Main

Limfadenit

Limfadenit adından da göründüyü kimi limfa düyünləri ilə əlaqəli olub, hazırda dünyada çox geniş yayılmış, daha çox uşaq, yeniyetmə və gənclərdə rast gəlinən xəstəlikdir. Xəstəliyin kökündə limfatik sistemin infeksion iltihabi zədələnməsi durur.

Əhali arasında limfaların şişməsi çox yayılsa da, bəzən bu xəstəlik öz-özünə keçib getdiyindən həkimə müraciətlər az olur.

Limfadenitin 2 növü var:

  • Kataral
  • irinli.

Kataral forma sadəcə limfa düyünü böyüməsidir, irinli forma isə onun irinlə dolmasıdır. Məhz irinli forma xəstə üçün ağır nəticələnir.

Adətən bu xəstəliyi ikincili hesab edirlər. Əvvəlcə orqanizmdə hər hansı orqan və sistemdə infeksion – iltihabi ocaq olur, ordan virus və bakteriyalar limfa düyünlərinə düşür. Ona görə həkimlər hansı nahiyədə limfa düyünləri şişibsə, o nahiyələrdə iltihab izi axtarır. Limfalar daha çox boyun, çənə, qasıq, qolaltı nahiyədə şişir. Xəstəliyin törədicisi streptokokk və ya stafilakokk olur.

Əlamətləri

  • Düyün və ətrafının şişməsi
  • Ağrı
  • Halsızlıq, yorğunluq
  • Qızdırma və s.

Müalicəsi

Limfadenitin müalicəsində antibiotiklər, immun sistemini gücləndirən dərmanlar, iltihab əleyhinə olan dərman vasitələrindən istifadə olunur. Bəzən şiş böyük olduqca cərrahi müdaxiləyə ehtiyac duyula bilər. bu zaman cərrahi müdaxilə ilə irin boşaldılır. Limfa düyünlərini sıxmaq, yandırıcı, isidici mazlar çəkmək, bağlamaq olmaz. Müalicə məqsədilə bol maye qəbul edilməlidir.

https://doktorinfo.az/limfa-duyunlerinin-mualicesi-1537

https://www.medicina.az/xestelikler/limfadenit-limfa-duyunlerinin-usyani-sebebler-elametler-mualice/