Main

Öd kisəsi xərçəngi

Öd kisəsi xərçəngi rast gəlmə tezliyinə görə mədə-bağırsaq sistemi orqanlarının xərçəngləri arasında 5-6 -cı yeri tutur. Amerikada il ərzində öd kisəsi xərçəngindən 2500 nəfər dünyasını dəyişir. Öd kisəsinin xərçəngi qadınlarda kişilərə nisbətən 2 dəfə çox rast gəlinir. Xəstəlik əsasən 60 yaş və üstü olan insanlarda rast gəlinir. Öd kisəsi xərçəngi diaqnozu ilə əməliyyat olunmuş insanların 80%-də öd kisəsi daşları qeyd olunur. 3 sm və böyük daşlar xərçəng əmələ gəlmə riskini daha çox artırır. Öd kisəsinin xərçəngi ilə xəstələnmiş insanlar əsasən həkimə gecikmiş mərhələdə müraciət edirlər. Gecikmiş mərhələdə icra olunan əməliyyatlardan sonra 5 illik yaşam göstəricisi 5-12%-i keçmir.

Səbəbləri, əlamətləri, diaqnostikası

Xəstələrin gec mərhələdə gəlməsinə səbəb xəstəliyin əlamətsiz başlamasıdır. Əlamətlər artıq 2-3-cü mərhələdə başladığından, xəstələr də əsasən həmin mərhələlərdə müraciət etmiş olurlar. Xəstələr sağ qabırğa altında olan ağrı, ağrının epiqastral nahiyyəyə, kürəkarasına vurma, ağırlıq hissi, ağızda acı dad olması, köp, iştahsızlıq, sarılıq, sidiyin rənginin tündləşməsi kimi şikayətlərlə müraciət edirlər. Çox gecikmiş mərhələdə (4-cü mərhələ) icra edilən əməliyyatlar palliativ xarakterli (xəstəyə müvəqqəti kömək etmək məqsədilə) icra edilir. Gecikmiş mərhələdə artıq prosses kontakt yolla qaraciyərə, öd yollarına, ətraf orqanlar və toxumalara, həmçinin limfogen yolla yayılmış olur. Bu mərhələdə bəzən əməliyyatın icra edilməsi belə mümkünsüz olur. Bu hallar yaşanmasın deyə, səhiyyə sosial proqramları hər bir kəsin il ərzində ən azı 1 dəfə də olsun qarın boşluğunun USM-i olunması tövsiyyə edir.

Müalicəsi

Cərrahiyyə öd kisəsi xərçəngi olan bir xəstəni sağalda bilən yeganə müalicə üsuludur. Yalnız öd kisəsi təsirlənirsə, çıxarılır.

Əgər şiş ətrafdakı toxumalara, o cümlədən qaraciyərə və limfa düyünlərinə bir qədər yayılıbsa, bəzi xəstələrdə cərrahi müdaxilə də mümkün ola bilər.

Radiasiya və kemoterapi kimi digər müalicə üsulları öd kisəsi xərçəngi üçün təsirli deyil.

https://hekimtap.az/az/m%C9%99qal%C9%99l%C9%99r/%C3%B6d-kis%C9%99si-x%C9%99r%C3%A7%C9%99ngi-4681

tercume