Main

Multipl (çoxsaylı) Miyeloma

Multipl (çoxsaylı) miyeloma immun sistemimizin plazma hüceyrələrinə təsir edən bir xərçəng növüdür. Xərçəngə çevrilən plazma hüceyrələri plazmasitoma adlı bir şiş əmələ gətirir. Bu şişlər adətən sümükdə, nadir hallarda isə digər toxumalarda olur. Bir insanda tək plazma hüceyrəli şiş görülürsə, bu xəstəliyə təcrid olunmuş plazmasitoma deyilir. Əgər şişlər birdən çoxdursa, xəstəliyə multipl (çoxlu) miyeloma adlanır.

Multipl (çoxsaylı) miyelomanın səbəbləri

Xərçəngə tutulma şansını artıran faktorlara risk faktorları deyilir. Bəzi xərçəng növlərinin səbəbləri və risk faktorları dəqiq müəyyən edilmişdir (məsələn, ağciyər xərçəngi üçün siqaret, dəri xərçəngi üçün günəşin UV şüaları). Bəzi xərçəng növlərinin isə tək və ya aydın səbəbini müəyyən etmək hələ də çətindir. Bəzi risk faktorları olmasına baxmayaraq, multipl miyeloma xərçənginin meydana gəlmə səbəbi hələ də dəqiq bilinmir.

Multipl miyeloma üçün düşünülən amillər:

  • Genetik faktorlar
  • Müəyyən edilməmiş əhəmiyyətə malik monoklonal qammopatiyanın yayılması
  • Peşə şəraiti
  • Yaş
  • Irq
  • Cins

Bu mövzuda aparılan bəzi araşdırmalar zamanı xəstəliyin, immunitet sisteminin zəifləməsi, bəzi peşələr və müəyyən kimyəvi maddələrə və radiasiyaya məruz qalması ilə əlaqəli ola biləcəyini müəyyən edilmişdir. Məsələn, kənd təsərrüfatına aid olan peşələrdə çalışalar, neft sənayesi və dəri sənayesi işçiləri, kosmetoloqlar Multipl Miyelomaya daha çox meyllidirlər. Ancaq bu o demək deyil ki, bu sektorlarda çalışan hər kəs mütləq multipl xərçəngə yoluxacaq. Araşdırmalar zamanı müəyyən edilmişdir ki, multipl (çoxlu) miyelomla xəstələnən xəstələrin əksəriyyətində bu risk faktorlarından heç birinə rast gəlinməyib.

Multipl miyeloma səbəb ola biləcək ən mühüm risk faktoru yaş amilidir. Xəstəliyin 96%-i 45 yaşdan yuxarı şəxslərdə, 63%-dən çoxu isə 65 yaşdan yuxarı şəxslərdə müşahidə olunmuşdur.

Xromosom sayı və ya strukturunda anomaliyaların da multipl miyeloma ilə əlaqəli olduğu bilinir.

Multpl Miyelomanın əlamətləri

Multipl miyeloma heç bir simptom olmadan da irəliləyə bilər. Xəstəliyin simptomları insandan insana dəyişir. Multipl miyelomanın simptomları aşağıdakı kimi sıralana bilər:

  • Sümük ağrısı (adətən arxa və qabırğalarda)
  • Sümük sınıqları (adətən onurğada)
  • Özünü ləng və çox yorğun hiss etmə
  • Hədsiz susama hissi
  • Tez-tez infeksiyaların olması
  • Qızdırma
  • İştahsızlıq
  • Çəki itirmək
  • Ürəkbulanma
  • Qəbizlik
  • Tez-tez sidiyə çıxma

Multipl Miyelomanın diaqnozu

Multipl (çoxlu) miyeloma bəzən müntəzəm qan testi ilə diaqnoz edilə bilər. Sümük sınığı üçün çəkilən rentgendən sonra həkimlər çox vaxt multipl miyelomadan şübhələnirlər. Çox vaxt xəstələr başqa simptomlar olduğu üçün həkimə müraciət edirlər. Bu cür problemlərin multipl miyeloma və ya digər şərtlərdən qaynaqlandığını öyrənmək üçün genetik və fiziki müayinədən sonra aşağıdakı testləri təyin edilir:

