Kriminal abort, qadının razılığı ilə hamiləliyin süni yolla dayandırılması olub, onun aparılma üsulu və hamiləlik müddətinə görə cinayət məcəlləsi nəzərdə tutulur. Qanunsuz abortun ağırlaşmaları halsızlıq, başgicəllənmə, huşun pozulması, selikli-irinli və qanlı vaginal ifrazat, qarnın aşağı hissəsində ağrı, hipertermiya, artan intoksikasiya və poliorqan çatışmazlığı ilə təzahür edə bilər. Kriminal abort vaginal güzgülərlə aparılan ginekoloji müayinə, bimanual palpasiya, kiçik çanaq orqanlarının USM vasitəsilə aşkarlanır. Ağırlaşmaların müalicəsi üçün antibiotiklər, hemostatiklər, infuzion terapiya, geniş spektrli cərrahi üsullardan istifadə olunur.
Kriminal abort barədə ümumi məlumat
Kriminal (qeyri-leqal, qanunsuz, cinayət) abort qadının özü və ya onun razılığı ilə müvafiq tibbi təhsili olmayan şəxs tərəfindən hamiləliyin dayandırılmasıdır. Bir qayda olaraq, belə müdaxilələr müalicə müəssisələrindən kənarda həyata keçirilir. Mama-ginekoloq tərəfindən ixtisaslaşdırılmış tibb müəssisələrinin hüdudlarından kənarda və ya tibbi və yaxud sosial göstəriş olmadan hestasiyanın 12-ci həftəsindən sonra aparılan abortlar da kriminal sayılır.
Kriminal abortun səbəbləri
Qadınlar tərəfindən hamiləliyin qanunsuz yolla pozulması sosial amillərlə: təhsil və mədəni səviyyə, sosial mənsubiyyət, arzuolunmaz hamiləliklərə cəmiyyətin münasibəti, hüquqi tənzimlənmənin prisipləri ilə əlaqədardır. Kriminal abortların ən geniş yayılmış səbəbləri aşağıdakılardır:
Kriminal abortun patogenezi
Kriminal abortun mexanizmi onun aparılma üsulundan asılıdır. Müxtəlif medikamentlərin (steroid antiprogestagen vasitələr, qadın cinsi hormonlarının sintetik analoqları, uterotonik preparatların) qəbulu embrionun ölümünə, implantasiya proseslərinin pozulmasına, uşaqlıq əzələsinin yığılmasının güclənməsinə və dölün xaric olunmasına səbəb ola bilər. Servikal kanala və uşaqlıq boşluğuna kimyəvi maddələr, müxtəlif əşyaların yeridilməsi döl yumurtasının zədələnməsi hesabına düşüyün stimulyasiyasına yönəldilir. Xüsusi tibbi alətlər vasitəsilə hestasiyanın qanunsuz yolla pozulması döl və onun qişalarının uşaqlığın divarından ayrılmasını təmin edir.
Tibb müəssisələrindən kənarda uşaqlıq yolu və ya uşaqlığa kimyəvi reagentlər, bitki hissəcikləri, müxtəlif əşya və hətta xüsusi alətlərin yeridilməsi zamanı adətən aseptika və antiseptika qaydalarına riayət olunmur. Nəticədə selikli qişaların infeksiyalaşması riski əhəmiyyətli dərəcədə artır. Orqan divarlarının zədələnməsi, uşaqlıq boşluğunda qan laxtaları və döl yumurtasının qalıqlarının yığılaraq, müxtəlif patogen mikroorqanizmlərin inkişafı üçün əlverişli qidalı mühit yaratması vəziyyəti daha da ağırlaşdırır. İnfeksion-iltihabi prosesə əvvəlcə endometrium, sonra isə uşaqlığın digər qişaları, uşaqlıq artımları, çanaq peritonu qoşulur. Adekvat tibbi yardım göstərilmədikdə infeksiyanın generalizasiyası-peritonit və sepsisin inkişafı mümkündür.
