Öskürək ağciyərlərdən və yuxarı tənəffüs yollarından yad cisimləri və ya bəlğəmi bədənimizdən təmizləməyə imkan verir. Öskürək, reseptorların qıcıqlanması nəticəsində, tənəffüs yollarının əzələlərinin daralmasıdan yaranan ağızdan verilən güclü ekshalasiyadır (nəfəs vermə). Öskürək qeyri-iradi fizioloji reaksiyadır. Bu müstəqil xəstəlik deyil, hər hansı bir xəstəliyin simptomdur. Buna görə də, öskürək varsa, düzgün diaqnoz qoymaq üçün həkimə müraciət etməlisiniz.
Çox vaxt öskürək, yaş (məhsuldar) və quru (qeyri-məhsuldar) olaraq 2 yerə bölünür. Məhsuldar öskürək zamanı orqanizmdən mikroblar, selik, toz və s. zərəli və yad maddələr xaric olunur. Bu zaman bəlğəm və s. ağciyərlərdən çıxa bilər və ya burun və ya sinuslardan boğaza axıdıda bilər. Məhsuldar (yaş) öskürəyi yatırmaq məqsədəuyğun deyil – çünki bu, ağciyərlərin özünü təmizləməsinə imkan yaradır. Bu tip öskürəyin bir çox səbəbi var.
Quru və uzunsürən xroniki öskürək orqanizmə heç bir kömək etmir və əksinə müxtəlif pozulmalara səbəb ola bilər (yırtıqlar, ürək fəaliyyətinin pozulması və s.).
Öskürək əlamətləri
Məhsuldar (nəm) öskürək ümumi soyuqdəymə ilə müşayiət olunur. Əksər hallarda boğazın arxasındakı selikli axıntıdan qaynaqlanır. Öskürəyin səbəbi ağciyərlərin və ya yuxarı tənəffüs yollarının infeksiyası da ola bilər. Məhsuldar (nəm) öskürək pnevmoniya, bronxit, sinüzit və ya vərəm əlamətlərindən biridir. Həm də xroniki obstruktiv ağciyər xəstəliyinin göstəricisi ola bilər. Bundan əlavə, reflü xəstəliyinində də öskürək müşahidə olunur. Siqaret çəkən insanlarda məhsuldar öskürək ağciyərin zədələnməsinə, boğaz və yemək borusunun qıcıqlanmasına işarədir.
Qeyri-məhsuldar (quru) öskürək zamanı bəlğəm istehsalı olmur. Qıcıqlandırıcı maddələrin - tüstü və ya tozla nəfəs alma nəticəsində quru öskürək inkişaf edə bilər. Bu cür öskürək soyuqdəymə zamanı da görünə bilər. Xəstəliyin digər simptomları yox olduqdan sonra öskürək bir neçə həftə davam edə bilər.
Quru öskürək
Xüsusilə gecə zamanlarında ortaya çıxan quru öskürək, tənəffüs yollarının qıcıqlanması nəticəsində yaranan bronxların (bronxospazm) spazmlarının göstəricisi ola bilər. Xroniki quru öskürək bronxial astmanın simptomlarından biridir. Öskürək eyni zamanda ürək çatışmazlığının əlaməti ola bilər, bu halda yatarkən və gecələr öskürək daha da pisləşir.
Əksər hallarda öskürəyin yaranmasına viral infeksiyalar səbəb olur. Bəzən antibiotiklərin viruslara qarşı gücsüzdür. Antibiotiklərin əsassız istifadəsi xəstəni allergik reaksiyaların, ürəkbulanma, ishal, dəri səpgiləri və göbələk infeksiyaları kimi yan təsirlərin inkişaf riski ilə qarşı-qarşıya qoyur. Antibiotiklər faydalı mikrofloranı məhv edir və təhlükəli, dərmanlara dözümlü bakteriyaların yaranmasına kömək edir. Buna görə də, həkim resepti olmadan öskürək üçün antibiotik qəbul etməyin.
Öskürəyin müalicəsi
Öskürək, tənəffüs yollarını təmizləməyə imkan verən bədənin qoruyucu refleksidir. Buna görə öskürəyi yatırtmaq məsləhət görülmür. Bu, yalnız sağlamlığınıza zərər verəcəkdir. Öskürəni aradan qaldırmaq və səbəbini müalicə etmək lazımdır. Yalnız qoruyucu funksiyasını itirən və xəstənin həyatını çətinləşdirən (yuxuya mane olan, qusma və astma tutmalarına səbəb olan) qeyri-məhsuldar (quru), ağrılı öskürəyi yatırmaq tövsiyə olunur.
Öskürəyin müalicəsi üçün dərmanlar mərkəzi və periferik təsir qruplarına bölünür. Mərkəzi təsir göstərən dərmanlar beyindəki öskürək mərkəzinin funksiyasını boğur. Periferik təsir göstərən dərmanlar anestezik və örtücü xüsusiyyətlərə malikdir. Bunlar tənəffüs yolu reseptorlarının həssaslığını azaldaraq öskürəyin qarşısını alırlar.
Məhsuldar (nəm) öskürəyin müalicəsində mukolitik və ekspektoran agentlər istifadə olunur. Mukolitiklər bəlğəmin həcmini artırmadan onu nazikləşdirir. Bunlara ACC, AC-FS, bromhexine, ambroksol kimi məşhur dərmanlar daxildir. Bəlğəm sökücü dərmanlar az miqdarda bəlğəm üçün təyin edilir. Onlar bəlğəmin özlülüyünü azaldır və həcmini artırırlar. Bəlğəm sökücü dərmanlar şəfalı dərman bitkilərinin (zefir, razyana, elekampan, yabanı rozmarin, oregano, koltsfoot, bağayarpağı, biyan, termopsis və s.) ekstraktlarından hazırlanır.
tercume
https://saglamolun.az/index.php/teneffus-orqanlari/1026-oeskuerk-haqqnda-bilmdiklrimiz.html