  • Qan testləri: Laboratoriyada bəzi qan testləri aparılır.
  • Multipl miyeloma qanda yüksək miqdarda zülallara səbəb olur. Laboratoriya testi M proteini və digər immunoqlobulinlər (antikorlar), albumin və beta-2-mikroqlobulin də daxil olmaqla bir çox müxtəlif zülalların səviyyələrini yoxlayır.
  • Miyeloma anemiyaya, ağ qan hüceyrələrinin və trombositlərin aşağı səviyyəsinə səbəb ola bilər. Laboratoriyada ağ qan hüceyrələrinin, qırmızı qan hüceyrələrinin və trombositlərin sayını ölçmək üçün tam qan sayı aparılır.
  • Laboratoriya kalsiumun yüksək olub olmadığını da yoxlayır.
  • Böyrəklərin yaxşı işlədiyini anlamaq üçün kreatinin ölçülür.
  • Sidik testləri: M zülalının bir növü olan Bence Jones proteini sidikdə təsbit edilir. Bence Jones proteininin miqdarı 24 saatlıq sidikdə ölçülür. Əgər sidik nümunənizdə yüksək səviyyədə Bence Jones proteini aşkar edilərsə, həkiminiz böyrəklərinizə nəzarət edəcək. Bence Jones zülalı böyrəkləri bağlaya və zərər verə bilər.
  • X-ray: Sümüklərin qırıq və ya zəiflədiyini yoxlamaq üçün rentgen çəkilə bilər. Miyelomun neçə sümüyü zədələdiyini görmək üçün bütün bədəninizin rentgenoqrafiyası aparıla bilər.
  • Biopsiya: Həkiminiz xərçəng hüceyrələrini axtarmaq üçün toxuma nümunəsi götürür. Sümük iliyində miyelom hüceyrələrinin olub olmadığını bilməyin yeganə qəti yolu biopsiyadır. Nümunə götürülməzdən əvvəl bölgəni uyuşdurmaq üçün lokal anesteziya tətbiq olunur. Bu ağrıları azaltmağa kömək edir. Həkiminiz omba sümüyünüzdən və ya başqa bir böyük sümükdən bəzi sümük iliyini çıxarır. Patoloq mikroskopdan istifadə edərək toxumada miyelom hüceyrələrini araşdırır.

Həkiminizin sümük iliyi əldə etməsinin iki yolu var. Bəzi insanlar eyni seansda hər iki prosedurdan keçirlər:

  • Sümük iliyinin aspirasiyası: Həkim sümük iliyi nümunəsi almaq üçün qalın, içi boş iynədən istifadə edir.
  • Sümük iliyinin biopsiyası: Həkim kiçik bir sümük və sümük iliyini çıxarmaq üçün daha qalın, içi boş iynədən istifadə edir.

Multipl Miyelomanın müalicə üsulları

Əgər sizdə multipl (çoxsaylı) miyeloma varsa və heç bir əlamət yoxdursa, müalicəyə başlamazdan əvvəl həkiminiz xəstəliyin gedişatını yaxından izləyəcək. Xəstəliyin gedişi mütəmadi olaraq qan və sidik analizləri ilə izlənilir və müalicə prosesinə qərar verilir.

Xəstənin ağrısını aradan qaldırmağa, ağırlaşmaları azaltmağa və xəstəliyin gedişatını yavaşlatmağa kömək edən müalicələr vardır. Bu müalicələr xəstəliyin irəliləməsi halında da istifadə olunur. Multipl miyeloma müalicəsində geniş istifadə olunan müalicə seçimlərinə aşağıdakılar daxildir:

  • Məqsədli terapiya: Multipl miyelomun müalicəsində istifadə edilən hədəfli terapiya ilə xəstəyə venadaxili və ya həb şəklində verilən dərmanlarla miyelom hüceyrələrindəki zülalları məhv edərək xərçəng hüceyrələri öldürülür.
  • Kimyaterapiya: venadaxili və ya həb şəklində verilən kemoterapi adətən kök hüceyrə nəqlindən əvvəl yüksək dozalarda verilir. Kimyaterapiya, aqressiv dərman müalicəsi, miyeloma və digər sürətlə böyüyən hüceyrələri məhv edir.
  • Kortikosteroidlər: İmmunitet sistemini tarazlaşdırmaq və bədəndəki iltihabı azaltmaqla miyelom hüceyrələrini müalicə etmək üçün həb şəklində və ya venadaxili olaraq verilən bir müalicə növüdür.
  • Radiasiya terapiyası: Güclü radiasiya enerjisi və şüaları miyeloma hüceyrələrinin böyüməsini dayandırmaq, onları kiçildmək və məhv etmək üçün istifadə olunur.
  • Otoloji sümük iliyi transplantasiyası: Xəstə olan sümük iliyi müalicə olunduqdan sonra xəstədən kök hüceyrələr alınır, daha sonra yüksək dozada kemoterapi verilir və toplanan kök hüceyrələr xəstəyə qaytarılır. Beləliklə, kök hüceyrələr bədəninizə daxil ola bilər, burada onlar sümüklərə köçür və sümük iliyini bərpa etməyə başlayırlar.

https://www.memorial.com.tr/hastaliklar/multipl-miyelom-nedir

https://www.drozdogan.com/multipl-miyelom-nedir-belirtileri-nelerdir-nasil-tedavi-edilir/

saytlarindan tercume