Pedikulyoz insanlarda bitlərin yaratdığı spesifik parazitar dəri xəstəliyidir. Bu xəstəlik öz adını bilavasitə "bit" mənasını verən Latın Pediculus-dan almışdır. Hal-hazırda bədəndə yaşaya bilən üç növ bit var: bədən biti, qasıq biti və baş biti. Adlara əsasən müəyyən etmək olar ki, bədən biti paltarda, qasıq bitləri cinsiyyət orqanının tük hissəsində, baş biti isə birbaşa insanın baş tükündə yaşayır. Ən çox rast gəlinən bit növləri baş və qasıq bitləridir. Əvvəllər bitlərin tif kimi xəstəliyin törədicisinin bioloji daşıyıcısı olması səbəbindən pedikulyoza böyük əhəmiyyət verilirdi. Hazırda inkişaf etmiş ölkələrdə tif xəstəliyinə yoluxma riski minimuma endirilib. Ancaq bitlərin olması insanlar üçün olduqca xoşagəlməzdir.
Baş bitinin yalnız kasıb və asosial həyat tərzi keçirən insanlarda olması fikri əfsanə və yanlış fikirdir. Ancaq, şəxsi gigiyena qaydalarına riayət edilməməsi səbəbindən bu kateqoriyadan olan insanlarda bitlərin görünmə ehtimalı olduqca yüksəkdir. Ən azı bir dəfə ictimai nəqliyyatda səyahət etmək və ya qatarda təklif olunan çarşablardan istifadə etmək kifayətdir ki, insan pedikulyoza yoluxsun. Pedikulyoz xəstəliyinə tutula biləcəyiniz yerlərin siyahısına hovuzlar, hamamlar və digər ictimai yerlər də aiddir.
Pedikulyozun müalicəsi
Bitlər olduqca dözümlü həşəratlardır və buna görə də onları və qoyduqları yumurtaları sadəcə saçınızı yumaqla məhv etmək olmaz. Hətta, paltarların yuyucu tozla isti suda müntəzəm yuyulması da bu kiçik parazitləri məhv etmək iqtidarında deyil.
Bitlər yalnız yüksək temperaturda məhv olur. Buna görə də, baş bitini müalicə etməyin ən təsirli yolu buxar və ya qaynatma üsulundan istifadə etməkdir.
Pedikulyozun əsas simptomu yoluxmuş insanda dərinin qaşınmamasıdır. Əgər yoluxmuş dərini diqqətlə araşdırsanız, yalnız ölçüsü təxminən 1 millimetrə çatan həşəratların özlərini deyil, həm də yumurtalarını vizual olaraq aşkar edə bilərsiniz.
tercume