Nevroz, insanın sosial həyata uyğunlaşma cəhdləri nəticəsində yaranan ciddi və ya qalıcı davranış pozuntusudur. Bu, çətin həyat şəraitindən, şüursuz şəkildə edilən münaqişələri həll etmək üçün uğursuz cəhdlərdən yaranır. Nevroz xəstəliyi anatomik və ya fiziki səbəblərdən qaynaqlanmır, amma çox ciddi bir xəstəlikdir. Ziddiyyətlərə uyğunlaşa bilməmək gərginlik və narahatlığa səbəb olur. Nevrozun səbəbi dəqiq məlum deyil. Bu xəstəlik müxtəlif vəziyyətlərdə özünü göstərir. Nevrotik reaksiyalardan ibarət olan nevroz xəstəliyi heç bir səbəb olmadığı halda fiziki şikayətlərə səbəb olur.
Nevrozun əlamətləri
Nevroz xəstəliyinin əlamətləri müxtəlif şəraitdə müşahidə olunur. Çox vaxt yaşanan emosiyalar həddindən artıq olur. Yuxusuzluq və yorğunluq yaşanır. Nevroz xəstəliyi olan insanlarda tez-tez çarəsizlik hissi də görülür. Həmçinin, artıq dərəcədə olan günahkarlıq hissi də simptomlar arasındadır.
Nevroz panik ataklara, oblussiv pozulmalara, təkrarlanan vərdişlərə, qorxulara, müxtəlif bədən ağrılarına, daimi narahatlıq hissinə səbəb olur.
Nevroz xəstəliyinin növləri
Fərqli səbəblərə görə meydana gələn Nevroz xəstəliyinin bir neçə növü var. Bunlara misal olaraq:
Anksiyete nevrozu: Anksiyete nevrozu olan şəxslərin yaşadıqları davamlı narahatlıq, fiziki reaksiyalarla özünü göstərir. Misal üçün: döş qəfəsində sıxılma, həddində artıq tərləmə, tənəffüs çətinliyi, ürək döyüntüsü.
Histerik nevroz: Histerik nevroz keçirən xəstələr fiziki olaraq hərəkət etməkdə çətinlik çəkirlər. Heç bir şey olmadığı halda əllərini və ayaqlarını tərpədə, yeriyə bilmədiklərindən şikayətlənirlər.
Fobik nevroz: Fobik nevrozlu şəxslər gündəlik həyatlarında həddindən artıq qorxu yaşayırlar. Əslində heç bir təhlükəli vəziyyət olmasa da, hər zaman təhlükə hiss edir və bu vəziyyətə reaksiya verirlər.
Depressiv nevroz: Depressiv nevrozdan əziyyət çəkən insanlar həyatdan tamamilə qopmuş kimi davranırlar. Danışmaq, yemək yemək, hətta nəfəs almaq da onlar üçün lazımsız hərəkətlərə çevrilir. Adətən depressiv nevroz keçirən xəstələrin əksəriyyəti yaşamaq iradəsini itirir.
Obsesif-kompulsiv nevroz: Osesif-kompulsiv nevrozlu şəxslərin beynindəki şişirdilmiş fikirlər daim təkrarlanır. Gələcəklə bağlı bədbin olmanın təsiri ilə beyindəki pis fikirlərlə mübarizə aparırlar.
Nevrozun müalicəsi
Hər hansı bir psixoanalitik müalicənin məqsədi beynin daha yaxşı işləməsinə kömək etməkdir. Bədən yönümlü müalicələr nevrozların müalicəsində yalnız köməkçi rol oynaya bilər. Klassik psixoanaliz müalicəsində bastırılmış düşüncə və ya hadisə üzə çıxarılmağa çalışılır. Beləliklə, nevroz insana ya bastırılmış arzunu tamamilə riskə atmağa, ya da istəyi yüksəltməyə və ya rədd etməyə imkan verir.