Miqren, daha çox birtərəfli və şiddətli başağrıları olub, ürəkbulanma-qusma, səsə və işığa həssaslıq əlamətləri ilə müşayiət olunan ciddi bir xəstəlik hesab edilir. Miqren ağrısının dözülməzdir, həyat keyfiyyətini aşağı salır və ağrılar saatlar hətta günlərlə davam edə bilir. Hər 4 qadından biri miqrendən əziyyət çəkir. Bu ağrılara səbəb üçlü sinir ucluqlarının qıcıqlanması, iltihab mediatorların qanda artması, bədənimizi idarə edən vegetativ sinir sistemindəki dəyişikliklərdir. Əsasən, boyun bölgəsində yerləşmiş olan vegetativ sinir sisteminə bağlı nasazlıqların aradan qaldırıldıqda miqren ağrılarının azalması qeyd olunmaqdadır. Buna görə miqreni meydana gətirən əsas səbəb anadan olarkən yaşanmış boyun travması və ya sonradan qazandığımız doğru düzgün xatırlamadığımız bir yol qəzası, yüksəkdən düşmə ya da zərbəyə bağlı bir boyun travması ola bilər. Boyun və kürək bölgəmizdəki əzələlərin qeyri-düzgün istifadəsinə bağlı olaraq zamanla zədələnməsi müəyyən bir müddət sonra qarşımıza başağrısı olaraq çıxmaqdadır. Miqren ağrılarını artıran və azaldan faktorlar vardır.
Miqren ağrılarını artıran səbəblər:
Bəzi xəstələr miqren ağrısını artıran faktorları çox dəqiq saysalar da, bu hal bütün miqren xəstələrinə aid edilməyə bilər.
Ümumi olaraq miqren ağrısını provokasiya edən səbəblər aşağıdakılardır:
Miqren ağrısına səbəb olan faktorlar heç də həmişə miqrenin səbəbi deyil, miqrenə səbəb olan amillərdən qaçmaq isə miqrenin qarşısını almır. Hər kəsdə miqren ağrısını provokasiya edən faktorlar fərqlidir.
Miqrenin əlamətləri
Miqrenin əlamətləri başın bir tərəfinə: daha çox gicgah, ənsə və gözə yayılan ağrılar olub, boyun əzələlərinin spazmı və yanaşı olaraq ürəkbulanma, qusma, səsə və işığa həssaslıq aid edilə bilər. Qusmadan sonra bir çox xəstələrdə başağrılarının azalması miqrenə xarakterik göstəricidir Miqren öncəsi əlamətlər: göz önünüdə rəngli işıqlar, qara kölgə, müxtəlif qoxular, əllərdə və ya üzdə uyuşma, qarışqa gəzmə hissinin olması "aura" adlanır və bir çox xəstə bu əlamətlər meydana gəlməyə başladığında müəyyən bir müddət sonra miqren ağrısının meydana gələcəyini deyir. Hər miqren ağrısı eyni olmasa da, miqren tipik simptomlarını aşağıdakı kimi göstərə bilərik:
Auralı miqren
Bir çox xəstə baş ağrısı başlamazdan əvvəl və ya "aura" adlı baş ağrısı zamanı bəzi xəbərdarlıq əlamətləri təsvir edir. Auralar aşağıdakılardır:
Miqren baş ağrısı olan bir çox insan bu simptomlar birüzə etməyə başladığında baş ağrısı başlayacağını bilirlər.
Miqrenin müalicəsi
Əgər migren müalicəsində ümumiyyətlə, istifadə edilən müalicə metodlarını göstərsəydik:
Bütün bu müalicələrdən başqa istifadə üsulları da vardır. Ancaq bu müalicələr və digər bütün üsullar yalnız ağrını kəsməyə istiqamətli yanaşmalar olduğu və ağrının əsl səbəbini ortadan qaldırmadıqları üçün müəyyən bir müddət təsirli olmaqda, qalıcı bir nəticə meydana gətirə bilməməkdədirlər.
Miqren müalicəsində "Osteopatiya", miqren ağrısının səbəbini ortadan qaldıraraq müalicə edən və qalıcı nəticə ala biləcəyiniz bir müalicə üsuludur.
Həyatımızı əhəmiyyətli dərəcədə təsir edən miqren ağrılarının müalicəsi mümkündür. Bunun üçün əvvəlcə xəstənin anamnezi yaxşı bir şəkildə araşdırılmalıdır. Bəlkə də illər əvvəl keçirilən bir yol qəzası, ya da boyuna alınan zərbə ya da xəstənin davamlı olaraq kondisionerə məruz qalması miqren hücumlarına səbəb olmaqdadır. Bunun yanında ediləcək fiziki müayinə ilə birlikdə adamın kürək və boyun əzələləri ilə boyun oynaqları və bağlarındaki gərginlik təsbit edilərək buna istiqamətli müalicə tətbiq olunur. Boyun bölgəsinə tətbiq olunan osteopatiya ilə birlikdə miqren ağrısı böyük nisbətdə bir neçə seansda keçməkdədir.
Osteopatiya ilə boyun və kürək bölgəsindəki qeyri-sabitlik, oynaq və bağlardaki disfunksiya müalicə edildiyi üçün miqren ağrısının əsl səbəbi ortadan qaldırılmış olur. Beləcə xəstələrdə uzunmüddətli müalicə əldə edilir. İlk seansdan sonra belə xəstələr ağrılarının yüngülləşdiyini, miqren hücumlarının müddəti və sıxlığının azaldığını qeyd edirlər.