Menyer xəstəliyi – eşitmənin pozulmasi və başgicəllənmə tutmalari ilə muşayət olunan daxili qulagin qeyri iltihabi xəstəliyidir. Xəstəliyin əmələ gəlmə səbəbləri bilinməsə də bunun labirint mayesinin artmasi (endolimfa) və hidropsu ilə əlaqələndirilir.
Həmin maye bədənin fəzada oriyentasiyasını və müvazinətin qorunmasını tənzimləyən hüceyrələrə təzyiq göstərir. Bu xəstəlik ilk dəfə fransız həkimi Prosper Menyer tərəfindən araşdırılıb. Nadir xəstəliklər sırasına aid edilir və müxtəlif müəlliflərin qiymətləndirməsinə görə xəstələnənlərin sayı əhalinin hər 100 min nəfərinə 20-200 nəfər arasında dəyişir. Çox vaxt səhvən, qayıdan başgicəllənmə hallarında Menyer xəstəliyi diaqnozu qoyulur.
Xəstəliyin səbəbləri
Səbəblər tam öyrənilməsə də, çox vaxt aşağıdakı səbəblər göstərilir:
Xəstəliyin simptomları
Adətən Menyer xəstəliyinin gedişini əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil. Belə ki, xəstəliyin simptomları arta, yaxud nisbətən azala və ya dəyişməz qala bilər.
Menyer xəstəliyindən əziyyət çəkənlərdə vaxt keçdikcə başqa əlamətlər də ortaya çıxa bilər. Başgicəllənmə tutmaları müntəzəm olaraq ağırlaşa və arta bilər ki, nəticədə xəstə əmək qabiliyyətini itirir, avtomobili normal sürə və başqa fiziki işlə məşğul ola bilmir. Xəstələr məcburən evdə oturmalı olurlar. Eşitmə pozğunluğu daimi hal alır, bəzi xəstələrdə zədələnmiş qulaqda karlıq yarana bilir. Tinnitus əlamətləri də vaxt keçdikcə arta bilir. Həmçinin, patoloji prosesin bir qulaqdan digərinə keçməsi də mümkündür ki, bu halda tam karlıq da yarana bilər.
Xəstəliyin müalicəsi
Menyer xəstəliyinin tam müalicəsi mümkün olmasa da, müalicə ilə xəstəliyin əlamətlərini yüngülləşirmək və tezliyini azaltmaq mümkündür. Xəstəliyin ağırlaşma hallarında dərman müalicəsi qəfil başgicəllənmə təzahürlərini aradan qaldırmaqla ürəkbulanma və qusmanı dayandırır.
Təəssüf ki, xəstəliyin müalicəsi eşitmə dərəcəsinin müntəzəm azalmasını aradan qaldırmır.
Müalicə, əsasən tutmaların azalmasına və onların ağırlıq dərəcəsinin azalmasına yönəlməklə, aşağıdakıları da əhatə edir:
Xəstəliyin profilaktikası
Bir çox hallarda Menyer xəstəliyinin profilaktikası mümkün deyil. Lakin bəzi hallarda Menyer xəstəliyi kəllə-beyin travmasının nəticəsi olduğuna görə, velosiped və motosikletlə hərəkət edərkən, idmanla məşğul olarkən şlem taxmaq məsləhət görülür.
https://www.medicina.az/ox-insanin-eziyyet-cekdiyi-xestelik-menyer-sindromu