Kriminal abortun təsnifatı
Hamiləliyin qanunsuz yolla pozulmasının formalarının sistematizasiyası hamiləliyin müddətindən tutmuş abortun aparılmasında istifadə olunan üsul və vasitələrə kimi bütün çoxsaylı amillərə əsasən tərtib olunur. Bu tip yanaşma müvafiq tibbi riskləri nəzərə almağa və xəstəyə optimal sxem üzrə köməyin göstərilməsinə imkan verir. Mamalıq və ginekologiya sahəsinin mütəxəssisləri kriminal abortun aşağıdakı formalarını qeyd edirlər:
Kriminal abortun əlamətləri
Patoloji vəziyyətin kliniki təzahürləri qanunsuz müdaxilənin aparılma üsulundan asılıdır. Miometriumu stimulə edən hormonal vasitələr və preparatların qəbulu zamanı ürəkbulanma, qusma, başgicəllənmə, baş ağrıları ilə müşayiət olunan zəhərlənmə mümkündür. Toksiki vasitələrin (kinə, çovdar mahmızının) artıq miqdarda istifadə olunması ağır hallara gətirib çıxardır – təzyiq qəfil yüksəlir və ya artır, taxikardiya yaranır, ürəyin fəaliyyəti pozulur, huşun dumanlanması və itməsi qeyd olunur. Bəzi pasiyentlərdə medikamentoz abort fonunda arası kəsilməyən gur uşaqlıq qanaxmaları inkişaf edir.
Hestasiyanın mexaniki üsullarla dayandırılması zamanı 25-40% qadınlarda güclü uşaqlıq qanaxmaları, ümumi vəziyyətin və hemodinamika göstəricilərinin qısa müddət ərzində pisləşməsi izlənilir. Yüksələn hipertermiya, qasıqüstü nahiyədə intensiv ağrı, uşaqlıq yolundan axan seroz-irinli ifrazat infeksiyanın qoşulmasına dəlalət edir. Pasiyentin vəziyyəti nəzərəçarpacaq dərəcədə pisləşir: halsızlıq, tez yorulma, solğunluq, tərləmə, başgicəllənmə meydana çıxır. Ağciyər arteriyasının emboliyası zamanı döş qəfəsində kəskin ağrı, təngnəfəslik, taxikardiya, ölüm qorxusu müşahidə olunur.
Kriminal abortun ağırlaşmaları
Ümumdünya Səhiyyyə Təşkilatı tərəfindən abortlar (xüsusən krimimal abortlar) bir çox ölkələrdə qadınların reproduktiv sağlamlığının qorunmasının ən ciddi problemi hesab olunur. İnkişaf etmiş ölkələrdə ana ölümlərinin 13-60%-i hestasiyanın qanunsuz yolla dayandırılmasının ağırlaşmaları nəticəsində baş verir. 80% hallarda ana ölümü sepsis, 14% hallarda — qanaxma, в 6% hallarda isə peritonitlə bağlı olur. Mexaniki və kimyəvi müdaxilələr zamanı uşaqlıq yolu və uşaqlığın cırılması, uşaqlıq divarı, sidik kisəsi, yoğun və nazik bağırsağın ilgəklərinin deşilməsi, selikli qışanın kimyəvi yanıqları, DDL-sindromu mümkündür. Qanaxma və iltihibai proseslər (kəskin endometrit, salpingit, adneksit) fonunda infeksion-toksiki şok, böyrək və qaraciyər çatışmazlıqlari inkişaf edə bilər.
