hava çatışmazlığı, nəfəs alma və vermə anında güclü səy göstərmə aşkar edilir.
Pasiyentlər əllərini müəyyən bir yerə söykəyib, məcburi vəziyyət alır. Tənəffüs səsli, dəri örtükləri isə göyərmiş olur.
Bəzən koronavirus əlamətləri sulu nəcis ifrazı, qarında ağrı, ürəkbulanma və qusma ilə başlayır. Belə hallarda boğulma 5-8 gündən sonra meydana çıxır. İnfeksiyanın nadir təzahürlərinə boğaz ağrısı, zökəm, iybilmənin pozulması aiddir.
Koronavirus infeksiyasının ağırlaşmaları
Xəstəliyin ən çox rast gəlinən (41%) ağırlaşması respirator distress-sindromdur. 65 yaşdan yuxarı, şəkərli diabet və arterial hipertenziyalı insanlarda onun yaranma ehtimalı daha yüksəkdir. Virusa yoluxanların 17%-də ürək ritmi pozulur, 7%-də – miokard zədələnir, 9%-də infeksion-toksiki şok inkişaf edir. Koronavirus infeksiyasının nadir fəsadlarına kəskin böyrək çatışmazlığı, ketoasidozu misaldır.
Koronavirus infeksiyasının diaqnostikası
İnfeksiyasının diaqnostikası və müalicəsi infeksionist, pulmonoloq və reanimatoloqların birgə iştirakı ilə aparılır. Ehtiyac yarandıqda prosesə digər mütəxəssislər də cəlb edilir. Koronavirus infeksiyasının əsas klinik, laborator və instrumental diaqnostika üsulları aşağıdakılardır:
Koronavirus infeksiyasının differensial diaqnostikası
Xəstəlik respirator infeksiyalarla differensiasiya edilir. Çox zamanlar onlar yalnız laborator üsulların köməyilə fərqləndirilir. Oxşar klinik əlamətlərə qrip, atipik pnevmoniya və respirator-sinsitial virus patologiyalarında da rast gəlinir. Həmçinin bakterial mənşəli pnevmoniya, ağciyərlərin xroniki obstruktiv xəstəliyi, bronxoektaziya tənəffüs çatışmazlığı ilə gedə bilir.
Koronavirus infeksiyasının müalicəsi
Koronavirus infeksiyasının proqnoz və profilaktikası
Xəstəliyin yüngül və orta ağır formalarında proqnoz qənaətbəxşdir. Belə insanların sağalması 2 həftə-1,5 ay sürür, ölüm faizi 2,3-ə bərabərdir.
Virusa qarşı spesifik profilaktika (peyvənd) yoxdur. Qeyri-spesifik profilaktik tədbirlərə əllərin sabun və antiseptiklərlə tez-tez təmizlənməsi, maska taxılması və izolyasiya aiddir.