Main

Patoloji dislokasiya (çıxıq)

Patoloji dislokasiya (çıxıq) omba oynağının ən ağır disfunksiyası və müalicəsində çətinliklərlə xarakterizə olunan prosesdir.

Patoloji dislokasiyanın səbəbləri

Dislokasiya oynağın bəzi patoloji proseslər (vərəm, osteomielit) tərəfindən zədələnməsi nəticəsində baş verir. Dislokasiyanın baş verməsi uşaqlarda oynağın lifli kapsulunun, oynaq başının yuvarlaq bağının, bud sümüyünün proksimal metaepifiz zonasının irinli-nekrotik proseslə zədələnməsinə əsaslanır.

Uşağın kiçik yaşda olmasından, diaqnozun qoyulmasında olduqca çətinliklər yaranır və PVB şəklində olan ağırlaşmalar əlilliyin və həyat keyfiyyətinin pisləşməsinə gətirib çıxaran səbəblərdəndir.

Patoloji dislokasiyanın simptomları

Əzanın inkşafı ləngiyir və oynaqda həddindən artıq hərəkətlilik (boşluq) müşahidə olunur.

Patoloji dislokasiyanın diaqnozu

Patoloji dislokasiyanın diaqnostikası üçün əsas üsul rentgenoqrafiyadır. Rentgen üsulu müalicə taktikasının seçilməsində həlledici olan omba sümüyünün strukturunun, formasının, ölçüsünün və komponentlərinin nisbətinin pozulma dərəcəsini etibarlı şəkildə müəyyən etməyə imkan verir.

Patoloji dislokasiyanın müalicəsi

Müalicəsi cərrahidir. Ortopedik cihazlardan da istifadə olunur.

tercume