Kriminal yolla hər zaman istənilən nəticə alınmadığından toksiki təsirlərə məruz qalan döldə inkişaf qüsurları yarana bilər. Ağırlaşmış qanunsuz abortların uzaq nəticələrinə xroniki endometrit, adneksit, kolpit, endoservisit, uşaqlıq boynunun eroziyası, aybaşı tsikilinin pozulması aiddir. Əksər hallarda reproduktiv funksiya pozulur – adəti düşüklər, uşaqlıqdan kənar hamiləlik, fetoplasentar çatışmazlıq, anomal doğuş fəaliyyəti, ciftin kip bitişməsi və digər mamalıq ağırlaşmalarının riski artır. 40-80% hallarda kriminal abort sonsuzluqla nəticələnir. Bəzi qadınlarda abortdan sonra depressiya, suisidal fikirlər, özünü günahkar hiss etmə, seksual pozğunluqlar, psixoaktiv maddələrin istifadəsi ilə müşayiət olunan stress sindromu inkişaf edir.
Kriminal abortun diaqnostikası
Kriminal abortlar zamanı diaqnostik axtarışın məqsədi hamiləliyin dayandırılması faktının təsdiqindən, reproduktiv orqanların vəziyyətinin və dölün xaric olunmasının obyektiv qiymətləndirilməsindən, mümkün zədələnmələrin aşkarlanmasından ibarətdir. Xəstə kriminal abort haqda məlumat vermədikdə aparılan hərtərəfli müayinə onun əlamətlərini aşkar etməyə imkan verir. Adətən müayinə aşağıdakı üsulları özündə birləşdirir:
Kriminal abort faktını təsdiqləmək üçün əlavə olaraq qanın və sidiyin ümumi analizi təyin olunur. Qanın ümumi analizinin nəticələrində əksər hallarda eritrositlərin miqdarının azalması, leykositoz, EÇS-nin artması qeyd olunur. Mütəxəssislər hemostazın xarakterini (fibrinogen, protrombin, aktivləşmiş hissəvi tromboplastin vaxtını) qiymətləndirir, qanın biokimyəvi göstəriciləri (ALT, AST, ümumi zülal, qlükoza, ümumi bilirubin, sidik cövhəri, kreatinin səviyyəsi) müayyən edilir, EKQ aparılır. Ekstragenital ağırlaşmalara əsaslı şübhə yarandıqda qarın boşluğu orqanlarının USM, ağciyərlərin rentgenoqrafiyası, döş qəfəsi orqanlarının KT icra edilir. Kriminal abort hamiləliyin pozulması riski, ektopik hamiləlik, kəskin appendisit, beçəxor, plasentar poliplə differensiasiya olunur. Göstərişlərə əsasən infeksionist, uroloq, cərrah, nefroloq, hematoloq, angiocərrahın konsultasiyası təyin olunur.
Kriminal abortun müalicəsi
Hamiləliyin qanunsuz yolla pozulması zamanı xəstə təcili surətdə hospitalizasiya olunmalıdır. Həkim taktikası yaranmış ağırlaşmaların aradan qaldırılmasına yönəldilir. Terapevtik tədbirlər uşaqlıq və qarındaxili qanaxmalar, reproduktiv orqanların iltihabi xəstəlikləri, septiki vəziyyət, peritonit, emboliyanın müalicə protokollarına əsasən həyata keçirilir. Kriminal abortun ağırlaşmalarının konservativ terapiyası aşağıdakı qrup prepartların təyinindən ibarətdir:
Kriminal abortun proqnoz və profilaktikası
Qadın kriminal abortun törətdiyi fəsadlarla nə qədər gec həkimə müraciət edirsə, proqnoz bir o qədər ağır olur. Hestasiyanın mexaniki yolla dayandırılması zamanı ağır pozğunluqların yaranması və ana ölümünün ehtimalı daha yüksək olur.
Profilaktik tədbirlərə kontrasepsiyanın fəal təbliğatının məktəb illərindən aparılması, risk qrupuna daxil olan qadınların kriminal müdaxilələrin təhlükəliliyi barədə maarifləndirilməsi, qadınların marağını nəzərə alaraq doğuş məsələlərinin qanunvericiliklə tənzimlənməsi, arzuolunmaz hamiləlik zamanı pasiyentlərin mama-ginekoloqun köməyi ilə təmin olunması aiddir.