Orqanizmdə askorbin turşusunun həddindən çox çatışmazlığı sinqa xəstəliyinin meydana çıxmasına səbəb olur. C vitaminini azlığı uşaqlarda immunitetin zəif olmasına səbəb ola bilər. Böyüklər üçün isə C vitamini daha vacib elementlərdən sayılır. Çünki C vitamini estrogenlərin, kontraseptivlərin mübadiləsində iştirak edir və hipertrioz, alkoholizm zamanı orqanizmdən toksiki əlamətləri aradan qaldırır. Askorbin turuşusu karbohidrat-turşu mübadiləsində istirak edir, əzələ və sümüklərin funksiyasının normallaşmasına yardım edir. Askorbin turşusunun qığırdaq toxumasının və dəri toxumalarının inkişafına faydası var. Vitamin C böyrəküstü vəz olmaqla bütün orqanların fəaliyyətinə müsbət təsir göstərir.
C vitaminin çatışmazlığının əlamətləri
C vitamini çatışmazlığının səbəb olduğu xəstəlik sinqa xəstəliyidir. Xəstəlik özünü aşağıdakı əlamətlərlə biruzə verir:
Bunlardan başqa xəstənin aşağı ətraflarında hemoratik qansızmalar baş verir, bədənin temperaturu aşağı düşür. Xəstəlik vaxtında müalicə olunmazsa, aşağı ətraflarda yaralar meydana çıxır və yaralar infeksiyalaşır.
C vitaminin çatışmazlığının diaqnozu və müalicəsi
Xəstəliyə diaqnoz qoymaq üçün sidiyin və qanın ümumi analizləri verilir. Vitamin C çatışmazlığı zamanı sidikdə C vitamini elementlərinin, orqanizmdən xaric olunması müəyyən edilir.
Müalicə həkim tərəfindən təyin edilir. Xəstəyə sutkada nə qədər vitamin C vurulacağını həkim təsdiqləyir. Bundan əlavə xəstəyə tərkibində bol miqdar vitamin C olan meyvələr və bitki çayları məsləhət görülür. Xəstənin qidası zülallarla zəngin olmalıdır.