Kubital tunel sindromu, ulnar sinirin dirsəyi keçdiyi yerdə sıxılması nəticəsində yaranan narahatlıqdır. Ulnar sinir onurğamızdan çıxır, əllərimizdəki bəzi əzələləri aktivləşdirir, çeçələ və adsız barmağımızda hissiyatı təmin edir. Sinir qol boyu aşağı düşdükdən sonra dirsəkdə medial epikondil adlanan çıxıntılı bir bölgədə ön tərəfə keçir. Bu nöqtə səthə çox yaxındır. Bu bölgəyə ani bir toxunuşla, tez-tez ulnar sinirin müvəqqəti qıcıqlanmasına rast gələ bilərsiniz. Ağrıya səbəb ola bilər və ya əlinizdə iynələnmə hissinə səbəb ola bilər.
Kubital tunel sindromu simptomları
Kubital Tunel Sindromunun Səbəbləri
Kubital tunel sindromunun səbəbləri çoxdur, lakin həmişə ulnar sinirin sıxışması və ya qıcıqlanması səbəb olur. Yaşlandıqca sinirlərimiz daha həssas olur. Araşdırmalara əsasən tez-tez görülən qıcıqlanmanın səbəbi müəyyən bir fəaliyyətdən asılıdır. Bunlara nümunələr:
Kubital Tunel Sindromunun Müalicəsi
Kubital tunel sindromunun müalicəsində fizioterapiya və reabilitasiya önəmli yer tutur. Müalicəvi idmanda olunan gərmə və gücləndirmə hərəkətləri ilə birlikdə tətbiq olunan fizioteapiya müalicə üsulları simptomatik ağrıları azaltmağa və günlük yaşam aktivliyinizə davam etməyə köməkçi olacaqdır.